Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Vardanyanın məhkəməsi yaxınlaşır: ermənilər isterikadadır

Vardanyanın məhkəməsi yaxınlaşır: ermənilər isterikadadır

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda həbs olunan Qarabağ separatçılarının cinayət işlərinin məhkəməyə göndərilməsi onillərlə davam edən və sonda 44 günlük İkinci Qarabağ Müharibəsindəki zəfərlə yeni bir fəsil açan tarixi bir hadisədir. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini, eyni zamanda bəşəriyyətə qarşı ağır cinayətlər törədənləri məsuliyyətə cəlb etməkdə qərarlı olduğunu dünyaya yüksək səslə bəyan edir. Bəşəriyyətə qarşı ən ağır cinayətlərdə suçlanan şəxslərlə bağlı təhqiqat və bundan sonrakı ədalət məhkəməsi sadəcə hüquqi bir proses deyil, eyni zamanda diqqətdən yayınması mümkün olmayan əsl ədalətin təcəssümüdür.

Azərbaycan Baş Prokurorluğunun bəyanatına görə, təqsirləndirilən şəxslər təcavüz, soyqırımı, terrorizm və qanunsuz işğal da daxil olmaqla ağır cinayət maddələri üzrə məhkəmə qarşısına çıxarılacaq. İstintaq şahid ifadələri, sənədlər və videomateriallar da daxil olmaqla, ittihamları dəstəkləyən böyük bir sübut bazası toplayıb. Bu məhkəmə prosesi təkcə ədalətin təmin edilməsi deyil, həm də siyasi gücə malik bir siqnal kimi qəbul edilir: Qarabağda törədilən cinayətlər artıq cəzasız qalmayacaq.

Xüsusi diqqət erməni milyarder Ruben Vardanyanla bağlı işə yönəlib, o, 45 ağır cinayətdə ittiham olunur. Onun adı cinayətkar rejimin simvoluna çevrilib: separatçı hərəkatın təşkilindən tutmuş təbii sərvətlərin qanunsuz istismarı və terrorçuluğa təhrik etməyə qədər. Vardanyan humanitar yardımın çatdırılmasına mane olmaqla, mülki əhalinin əzabını artıraraq bölgədəki vəziyyəti daha da gərginləşdirib.

Ruben Vardanyan - Rusiya və Ermənistan mənşəli milyarder, "Troika Dialoq" investisiya şirkətinin keçmiş rəhbəri, yalnız maliyyə uğurları ilə deyil, həm də bir sıra qalmaqallarla tanınır. Onun adı pul yuyulması, kölgə maliyyə sxemləri və vergidən yayınma ilə bağlıdır. Belə ki, indiyədək müxtəlif ölkələrdə aparılmış araşdırmaların nəticələrinə görə, Vardanyanla bağlı mürəkkəb maliyyə mexanizmləri vasitəsilə 4 milyard dollardan çox vəsait çıxarılıb. Həmin vəsait lüks daşınmaz əmlakın, yaxtaların və elit həyatın digər atributlarının alınmasına xərclənib: məsələn, Lüksemburq, Kipr və Britaniya Virgin adalarındakı şirkətlər vəsaitlərin mənbəyini gizlətmək üçün istifadə olunub.

Eyni zamanda R.Vardanyan müştərilərinin, o cümlədən iri korporasiyaların vergi öhdəliklərini minimallaşdırmaq üçün fəal çalışıb. 2022-ci ildə Qarabağdakı hadisələrdən sonra R.Vardanyan Rusiya vətəndaşlığından imtina edərək separatçı idarəetmədə əsas fiqura çevrildi. Ermənistanda hakimiyyətə gəlməyə çalışan və bunun üçün Xankəndidəki separatçı-terrorçu rejimin tərkibindəki aktivliyindən "tramplin" qismində istifadə etməyi planlaşdıran Ruben Vardanyan kapitalından silah-sursat alınması və separatçı xuntanın dəstəklənməsi üçün istifadə edirdi.

Habelə o, Avropa və ABŞ-dəki əlaqələrindən, xüsusilə də bəzi mass-media strukturlarındakı təsir rıçaqlarından istifadə edərək Azərbaycanın mənfi imicini formalaşdırmağa, ölkəmiz və xalqımızla bağlı həlyanlar, feyk məlumatlar və dezinformasiya yaymaqla məşğul idi. R.Vardanyanın əsas məqsədlərindən biri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yönəlmiş danışıqlar prosesinin pozulması idi.

Avropa tənzimləyici qurumları dəfələrlə Vardanyanın fəaliyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər, lakin sübut bazasının kifayət etməməsi cinayət işlərinin açılmasını ləngidib. Ədalət boşluğu onun mövqelərini daha da gücləndirir, beynəlxalq ictimaiyyətdə ciddi suallar doğuran fəaliyyətini davam etdirməsinə imkan yaradır.

Vardanyanın Ermənistana köçməsi onun üçün bir sığınacaq rolunu oynayıb. Yerli resurslar və təsir imkanlarından istifadə edərək, o, reputasiyasını müdafiə etməyi və siyasi sistemdə mövqeyini möhkəmləndirməyi bacarır. Bu davranış həm ölkə daxilində, həm də xaricdə rezonans yaradır, çünki belə hallar toxunulmazlıq illüziyası yaradır.

Və bütün bunlarla yanaşı, o, rəsmi Bakını terror aktları ilə hədələyirdi. Vardanyan özünü "Skolkovo" kimi təhsil layihələrinin və "Aurora" fondunun yaradıcısı kimi təqdim edir. Di gəl, bu "təşəbbüslər" tez-tez onun ambisiyalarını gizlətmək cəhdi kimi qiymətləndirilir. "Skolkovo"da Vardanyanın vəsaitləri təyinatı üzrə xərclənməməsi ilə bağlı çoxsaylı ittihamlar layihənin idarə edilməsinin şəffaflığını şübhə altına alır. Onun "Aurora" fondu isə guya "humanitar məqsədlər" üçün fəaliyyət göstərdiyini bəyan etsə də, strukturun məqsədi Vardanyanın siyasi maraqlarını təmin və təşviq etməkdən ibarətdir. "Sadə və təvazökar yaşamım var" söyləmiş Ruben Vardanyan patoloji yalançıdır. Belə ki, onun Rusiya paytaxtı Moskvanın həndəvərində dəyəri 35 milyon dollar olan malikanəsi, Fransadakı Lacivərd Sahildə (Côte d'Azur) lüks villası, 40 milyon dollar dəyərində şəxsi reaktiv təyyarəsi, təxminən 50 milyon dollar dəyərində incəsənət kolleksiyası və s. var.

Bu aktivlər necə əldə edilib və onun rəsmi gəlirləri real xərcləri ilə uyğun gəlirmi?

Dünya ictimaiyyəti, xüsusilə kollektiv Qərb R.Vardanyanın məhkəmə prosesini diqqətlə izləməlidir.

Bu, yalnız yerli ədalət mübarizəsi deyil, həm də beynəlxalq hüquq və ədalət prinsipləri əsasında nizamın necə bərpa edilə biləcəyinə və bərpa edilməli olduğuna dair bütün dünya üçün nümunədir.

Vardanyanın vəkillərinin məhkəmə prosesini qeyri-ədalətli göstərmək cəhdləri inandırıcı görünmür. Onların işin materiallarının həcmindən - Azərbaycan dilində 25 000 səhifədən ibarət olmasından şikayət etmələri daha çox zəif mövqelərini göstərir, nəinki real problemləri. Beynəlxalq hüquq açıq şəkildə bildirir ki, suveren dövlətlər öz ərazilərində törədilən cinayətləri araşdırmaq hüququna tam malikdirlər. Azərbaycan məhkəməsinin "siyasi qərəzlilik"də ittiham edilməsi yalnız əsassız deyil, həm də açıq-aşkar absurd görünür.

Ruben Vardanyanın oğlu David bir neçə emosional bəyanat verərək atasının işini bütün erməni xalqına qarşı bir təhdid kimi təqdim etməyə çalışıb. Amma cəhdlər manipulyativ görünür və əsassızdır. Vardanyan işi konkret bir şəxs və onun fəaliyyətləri ilə bağlıdır, bir xalqla deyil. Onun ittiham olunduğu cinayətlər Azərbaycanın suverenliyini sarsıdır, vətəndaşlarının hüquqlarını və beynəlxalq normaları pozurdu.

Erməni diplomatiyasının mövqeyi də bir o qədər qəribədir. Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan Vardanyanın Azərbaycana təhvil verilməsində günahı Rusiyanın üzərinə atmağa cəhd edib. Belə bəyanatlar absurd və mənasız olmaqla yanaşı, İrəvanın legitimliyinə xələl gətirir.

Vardanyanın prosesi ermənilər arasında uzun illər hökm sürən cəzasızlıq illüziyasını məhv edir. Azərbaycan göstərir ki, bəşəriyyətə qarşı cinayətlərdə əli olan hər kəs, statusu və təsirindən asılı olmayaraq, qanun qarşısında cavab verəcək.

Azərbaycan ədalət prinsiplərinə tam və absolyut sadiqliyini nümayiş etdirərək açıq şəkildə bildirir: xarici təzyiqlər işin gedişatına təsir göstərməyəcək. Bakı milli qanunvericilik və beynəlxalq normalara uyğun hərəkət edərək, məhkəmə sisteminin yetkinliyini nümayiş etdirir. Bu, yalnız daxili bir proses deyil, həm də beynəlxalq ictimaiyyətə göndərilən bir mesajdır: suverenliyə və bəşəriyyətə qarşı cinayətlər cəzasız qalmayacaq.

Vardanyan işi mühim siyasi əhəmiyyət daşıyır. Bu, sadəcə cinayət işi deyil - həm də separatçı rejimin dağılmasının simvoludur. Qarabağ uzun illər müəyyən qrupların şəxsi maraqlarını həyata keçirmək üçün bir alət idi, lakin bu dövr artıq sona çatıb. Yeni bir dövr yaşanır, ədalət və qanunçuluq bölgədə inam və sabitliyin bərpası üçün əsas olur.

Vardanyan və digər separatçılar üzərində məhkəmə prosesi bütün bölgə üçün vacib bir siqnal olacaq. Münaqişə zonalarından şəxsi maraqları naminə istifadə edənlər üçün cəzasızlıq dövrü sona çatır. Azərbaycan göstərir ki, hüququn aliliyini təsdiqləmək, hətta beynəlxalq təzyiqlər şəraitində belə, necə vacibdir.

Bu proses yalnız bir məhkəmə işi deyil. Bu, tarixi bir an, suverenliyə və bəşəriyyətə qarşı cinayətlərin hər zaman cəzasını tapacağını göstərən bir mesajdır. Azərbaycan qətiyyətli mövqeyini qoruyaraq, Cənubi Qafqazda sabit və ədalətli bir gələcəyin əsasını qoyur.

Elçin Alıoğlu
TREND

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri