Icma.az
close
up
RU
Uzunca “Xankəndi” tarixinin ilk məğlubiyyətini şərh etdi “Oyunumuzu göstərməyə imkan vermədilər”

Uzunca “Xankəndi” tarixinin ilk məğlubiyyətini şərh etdi “Oyunumuzu göstərməyə imkan vermədilər”

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən futbol üzrə ölkə çempionatının 2-ci liqasının 5-ci turu çərçivəsində keçirilən oyun sürpriz nəticəylə yadda qaldı. Söhbət “Qaradağ Lökbatan” – “Xankəndi” matçından gedir.

Belə ki, qarşılaşma qonaqların 0:2 hesablı məğlubiyyətiylə başa çatdı. Nəticədə “Xankəndi” tarixində ilk dəfə (!) uduzdu.
Bəs, buna nə səbəb oldu? Mərkəzi görüşdə qeydə alınan nəticə komandaya hansı yöndə təsir edə bilər? Bu suallarla baş məşqçi İbrahim Uzuncaya müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:

“Bəli, “Xankəndi” tarixində ilk dəfə məğlub oldu. Mənə elə gəlir ki, hər komandanın mövsüm ərzində 1-2 oyunda uduzması normaldı. O başqa məsələ ki, bu məğlubiyyəti gözləmirdik. Biz türklər demişkən, Sezarın haqqını Sezara vermək lazımdı. “Qaradağ Lökbatan” bizdən daha yaxşı oynadı. Şansları dəyərləndirə bilmədik. Qırılma nöqtəsi də burda oldu. Rəqib komandamı çox yaxşı təhlil etmişdi. Oyunumuzu göstərməyə imkan vermədilər. Bizdən daha istəkliydilər. Allah onlara yardım etdi. Bunu nəzər sayırıq. Futbolçularımdan razıyam. Hər biri ilə qürur duyuram. Canları sağ olsun. Bizi bu günlərə gətirənlər onlardı. Çempionluq üçün ən iddialı komanda bizik. Hədəfə çatacağımıza inanırıq. Bunu sözdə yox, əməldə də göstərəcəyik”.

Qeyd edək ki, bu oyundan sonra “Qaradağ Lökbatan” 12 xalla liderdi. Eyni xala malik “Xankəndi” isə 3-cü pillədə qərarlaşıb.
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see312

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see286

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see206

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see204

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see191

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see160

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see153

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see148

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see146

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see142

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see132

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see132

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see130

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri