Icma.az
close
up
RU
Vaşinqton razılaşmaları: Sülh diplomatiyası və müdrik liderliyinin təntənəsi

Vaşinqton razılaşmaları: Sülh diplomatiyası və müdrik liderliyinin təntənəsi

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Vaşinqton razılaşmalaları Azərbaycanın son illər ərzində qazandığı hərbi, siyasi və diplomatik zəfərlərin məntiqi nəticəsidir. ABŞ Prezidenti Donal Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalan Birgə Bəyannamə ölkəmizin regionda yaratdığı yeni reallıqların bütün dünya tərəfindən tam qəbul edilməsi, beynəlxalq hüquq və milli maraqlara söykənən müstəqil siyasətimizin təntənəsidir.
Vaşinqton razılaşmaları Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərinin təkcə Ermənistan deyil, bütün dünya birliyi tərəfindən qəbul edilməsinin göstəricisidir. Bununla da Zəngəzur dəhlizinə qarşı aparılan kampaniya və cəhdlərə də son qoyuldu.
Vaşinqtonda əldə olunan konsensus həm də Cənubi Qafqazın geosiyasi memarlığının Azərbaycan tərəfindən təqdim edilən yeni, müstəqil və qarşılıqlı maraqlara əsaslana model əsasında qurulması üçün mühüm rol oynayır.
Bu tarixi zəfərin memarı Böyük Lider, Prezident İlham Əliyevdir. Onun müdrik liderliyi təkcə son illərin zəfərləri ilə ölçülmür. Bu, iyirmi ildən artıq davam edən dərin strateji fəaliyyətin, Ulu Öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətçiliyi xəttinin növbəti, möhtəşəm təntənəsidir.
Ümummilli Liderimiz 90-cı illərin xaosundan sabitliyə yol açdı, ölkəmizin gələcək inkişaf istiqamətini müəyyən etdi. Məhz bu möhkəm təməl üzərində Prezident İlham Əliyev illər boyu səbr və uzaqgörənliklə ordumuzu gücləndirdi, iqtisadiyyatımızı şaxələndirdi və beynəlxalq aləmdə Azərbaycanın haqq səsini ucaltdı. Ən əsası isə, o, xalqın Qarabağı qaytarmaq inamını hər gün artıraraq ən yüksək zirvəyə çatdırdı.
Bu gün gördüyümüz bütün nəticələr – həm döyüş meydanındakı Zəfər, həm də diplomatik qələbələr – məhz bu iki böyük liderin bir-birini tamamlayan, vahid məqsədə yönəlmiş strategiyasının ən böyük uğurlarından biridir.
Şübhəsiz ki, bu zəfərlər həm də öz liderlərinin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqının sarsılmaz iradəsinin təntənəsidir!
Bu gün biz, əldə etdiyimiz nəticələr əsasında bölgədə yeni bir nizam yaradırıq. Bu nizam qarşılıqlı hörmətə, suverenlik və ərazi bütövlüyünün tanınmasına, eləcə də praktiki iqtisadi inteqrasiyaya söykənir. Bizim təklif etdiyimiz model heç kimə qarşı yönəlməyib. Əksinə, bu model, təqdim olunan imkanları düzgün dəyərləndirəcəyi təqdirdə, Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin mənafeyinə xidmət edir.
Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat, kommunikasiya və iqtisadi xəritəsinin döyünən ürəyinə çevrilib. Zəngəzur dəhlizinin açılması ilə biz həm Naxçıvanla birbaşa əlaqəni bərpa edəcəyik, həm də Asiya ilə Avropa qitələrini birləşdirəcək  mühüm nəqliyyat bağlantısına çevirəcəyik.
Zəngəzur dəhlizi Türk dünyasının coğrafi birliyini də möhkəmləndirəcək, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin kəsişməsində ölkəmizin strateji mövqeyini əvəzsiz edəcəkdir.
Ancaq bizim gələcəyə baxışımız təkcə nəqliyyat dəhlizləri ilə məhdudlaşmır. İşğaldan azad edilmiş ərazilərdə apardığımız nəhəng quruculuq işləri, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək üçün dünyanın aparıcı enerji şirkətləri ilə icra etdiyimiz konkret layihələr  bizim gələcəyə baxışımızın miqyasını göstərir.
Bu addımlar Azərbaycanı təkcə etibarlı neft-qaz tədarükçüsü deyil, həm də bərpa olunan enerji sahəsində Avropanın gələcək tərəfdaşına çevirir.
Bütün bu sadaladığımız amillər isə bizi yekun bir nəticəyə gətirir.
Regionda bizim iştirakımız olmadan heç bir dayanıqlı layihə reallaşa bilməz. Bizimlə birgə açılan yollar, həyata keçirilən layihələr isə bütün iştirakçılara rifah və tərəqqi gətirər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri