Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Vaşinqton sammiti liderlərin fərqi barədə bir neçə söz

Vaşinqton sammiti liderlərin fərqi barədə bir neçə söz

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Müsəllim HƏSƏNOV

Unudulmaz gecə idi.

Avqustun 8-dən 9-a keçən gecəni nəzərdə tuturam.

Həmin gecə diqqət Amerikaya yönəlmişdi!

Başqa yerə, başqa istiqamətə baxmaq vaxtı deyildi!

Həmin gecə Vaşinqtonda tarix yazılırdı. Daha doğrusu, tarix yazılmalı idi.

Bu proses necə gedəcək?

Nələr baş verəcək?

Açığı, bir az narahatlıq da var idi. Bir neçə ay əvvəl Ağ evdə Tramp-Zelenski görüşünün şahidi olmuşduq. Dünyanın ən qüdrətli dövlətinin prezidentinin aktyor keçmişi olan ukraynalı həmkarına qarşı yekəxanalığı, qaba rəftarı hələ də müzakirə mövzusu kimi qalır...

İndi isə Ağ evə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri təşrif buyururdı...

Həmin gecə hamının fikri Amerika paytaxtında idi.

Budur, dünyanın aparıcı televiziya kanallarının kameraları Ağ evin giriş qapısını göstərir...

Əvvəlcə Ermənistanın Baş nazirinin maşını yaxınlaşır.

Amerika prezidentinin ənənəvi təbəssümü, əlsıxma mərasimi və bir-birini qabaqlamağa çalışan jurnalistlərin foto-video çəkilişləri...

Televiziyaların kameraları bu cür yüksək səviyyəli görüşlər sahəsində kifayət qədər təcrübəsi olmayan Ermənistan Baş nazirinin bir qədər sadəlövh və... ürkək baxışlarını iri planda göstərir...

Bundan təxminən yarım saat sonra Ağ evin qapısına Azərbaycan Prezidentini gətirən maşın yaxınlaşır...

Kameralar Amerika Prezidentinin oxşar təbəssümünü, əlsıxmasını, hansısa replikasını, eyni zamanda Azərbaycan Prezidentinin cavab replikasını və gülüşünü lentə alırlar...

Fərq göz qabağında!

Azərbaycan Prezidentinin təcrübəsi, rahatlığı, sərbəstliyi diqqətdən yayınmır...

Hətta ənənəvi fotoçəkiliş mərasimi də fərqlidir!

Azərbaycan liderinin şax duruşu hara, erməni Baş nazirin inamsız boylanışı hara?!

Prezidentlər içəri daxil olur və Ağ evin qapısı bağlanır. İçəridə nələr baş verdiyi hələ bilinmir...

Daha bir qədər də keçir və bu dəfə üç lider jurnalistlər qarşısında məlum tarixi sənədi imzalayırlar.

Amerika Prezidenti danışır. Bu görüşün, imzalanan sənədin əhəmiyyətini xüsusi vurğulayır.

Sonra Azərbaycan Prezidenti çıxış edir. 30 ildən çox bir müddətdə onun özünü, xalqını və dövlətini narahat edən məsələ barədə fikirlərini bölüşür. Sərbəst, konspektsiz!

Növbə qonşu dövlətin Baş nazirinindir. O, yenə də ürkək baxışlarla zalı süzür... və danışmağa başlayır. Necə deyərlər, bir gözü də qarşısındakı mikrofonun altına qoyduğu... konspektdə!

Fərq göz qabağında!

Belə yüksək səviyyəli görüşlərdə iştirak təcrübəsi ilə təcrübəsizlik öz sözünü deyir...

İki liderin ingilis dilində danışıq səviyyəsi də fərqlidir. Və bu fərq illərlə Ağ evin girişində üzü üzlər görmüş jurnalistlərin gözündən yayınmır! 

Bütün proses boyu qonşu dövlətin Baş naziri, necə deyərlər, gözünün altı ilə o biri iki liderin davranışını izləyir və onları təkrar etməyə çalışır: stuldan duranda da, otaqdan çıxanda da...

Və bütün bu proses dünyanın aparıcı media nümayəndələrinin gözü qarşısında baş verir.

Hamı bu fərqi görür və göstərir.

Hamı Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin bütün parametrlər üzrə fərqini hiss edir...

Amerika Prezidenti isə bu fərqi görməzdən gəlməyə çalışır. Sanki əhəmiyyət vermir. Hər iki lider barədə xoş sözlər deyir. Onları bərabər tərəfdaşlar kimi təqdim edir, birgə əl tutmağa çağırır. Bu əlsıxmada üçüncü əl Amerika Prezidentinin əlidir. İki ölkə arasında 30 ildən çox davam edən münaqişədən sonra əldə olunacaq sülhün qarantı kimi...

Az sonra telekanallar içəridə keçirilən görüşlərdən fraqmentlər yayır. Ortaya Amerika liderinin Azərbaycan Prezidenti ilə səmimi söhbətindən görüntülər çıxır...

Və yenə də fərq ortada!

Ağ evin rəmzi açarını götürən Azərbaycan lideri özünü öz evindəki kimi hiss edir. Danışır, Trampın replikalarına cavab verir, zarafat edir, hazırcavab lider imicini bir daha təsdiqləyir.

Dünyanın gözü qarşısında!

Dünya Azərbaycan liderini yenidən kəşf edir!

Və tarixi görüş başa çatır!

Möhtəşəm gecədir!

Azərbaycan lideri bu xalqa tarixi Zəfəri ikinci dəfə yaşadır!

Və qulaqlarımda Onun məşhur deyimi əks-səda verir: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Həmin tarixi gecə bu həqiqəti növbəti dəfə təsdiqləyir!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Avqust 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri