Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

VAŞİNQTON KÜRD SEPARATÇILARINI “SATIR” Ağ Ev Suriyadan keçən neftqaz dəhlizlərini Ankaraya güzəştə gedir AzPolitika onlayn siyasiictimai qəzet

VAŞİNQTON KÜRD SEPARATÇILARINI “SATIR” Ağ Ev Suriyadan keçən neftqaz dəhlizlərini Ankaraya güzəştə gedir AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Türkiyənin Suriyada ən önəmli planlarından biri PKK/PYD/SDG teror ünsürlərini sıradan çıxarmaqdır. Bu separatçı-terrorçu təşkilatlara ən böyük dəstək ABŞ-dən gəlir. Separatizmi dəstəkləyənlər arasından Rusiya və İran bölgədən çəkildi. Vaşinqtonda isə məsələyə münasibətlə bağlı ciddi fikir ayrılığı yaranıb.

Seçilmiş prezident Tramp ˝Suriyada işimiz yoxdur˝ deyir, Pentaqon isə ˝İŞİD-lə mübarizədə müttəfiqimiz olan kürdlərə dəstəyimiz davam edir˝ mövqeyindədir. Maraqlıdır ki, kürd separatçılarının lideri Məzlum Abdi ABŞ-dən yardım tələb edir və elə həmin gün ABŞ-nin BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli Trampı Türkiyə və Ərdoğanla daha sıx münasibətlər qurmağa çağırır.

Sahədən gələn xəbərlər onu söyləməyə əsas verir ki, Pentaqonun bütün çabalarına baxmayaraq, Türkiyə öz sərhədindəki terroru bitirəcək. Amma Ankara oyunu elə qurub ki, bu təmizləmə əməliyyatında Türkiyənin “əli təmiz qalır”. Belə ki, PKK-SDQ terrorçularını rəsmi türk ordusu deyil, Suriya Milli Ordusu, türkmən tuqayları, yerli ərəb aşirətləri və hətta suriyalı kürd aşirətləri sıradan çıxarırlar.

ABŞ-nin regionda yürütdüyü separatçılıq oyunu reallığı zorlamaqdır. Kürdlər ABŞ-nin onlara verdiyi və dövlət qurmaq istədikləri ərazilərdə azlıqdadırlar. Firat çayının şərqində yerləşən və kürdlərə “verilən” bu geniş ərazilərdə ərəblərin, türkmənlərin, xristianların ümumi sayı kürdlərin sayından 5-7 dəfə çoxdur. Yəni, böyük azlıqda olan kürdlərin həmin ərazilərdə kürd dövləti qurmaq şansları sıfırın altındadır. Bunu heç şübhəsiz amerikalılar da bilir. Amma kürdləri növbəti dəfə aldadaraq, öz maraqlarının təmini üçün onlardan vəkalət gücləri kimi istifadə edirlər.

Türkiyə isə tam tərsinə, öz planlarını sahədəki real qüvvələr nisbətinə uyğun şəkildə qurur. ABŞ azlıqda olanları zorakı metodlarla bölgənin sahibi etməyə çalışır, Türkiyə isə əzici çoxluqda olan bölgə xalqlarının əli ilə Pentaqonun yaratdığı zorbaçı qurumu dağıdır. Digər tərəfdən, ABŞ-nin bölgəyə logistika imkanları məhdud və bahalıdır. Pentaqon Suriyanın şimalında da bir müddət öncə Əfqanıstanda üz-üzə qaldığı vəziyyətə oxşar situasiya ilə rastlaşıb. Sahədəki real vəziyyət Türkiyənin lehinədir. Üstəlik, dünya sürətlə dəyişir, ABŞ-nin önündə problemlər çoxdur, Trampın ən yaxşı bacardığı iş isə pul saymaqdır. Böyük ehtimalla, Ağ Ev bu bahalı və perspektivsiz avantüraya görə Türkiyə kimi qüdrətli NATO müttəfiqini qarşısına almayacaq. Deməli, kürd separatçıları növbəti dəfə “satılır”.

Heç şübhəsiz, sərhədindəki terror və bölücülük bataqlığını qurutmaq Türkiyənin Suriya siyasətində ən mühüm məqamdır. Amma iş bununla bitmir. Ankaranın ikinci marağı “terror koridoru” adlandırdıqları enerji və logistika dəhlizini sıradan çıxarmaqdır. ABŞ-nin kürd silahli qruplarına verdiyi dəstəyin pərdə arxasında, həm Suriya neftinə çökmək, həm də İradakı Mosul və Kərkük neftinin “terror koridoru” üzərindən Ağ Dənizə çıxarmaq planları dayanır. Bu koridorun şimal qolu Hələb üzərindən Ağ Dənizə açılmaqdır. Türkiyə illər öncə Suriya ilə sərhəddə dörd böyük hərakat reallaşdırmaqla koridorun şimal qolunu ləğv edib. “Terror koridoru”nun cənub qolu isə kürd separatçılarının nəzarət etdikləri ərazilərdən və daha sonra Suriya paytaxtı Dəməşqdən keçərək İsrailə qədər uzanan dəhlizdir. Bu dəhlizə israillilər “Davud koridoru” adını veriblər. Hazırda Türkiyə dəstəkli müxaliflər Dəməşqi də nəzarət altına alıb. Nəticədə, Ankara “terror koridoru”nun hər iki qolunu gündəlikdən silib. Bu gün həmin neft dünya bazarına əsasən Türkiyə üzərindən çıxarılır. “Terror koridoru”nu bağlamaqla rəsmi Ankara neft tranziti “payını” ABŞ-nin və İsrailin əlindən almış olur.

Suriyada sabitliyin bərpa edilməsi daha iki böyük enerji tranziti layihəsinin yolunu açır. Bunlardan birincisi Misir və İsrail qazının Suriya və Türkiyə ərazilərindən keçərək Avropaya çatdırılmasıdır. Qəzza müharibəsi başlanana qədər Misir, İsrail və Türkiyə arasında bu barədə ciddi danışıqlar gedib. O zaman Suriya xaos içində idi və qazın Türkiyəyə dənizin dibinə döşənəcək borularla çatdırılması planlanırdı. Suriyada vəziyyətin sabitləşməsi bu layihənin daha ucuz və Suriya torpaqlarından keçən yerüstü variantını mümkün edəcək.

İkinci böyük layihə isə Qatar qazının İraq və Suriya üzərindən Türkiyəyə, oradan da Avropaya nəql edilməsidir. Hər iki layihənin baş tutması üçün Suriya ərazisindəki kürd separatizmi aradan qaldırılmalıdır. “Stavka” çox böyükdür. Suriyada sabitliyi Türkiyə təmin edəcəksə, enerji dəhlizlərinə nəzarət də böyük ölçüdə Ankaranın əlində olacaq.

Sonda qeyd edək ki, bu günlərdə Ankarada səfərdə olan Dövlət katibi Blinken də “Suriyanın gələcəyi ilə bağlı bütün məsələləri Türkiyə ilə razılaşdırdıq” bəyanatını verib...

Namiq Bilal 

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Dekabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri