Icma.az
close
up
RU
Varlıya və kasıba eyni məbləğ verilməsin

Varlıya və kasıba eyni məbləğ verilməsin

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılacaq. 

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb. Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 2 dəfə çoxdur. 

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə bu ilin fevral ayından başlanılıb. Fondun vəsaitinin idarə olunması “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Fondun vəsaiti müstəqil mədaxil mənbələri hesabına formalaşır: utilizasiya haqqı; kreditlər və qrantlar; hüquqi və fiziki şəxslərin könüllü ianələri; beynəlxalq təşkilatların və digər donorların ayırmaları; qanunla qadağan olunmayan digər mənbələr. Fondun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir: 

- yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi; 
- utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin ödənilməsi; 
- operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi. 

Fonda daxil olan aylıq vəsaitin 3 % həcmində hissəsi “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” ilə müəyyən edilmiş istiqamət üzrə hər növbəti ayın 10-dək operatorun cari hesabına köçürülür. 

Operatorun cari hesabına köçürülmüş vəsait onun gəlirlərinə aid edilməklə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi, operatorun göstərdiyi xidmətlərin elektronlaşdırılması və qanunla qadağan edilməyən digər istiqamətlərdə istifadə olunur. 

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, utilizasiya fonduna əlavə ödənişlərin yığılması, eyni zamada dövlətin bu sahəyə dəstəyi müsbətdir: 

"Azərbaycan dövlət səviyyəsində də göstərir ki, utilizasiya prosesi önəmlidir. Əsas məqamlar ödənişlərin məbləği ilə bağlıdır. Ödəniş normal olarsa, vətəndaşlar da məsələyə həvəslə yanaşarlar. İndiki situasiyada ödəniş az olduğu üçün vətəndaşlar maşınlarını təhvil vermək istəmirlər. 

Təklif edirlər ki, vətəndaşlar maşınını söküb, ehtiyat hissələrini sataraq təhvil versinlər, lakin bu da həll yolu deyil. Eyni zamanda, bəzi insanlar var ki, son ümid yerləri maşını olur. Bəzi şəxslər isə imkanlı olur, sadəcə maşına ehtiyacı olmur deyə utilizasiyaya müraciət edir. Hesab edirəm ki, hər iki şəxsə eyni məbləğin verilməsi də ədalətli deyil. Dövlət bu məsələdə yardım əlini uzadarsa, müsbət addım olar”.

O bildirib ki, ümumilikdə utilizasiyanın mahiyyəti vətəndaşlara aşılanmalıdır, sosial çarxlar çəkilməli, maarifləndirmə işləri aparılmalıdır. 

Ləman İsmayıl 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri