Vaqif Cavadov: Hakim Kəpəz in qalib gəlməsi üçün hər şeyi etdi
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
"Sumqayıt" Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Gərgin, maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Bu gün hakim "Kəpəz"in qalib gəlməsi üçün hər şeyi etdi. Bizim də fürsətlərimiz oldu, dəyərləndirə bilmədik. Rəhbərlik hansı qərarı qəbul etsə, dəstəkləcəm. Növbəti mövsümdə burada qalsam, mənim işim barədə nəsə deyə bilərsiniz.
- Şansınız olsaydı, "Sumqayıt"da nəyi dəyişərdiniz?
- Əlbəttə ki, bəzi futbolçuları dəyişərdim. Müasir futbolda qaçmasan, istəkli olmasan, qalib gəlmək mümkün deyil. Mənim də səhvlərim var. Amma bu komandanı mən qurmamışam. Qışdan sonra cəmi 3 transfer etdik. Mənim getməyim "Sumqayıt"a fayda verərsə, getməyə hazıram.
- Gənclərə niyə şans vermirsiniz?
- 2006-2007 təvəllüdlü futbolçuları bizdən başqa hansı klub oynadır? Yetərli olsaydılar, əlbəttə oynatmaq istəyərdim. 9-cu yerdə olmağımızın səbəbkarı yalnız Vaqif Cavadov deyil. Məndən əvvəl də komanda yaxşı oynamırdı. Hər situasiyaya hazıram. Əsas məsələ Premyer Liqada qalmaq idi, bunu da bacardıq. Həmişə Azərbaycan futbolunda legionerlərə üstünlük verilib. Əcnəbi pulları qatlayıb öz evinə gedir.
- Mətbuatın münasibətindən narazısız?
- Bəziləri yazır ki, Vaqif getsin, əcnəbi məşqçi gəlsin. Aleksey Baqa gəlmişdi də. Azərbaycanlıları sevmirsizsə, əcnəbilər gəlsin. Legioner limiti də ləğv olundu.
- Növbəti mövsümdə "Sumqayıt"da qalsaz, heyətin neçə faizini dəyişərdiniz?
- Yerli oyunçuların demək olar ki, 70 faizin müqaviləsi başa çatır.
- Siz öz səhvlərinizi bilirsiz?
- Səhvlərimiz çoxdur. Amma mənim səhvlərimi bilmək üçün gərək PRO kateqoriyasını oxuyasız.
- Hakimlikdə konkret nədən narazı qaldınız?
- "Neftçi" ilə oyunda eyni epizodda bizə penalti verməmişdilər. Eyni situasiyada fərqli qərarlar verilir.
Elçin Əlixan
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 11 May 2025 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















