Icma.az
close
up
RU
Valideyn konfransları davam edir

Valideyn konfransları davam edir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edən 2026-cı il üzrə Valideyn konfransları davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Xətai, Yasamal, Suraxanı və Sabunçu rayonları üzrə təşkil olunub.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib.

Konfranslarda BŞTİ-nin müdir müavini Fəttah Fəttayev valideynlərin məktəblə sıx əməkdaşlığına dair maarifləndirmə işinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Vurğulayıb ki, valideynlərin məktəb həyatında fəal iştirakı uşaqların təlim nailiyyətlərinin yüksəlməsinə və məktəb mühitinə daha uğurlu inteqrasiyasına şərait yaradır.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova uşaqların hüquqlarının qorunması və təhlükəsiz mühitdə inkişafı üçün valideyn, məktəb və cəmiyyət arasında koordinasiyalı fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını bildirib. Valideyn konfranslarının təşkilini yüksək dəyərləndirən G.Səfərova belə təşəbbüslərin uşaqların rifahının təmin olunmasına, risklərin vaxtında müəyyən edilərək qarşısının alınmasına mühüm töhfə verdiyini söyləyib.

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin aparıcı mütəxəssisi Aygün Bayraməliyeva, BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun əməkdaşları Tural Hətəmov və Əfqan İsgəndərov, Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova uşaqların şəxsiyyət kimi formalaşmasında ailədaxili ünsiyyətin sağlam qurulmasının vacibliyindən söz açıblar. Bildiriblər ki, qarşılıqlı hörmət və anlayış mühitinin yaradılması uşaqlarda müsbət davranış modellərinin inkişafını təşviq edir, onların sosial bacarıqlarının inkişafına və emosional sabitliyinin möhkəmlənməsinə müsbət təsir göstərir.

“Valideyn məktəb əməkdaşlığı və ünsiyyətin düzgün təşkili”, “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması”, “Uşağın psixoloji və emosional inkişafı” və “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması”

mövzularında təqdimatlarla çıxış edən psixoloq Aysel Novruzova və 53 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Bənövşə Cabbarova məktəb, şagird və valideynlər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təlimin keyfiyyətinə müsbət təsirləri barədə məlumat veriblər. Vurğulayıblar ki, açıq və sağlam ünsiyyət mühiti riskli davranışların vaxtında qarşısını almağa imkan verir və daha təhlükəsiz təhsil mühitinin formalaşmasına şərait yaradır.

Daha sonra iştirakçılarla mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Xatırladaq ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.

2025-ci ildən etibarən təşkil olunan Valideyn konfransları paytaxtın inzibati rayonları üzrə bütün ümumi təhsil məktəblərini əhatə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri