Icma.az
close
up
RU
Üzü 15 il gəncləşdirə bilirik!

Üzü 15 il gəncləşdirə bilirik!

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Plastik cərrahımız Vasif Məmmədov müasir metodlardan və risklərdən bəhs edir.

Müsahibimiz plastik cərrah Uzm. Dr. Vasif Məmmədov kimdir?

“Qafqazinfo” xəbər verir ki, Uzm. Dr. Vasif Məmmədov 2012-2018 illəri arasında Türkiyədə Eskişehir Osmanqazi Universitetində tibb təhsili alıb.

Tibb Fakültəsini bitirdikdən sonra həkimlik fəaliyyətinə başlayaraq 2018-2023 illəri arasında İzmir Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasında rezident keçib.  2023-cü ildə uzman Plastik, Rekonstruktiv və Estetik Cərrah ünvanını qazandıqdan sonra Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə üzrə iki mərhələli Avropa Board imtahanını uğurla verərək Avropa Board (EBOPRAS) sertifikatını qazanıb. 2024-cü ildə Azərbaycan Səhiyyə nazirliyi tərəfindən verilən Plastik cərrahiyyə sertifikasiyasını əldə edib. 2024-2025-ci illərdə Türkiyənin İstanbul şəhərində özəl xəstəxanada çalışdıqdan sonra, hazırda Ege Hospitalda Avropa və Türkiyə Board sertifikatlı Plastik cərrah olaraq fəaliyyət göstərir.

- Üz gərmə əməliyyatını hansı yaşda etmək daha məqsədəuyğundur və niyə?

- Üz gərmə əməliyyatı üçün müraciət edənlərin yaş aralığı adətən bütün dünyada 45-69 arasında dəyişir. Son bir neçə ildə isə üz gəncləşdirilməsi üçün həkimə baş vuranların yaş skalası daha da aşağı enmişdir. Artıq 30-lu yaşlarda da üz gərmə icra olunur. Ancaq gənclərdə  icra olunan prosedur daha çox üst üz gərmədir (Temporal lift və yaş qaldırma). Yaşlı pasientlərimiz bütün üzün gərilməsini və ya cavanlaşdırılmasını istəyərkən, daha gənc pasientlərimiz isə üst üz bölgəsinin daha dinc və təravətli görünməsini istəyir.

- Bundan başqa Amerika Plastik Cərrahiyyə Dərnəyinin 2024-cü il hesabatında qeyd olunur ki, bütün dünyada “arıqlama həblər”i olaraq bilinən Ozempic istifadəsindən sonra meydana gələn üzdəki yağ yastıqcıqlarının itirilməsi və dəri sarxıqlıqlarını (Ozempic face) aradan qaldırmaq üçün də bu prosedur (Ozempic makeover)  populyarlaşmaqdadır.

- Dünyada gedən trendləri və şəxsi gözləmlərimi də nəzərə alaraq deyə bilərəm ki, bu prosedurların dəqiq yaşı yoxdur. Hər bir pasientə individual yanaşılmalı və gözləntilər tibbi qaydalara görə dəyərləndirilməlidir.

- Əməliyyatsız və ya non-invaziv prosedurlar ilə üz gərmə əməliyyatı qədər effekt ala bilirikmi?

- Xeyr, təssüf ki, bu mümkün deyil. Non-invaziv “üz gərmə” prosedurları (“maye üz gərmə” və ya “ip asqılama”) ilə qalıcı və güvənilir nəticələr əldə etmək mümkün deyil, bu kimi prosedurların ömrü 1,5-2 ili keçmir.  Çünki, üzə verilən dolğu materialları əvvəl-axır əriyir və ya üzü yuxarı qaldırmaq üçün istifadə olunan tikiş materialları qopur.  Bunların tam əksinə əməliyyatla biz bütün üz (bəzən də boyun) dərisini qaldıraraq dərialtındaki dərin strukturlara da müdaxilə edərək onların da gərilməsini təmin edirik ki, uzun müddət qalıcı nəticələr ərsəyə gəlsin. 

- Üz gərmə prosedurlarına başqa nələr aiddir?

- Üzün müxtəlif bölgələrindəki probləmləri aradan qaldırmaq üçün məqsədə uyğun şəkildə üz gərməyə əlavə olaraq temporal lift (üst üz gərmə), orta üz gərmə, boyun gərmə kimi daha spesifik prosedurlar da həyata keçirilə bilər. Bunlar həm ayrılıqda, həm də fərqli kombinasiyalarda icra olunur. 

Üzdəki dolğunluğunu və təravətini itirmiş pasientlərimə bunlardan əlavə yağ köçürülməsi də həyata keçirirəm. Yağ köçürülməsi sadəcə üzə həcm vermir, eyni zamanda piy toxumasında olan kök hüceyrələr və böyümə faktorları ilə üzü cavanlaşdırır və parlaqlıq verir.

- Üz gərmə əməliyyatının nəticələri nə qədər davam edir və neçə il cavanlaşma effekti verir?

- Üz gərmə əməliyyatı nəticələri ortalama olaraq ən az  10-15 il cavanlaşma efekti verir və nəticələr bu müddət ərzində qorunur. 

- Üz gərmə əməliyyatı necə həyata keçirilir? Texnikalar arasında hansı fərqlər var?

- İki əsas əəməliyyat texnikası mövcuddur; SMAS plikasiyası və Dərin plan üz gərmə əməliyyatı. Ümumi olaraq deyə bilərəm ki, Dərin plan üz gərmə əməliyyat nəticələri daha effektiv olur, lakin SMAS plikasiyasına nəzərən əməliyyat sonrasında şişliklər və göyərmələr daha çox olur. SMAS plikasiyası texnikası isə daha güvənilir və ənənəvi texnikadır, göyərmələr və şişliklər Dərin plan üz gərməyə nəzərən daha az olur. Hər iki texnikanın öz üstünlükləri var. Mən hər ikisini icra edirəm. Buna görə də hansı texnikanın həyata keçiriləcəyinə əməliyyat öncəsində pasientim ilə konsultasiya zamanı ortaq şəkildə qərar veririk.

- Endoskopik üz gərmə kim üçün daha uyğundur?

- Minimal invaziv bir metod olan endoskopik üz gərmə ilə saç aradından və ağız içindən kiçik kəsiklər vasitəsiylə üzün üst və orta bölümü yuxarı qaldırılır. Bu metod nisbətən cavan, klasik üz gərməyə ehtiyacı olmayan, aşkar dəri sarxıqlıqları və ya sallanmaları olmayan xəstələr üçün uyğundur. Üstünlüklərini daha az iz qalması, daha sürətli sağalma olaraq sadalayabilərəm.

- Üz gərmə əməliyyatının mümkün riskləri və fəsadları nələrdir, onları necə minimuma endirmək olar?

- Üz gərmə əməliyyatının riskləri arasında qanaxmaları və sinir zədələnmələrini saya bilərik. Qanaxmaların qarşısını almaq üçün xəstələrimə əməliyyatdan sonra mütləq şəkildə band-korset istifadə etməklərini tövsiyyə edirəm. Bundan başqa əməliyyat sonunda “spiderweb” proseduru edərək də qanaxmaların qarşısını almaq mümkündür. Sinir zədələnmələrindən yayınmaq üçün isə əməliyyat zamanı üzün anatomik strukturlarına diqqət yetirmək və mimika sinirlərinin təxmini gediş yollarını bilmək, onları diqqətli şəkildə ayırmaq lazımdır. Rekonstruktiv cərrahiyyədə tez-tez istifadə olunan bu bacarıqları estetik cərrahiyyədə ən çox üz gərmə əməliyyatında istifadə edirik deyə bilərəm. Buna görə də üz gərmə ilə məşğul olan cərrahların sadəcə estetik prosedurları bilməyi kifayət deyil, eyni zamanda rekonstruktiv cərrahiyyə təcrübəsi də olmalıdır.

Nəticə olaraq deyə bilərəm ki, hər yaşın öz tələbi, gözləntiləri var və bu sahədə hər pasientə individual yanaşılaraq onun probləmlərinin həllinə çalışılmalıdır. Bütün bunlara uyğun olaraq da üz gərmə prosedurları üz anatomiyasını dərindən bilən, müasir trendlərdən və elmi yeniliklərdən xəbərdar, rekonstruktiv cərrahiyyə bilikləri də olan cərrahlar tərəfindən həyata keçirilməlidir.

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərərkən Avstraliyadan gəlmiş pasientimin üz gərmə bəticəsini örnək olaraq paylaşmaq istəyirəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri