Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Van Qoq işığının izində Türkan Turan yazır

Van Qoq işığının izində Türkan Turan yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkan TURAN

Dünya mədəniyyət və incəsənət tarixinə damğa vuran, ömrünün son iki ilinə əsrlər boyu danışılacaq hekayə sığdıran, həyatı hələ də çoxları üçün sirr olaraq qalan, "sarı rəng" deyəndə ağıla ilk gələn, ölümündən öncə dəli, ölümündən sonra dahiyə çevrilən Van Qoqdan bəhs edəcəyəm.

Sağlığında yalnız bir əsərini sata bilən dünya şöhrətli niderlandlı rəssam qulağını kəsməyi, başında şüşə sındırmağı, intihar cəhdləri ilə də həmişə diqqət çəkib.

Düzdür, Qoqun qulağını onunla bir evdə yaşayan yaxın dostu Pol Qoqenlə yaşadığı münaqişə vaxtı itirdiyi versiyası da var. Səbəb isə hər iki rəssamın sevdiyi həyat qadını olub.

Bir başqa versiyada isə rəssamın qardaşına çox düşkün olduğu və onu evlənməkdən vaz keçirmək məqsədi ilə qulağını kəsdiyi deyilir. Bu versiyanı absurd qəbul edirəm. Dəfələrlə oxuduğum, bütün hüceyrələrimə hopan "Teoya məktublar" kitabındakı hər sətir belə bir şeyin mümkün olmayacağını açıq-aşkar isbat edir.

Nəinki evliliyinə mane olmaq, Qoq, qardaşının övladının doğulacağı xəbərini alanda içində badam çiçəkləri kimi hisslər açmışdı. Elə məşhur "Badam çiçəkləri" əsərini də Teonun oğluna həsr etmişdi. Hətta körpənin vəftiz atası idi və balacaya öz adını qoymuşdu. Ona görə də, "dost" versiyası daha ağılabatan görünür.

Onsuz da, Van Qoq əsərləriylə olduğu kimi, həyat tərzi, seçimləri, həyata baxışı və çılğın fikirləri ilə hamıdan fərqlənirdi. Yalnız bir neçə adam Vinsentin sağlığında nə qədər böyük və istedadlı olduğunun fərqinə varmışdı. Onlardan biri də yatdığı xəstəxananın baş həkimi idi. Buna baxmayaraq, yaşadığı dövrdə sadəcə bir əsərinin satılmasına müvəffəq olmuşdu. Aldığı pulla da Paris yaxınlığındakı psixiatrik xəstəxanaya yerləşmiş, iki ay ərzində 80-dən artıq rəsm çəkmişdi. Ömrü boyu Teoya möhtac olur və həmişə kasıb həyat yaşayır. Ancaq işə bax ki, öldükdən sonra çəkdiyi hər bir əsər sərvət dəyərindədir. Nə böyük irniyadır, elə deyilmi?

Rəqəmsal Təcrübə Mərkəzində Van Qoq

Van Qoqun əsərlərini çox sevirəm. Amma heç nəyi və heç kimi idrak və dərk etmədən sevə bilmirəm. Van Qoqu idrakım "Teoya məktublar" kitabı ilə başladı. Oxuduğum hər sətir qarşısında haldan-hala, təbdən-təbə düşürəm hər dəfə. Nə vaxt həyatla bağlı çaxnaşmalarım başlasa, qaçıb bu kitaba sarılıram. Ona görə də, mənim üçün Van Qoq bir rəssamdan daha artıqdır.

Təbii ki, harada Van Qoq adı görsəm, tez oraya can atıram. Bir neçə gün öncə böyük həyəcanla, sevgi və sevinclə İstanbul Böyük Şəhər Bələdiyyəsinə bağlı Rəqəmsal Təcrübə Mərkəzinə üz tutdum. Çünki Van Qoq burada idi.

Qoqun dünyaya yayılan mirası burada texnologiya ilə birləşdiriblər və "Van Qoq: İşığın izində" adlı sərgi açıblar.

Muzeyin müasir texnologiya ilə zənginləşdirilmiş salonlarında, Van Qoqun dünyasını süni intellekt, virtual və artırılmış reallıq tətbiqləri, interaktiv proqnozlar və sayta uyğunlaşdırılmış qurğularla canlandırıblar. Burada ziyarətçilərə sadəcə sərgi deyil, sənətçinin daxili dünyasına addım atmaq imkanı yaradılır. Məkanın fərqli nöqtələrində yerləşdirilmiş səhnələr, izləyənləri Van Qoqun şüuraltındakı çaxnaşmalarından başlayaraq, gənclik illərinə, günəşi qovaladığı yaradıcı dönəmlərə, Sen-Remidəki xəstəxanada otağının pəncərəsindən açılan sonsuz mənzərələrə aparır. Sarı rəngin qaynarlığı, təbiətin canlılığı, qaranlıq anlarda belə ən parlaq rənglərlə qurulan möhkəm əlaqələr, məkanın rəqəmsal toxunuşları ilə yenidən işıldayır.

İlklər...

Mərkəzdə ümumilikdə 13 əsər sərgilənir. Əsərlərin texnoloji olaraq ərsəyə gəlməyində yerli və əcnəbi sənətçilər birlikdə işləyiblər. Əsərlərdən üçü ilk dəfə sərgilənir. Fahad Rehman və Vergili Manqiavillano tərəfindən 2012-ci ildə qurulan "VR Future" şirkətinin hazırladığı və birincisi Parisdə, ikincisi İstanbulda açılan bu əfsanəvi rəqəmsal sərgi ilk dəfə Van Qoqun 13 əsərini eyni anda və eyni yerdə sərgiləməyə müvəffəq olub. Sütlücədə yerləşən Rəqəmsal Təcrübə Mərkəzindəki bu sehrli sərgidə rəssamın rənglərlə əhatələnmiş dünyası görənləri tilsimləyir. Bilirsiniz, bəzi sərgilərdə əsərlərin önündən ötüb keçirlər, amma buradakı ziyarətçilərin belə imkanı yoxdur, onlarla əsərlərin içinə qarışır və bütünləşirlər. Çünki texnologiya bunun üçün geniş imkan yaradır. Burada sərgilənən əsərlər Qoqun ən müxtəlif dönəmlərinə şahidlik edir.

Dörd otaq, dörd min macəra...

Sərgi dörd müxtəlif tematik otaqdan və rəqəmsal dəhlizdən ibarətdir.

Onlardan biri "Rəqəmsal otaq"dır. Burada Van Qoqun həyat hekayəsi, əsərlərinin ardındakı məktublar, ziyarətçilər üçün xüsusi hazırlanmış interaktiv təcrübələrlə xronoloji axıcılıq təqdim edir. Bu otağın ən çox maraq görən nöqtəsi hərəkət sensorları olan "duyğusal axış" divarıdır.

İkinci otaq isə "Virtual Reallıq" otağıdır. "Van Qoqun Palitrası" ziyarətçilərə virtual reallıq eynəklərindən istifadə edərək rəssamın karyerasının kritik dövrlərindən yaratdığı əsərləri kəşfetməyə, daha doğrusu, içinə daxil olmağa imkan verir.

Növbəti "İmmersiv Təcrübə" otağıdır. Buradakı rəqəmsal səyahət, Qoqun şüuraltına, karyerasının əvvəlindən Fransanın günəş şüalarına, cənuba qədər uzanır. Sərgilənən əsərləri klassik bəstəkarlar Bax, Vivaldi, Debüssinin əsərləri müşayiət edir.

"Artırılmış Reallıq" isə dördüncü otaqdır. Van Qoqun 2000-dən çox əsərinin təhlil edildiyi və süni intellekt alqoritmləri ilə çoxaldığı bu bölmədə rəssamın orijinal tabloları təqdim olunur.

Rəqəmsal dəhliz isə daha zəngindir. Ziyarətçilər dəhlizdə hərəkətə cavab verən səthlər və interaktiv oyun sahələri ilə Van Qoqun rənglərinin toxunduğu məkanda səyahətlərini tamamlayırlar.

Rəqəmsal Təcrübə Mərkəzi, 2026-cı ilin fevral ayına qədər əfsanəvi rəssamın dünyasına dəvət edir hər kəsi. Çünki bu dünyada sənətçinin həyat hekayəsi, ruh halı, əsərləri rəqəmsal sənət axımları ilə işlənərək interaktiv təcrübə ilə qüsursuz şəkildə təqdim edilir.

Yeri gəlmişkən, Rəqəmsal Təcrübə mərkəzinin yaradılma tarixi çox yenidir. Hətta ilk sərgi 2024-cü ildə "Tesla" adı ilə başlayıb. Van Qoq sayca üçüncü sərgidir. Hətta deyərdim ki, ən böyük sərgidir.

Kapitalizmin sənətin üstünə çıxma cəhdi

Bilənlər bilir, mütəmadi olaraq İstanbulda möhtəşəm sərgilər təşkil olunur, şəhərin hər küncü, bucağı sərgi məkanlarıdır. Hələ sentyabrın sonunda daha böyük sərgilər təşkil ediləcək. Çünki  İstanbul Bienalı on səkkizinci dəfə qapılarını açacaq. Düzü, bəzi böyük sərgilər artıq işi biznesə bağlayıb. Hal belə olunca, sənətin bazar sisteminə çevrilməsi bir az anormal gəlir adama. Məsələn, Tərsanədə açılacaq sərgi adətən 3 və ya 4 gün davam edir. Baxırsan ki, burada hər il kapitalizm sənətin üstünə bir addım daha çıxır. Banklar, tikinti şirkətləri, yemək markaları, müxtəlif brendlər bu sərgilərə xidmət üçün qatılır, nəticədə qiymətlər kəlləçarxa qalxır. Açığı, ötən ilə qədər dörd gözlə gözləyirdim İstanbul Bienalın açılış gününü. Artıq Bienalla birlikdə başlayan digər sərgilərin tarixini təqib edirəm. Düşünürəm ki, sənətlə kapitalizm eyni tərəzidə ola bilməz. Çünki sənət ruhu ifadə etmək, daxili dünyanın xaricə yansımasıdır, kapitalizm isə tamamilə xeyir əldə etmək deməkdir. Kapitalizm qısa müddətli planlar üzərində qurulur, sənət isə illəri, əsrləri aşır. Dəyəri zamanlar daha da çoxalır Van Qoq kimi, bəzən isə bixəbər qalınır. Kapitalizm hər şeyi bazar qiyməti ilə ölçür, sənət isə yaddaş, ruh, estetika, bəzən isə üsyanla ayaqlana bilir. Əlbəttə ki, sənətin təqdimatında, tanınmasında kapitalizmin rolu danılmazdır. Amma eyni tərəzidə olmaqları mümkünsüzdür.

Reklam yoxdur, maraq var

Rəqəmsal sərgiyə gəldikdə isə... baxan kimi anlayırsan ki, Van Qoq sərgisinin təşkili ciddi əməyin nəticəsidir. Hardasa dörd aydır gecə-gündüz çalışıblar bu işi ərsəyə gətirmək üçün. Sərginin ən böyük üstünlüyü yerli sənətçilərlə əcnəbi sənətçilərin bu işdə birlikdə çalışmasıdır. Divarlarda Qoq tabloları haqqında məlumat verən yazılar, pazl oyunları, kağız üzərində boyama etmək üçün masalar, uşaqlar üçün oyun mərkəzi belə düşünülüb. Heç bir reklam, marka yoxdur, insanlar isə axın-axın gəlirlər. Qapıdakı uzun ziyarətçi sıraları adamın başını gicəlləndirir. Açılandan qapanana qədər bu, belə davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri