Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Liqa 1: Marsel darmadağına sevindi

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Vaşinqton sənədləri, tərpədilmiş yeni daşlar , 10 noyabr bitdi , 8 avqust dövrü başladı Aydın QULİYEV yazır…

Vaşinqton sənədləri, tərpədilmiş yeni daşlar , 10 noyabr bitdi , 8 avqust dövrü başladı Aydın QULİYEV yazır…

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Milli Məclisdə söylədiyi bu sözlər yəqin hələ çox məqamlarda xatırlanacaq. Prezidentimiz keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllini "biz bununla çox iri daşları yerindən tərpətdik" deyə böyük bir siyasi mətləbi çox sərrast obrazla qısa ifadə etdi...

Avqustun 8-də Vaşinqtonda Trampla görüşdə əldə olunmuş razılaşmalar həmin fikri yenidən aktual edir. Vaşinqton razılaşmaları münaqişənin həllindən heç də geri qalmayan səviyyədə "iri daşları" yerindən tərpətdi...

2023-cü ilin Antiterror tədbirlərindən sonrakı 2 illik sülh prosesini bir kənara qoyaraq normallaşma prosesini elə 8 avqust Vaşinqton razılaşmalarından başlamaq lazımdır. Azərbaycanın bu müddətdə nəhayətsiz çabalar göstərməsinə baxmayaraq, sülh prosesində əsaslı bir addım atılmadı. Kiçik razılaşmalar olsa da, sabah onların pozulmayacağına da kimsə etibarlı zəmanət vermədi. Çünki proses Moskva ilə Avropanın arasında qalmışdı. Kimsə üzərinə məsuliyyət götürərək son imzaların atılmasına" təkan verə bilmirdi. Rusiya da, Avropa da Azərbaycan - Ermənistan sazişinin imzalanmasında əsasən özlərinin geosiyasi maraqlarını güdürdülər. Azərbaycanın və Ermənistanın isə maraqlarına arxa planda yanaşırdılar, daha çox da Ermənistanı dəstəkləyirdilər. Kremlin və Avropanın vasitəçiliyi ilə aparılmış normallaşma prosesinin uğursuzluq səbəbi əsasən bu oldu...

Az-çox uğurlu nəticələr yalnız ikitərəfli görüş formatlarında əldə olundu ki, bu da birmənalı olaraq Azərbaycan prezidentinin ardıcıl və səriştəli diplomatiyası hesabına mümkün oldu. Beləliklə, Antiterror əməliyyatından 8 avqust Vaşinqton razılaşınasına qədər tərəflər baqajlarında tam təsdiqlənmiş tək yük aparırdılar- ikitərəfli format nisbətən ən uğurlu danışıq variantı kimi təsdiqlənmişdi. Bu da İlham Əliyevin sayəsində əldə olunmuş nəticə sayılır. Saziş mətni yarımçıq idi, kommunikasiyaların açılması Moskvanın üzündən donmuş vəziyyətdə buraxılmışdı. Çox şeylər yarımçıq vəziyyətdə güclü bir qarantın himayəsi altında öz təsdiqini gözləyirdi.

Vaşinqton razılaşmaları bölgəyə təminatlı sülhün gəlişinə tam imkan açdı. Azərbaycan- ABŞ münasibətlərində yeni mərhələ açıldı. ABŞ-Ermənistan münasibətləri Baydendən sonra xeyli duruldu ki, bunun üçün Ermənistan rəhbərliyi İlham Əliyevə çox minnətdar olmalıdır. Çünki Baydenin son prezidentlik günlərində onunla tələsik Strateji saziş imzalayan Ermənistan Tramp and içənə kimi qeyri-müəyyən duruma düşdü, çünki seçkilərdə Ermənistan hakimiyyəti, erməni lobbisi və diaspor tam mənada Trampın əleyhinə işləmişdilər. Bu mənada Azərbaycan prezidenti prosesləri şəxsən Trampın masasına çıxarmaqla əslində onun gözündə Paşinyanın özünə də reabilitasiya şansı qazandırdı. Bu 6 ayda Paşinyan dəfələrlə ABŞ-da oldu, hər dəfə Trampla görüşməyə cəhd etdi, alınmadı, nəhayət onun Trampla görüş arzusu məhz İlham Əliyevin hesabına baş tutdu. Trampın hakimiyyəti dövründə ABŞ-Ermənistan münasibətlərində də yeni dövr açılır ki, bunun da səbəbkarının İlham Əliyev olduğunu gərək unutmasınlar.

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının əsasının qoyulması ABŞ-ın Qafqaz siyasətinin mahiyyətini dəyişmək gücündədir. Bu vaxta qədər ABŞ prezidentləri Qafqaz siyasətini əsasən erməni lobbisinin təsirləri altında aparırdı. Tramp ilk dəfə olaraq Qafqaz siyasətini erməni lobbisinin girovluğundan kənara çəkmək yolu tutdu. Bu mənada ABŞ- ın özünün də bizim regionda siyasətinin yeni dövrünün başlandığını iddia etmək olar. Yenə də İlham Əliyevin sayəsində...

Azərbaycanın bir çox ölkələrlə Strateji tərəfdaşlığı var. Fəqət heç bir ölkənin Azərbaycanla strateji əməkdaşlığı bu qədər çoxşaxəli və dərin deyil. Enerji, ticarət, tranzit, iqtisadi investisiya, təhlükəsizlik daxil geniş spektr üzrə əməkdaşlıqdan söhbət gedir. Başqa bütün hallarda Azərbaycanın strateji əməkdaşlığı təhlükəsizlik məsələlərini o qədər də əhatə etmirdi. ABŞ-la əsası qoyulmuş Strateji Xartiyada isə silah satışı, terrorla mübarizə daxil təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq həqiqətən onun unikallığını xeyli yüksəldir. Xartiyanın xüsusilə bu müddəası Azərbaycanın önündə Amerikanın silah bazarına çıxış imkanı açır.

907-ci düzəlişin ləğvi tək Azərbaycanın yox, elə ABŞ-ın özünün də əl-qolunu açır. Dünyanın bütün istiqamətlərinə dövlət yardımı edən ABŞ-ın Azərbaycana qolu bağlanmışdı.Azərbaycan isə çox yerlərdən dövlət dəstəyi alsa da, ABŞ istiqaməti illər boyu bağlı qalmışdı. Prezidentimiz gözəl dedi - Azərbaycanın kiminsə yardımına ehtiyacı yoxdur, çoxdan donor ölkə olmuşuq, ancaq bəs ədalət harda qalmalıdır?!

Sülh sazişinin paraflanması əslində simvolik hadisə kimi də nəzərdən keçirilə bilər. Paraflanma qeyri-rəsmi adla aylar əvvəl olmuşdu, ancaq Ermənistan hərəkətə gəlmirdi. Paraflanmanın Vaşinqtonda olması dünyaya mesaj verdi - bunun arxasında Tramp var, paraflanma Vaşinqtonda olduğu kimi sülh sazişi də Vaşinqtonda imzalanacaq, həm də çox qısa müddətdə imzalanacaq...

Minsk Qrupunun tabutu çoxdan ortada idi, onu Azərbaycan Prezidenti bu yerə atmışdı, sonrakı taleyi üçün də aydın ssenari vermişdi - birlikdə ATƏT-ə müraciət edək ki, Qrupu ləğv etsin. Proses yerindən tərpənmirdi ki , tərpənmirdi. Çünki bunun üçün dünyanın ən qüdrətli dövlət başçısının şəxsində zəmanətə ehtiyac var idi. 8 avqustda bu da gerçəkləşdi…

Zəngəzur dəhlizinin məsələsi Vaşinqton razılaşmalarının şedevr elementlərindən biri sayıla bilər. Dəhlizlə bağlı keçilmiş bütün prosesin də memarı İlham Əliyevdir. Lakin Ermənistan və Rusiyanın gizli oyunları dəhlizin nə açılmasına, nə də gündəmdən çıxarılmasına imkan verirdi. Azərbaycan prezidenti Trampın dəstəyi ilə bu düyünü də açdı. Nəticədə həm Azərbaycanı, həm Ermənistanı, həm də ABŞ-ı təmin edən variant tapıldı - "Beynəlxalq sülh və rifah naminə Tramp yolu" (TRİP). Burada gələcək proseslərin açacağı məqamlar ola bilər. Azərbaycan "Zəngəzur dəhlizini" aktuallaşdırdı, Ermənistan dəhliz sözündən "daş atıb başını tutdu", sonda Tramp hamını qane edən variantı gündəmə gətirdi. Yenə də hər şey Azərbaycan prezidentinin təşəbbüslərinə uyğun baş verdi. Adın nə olmasından asılı olmayaraq, Naxçıvana maneəsiz keçid, multimodalllq, Orta Dəhlizin seqmenti olmaq və sair kimi ideyalar İlham Əliyevə məxsus olmaqla dəyişilməz saxlanıldı.

Vaşinqton razılaşmaları təkcə ABŞ-Azərbaycan-Ermənistan üçbucağında münasibətləri dəyişmədi, həmçinin Qafqazın geosiyasi oriyentasiyasının əsas xəttini yenidən şəkilləndirdi. Putin bacarmadı, Tramp bacardı, çünki Tramp bölgədə özünün strateji tərəfdaşını və əsas fəaliyyət xəttini düz seçdi...

7 maddəlik Vaşinqton bəyannaməsi 10 noyabr sənədindən fərqli olaraq irəliyə doğru, sülhə doğru daha aydın xəritə göstərdi. Çünki 10 noyabr sənədinin qarant imzası Putinə, Vaşinqton Bəyannaməsinin isə qarant imzası Trampa məxsusdur. Yazının əvvəlindəki fikrə bir daha qayıdıram. Prezident İlham Əliyev Vaşinqton bəyannaməsi ilə "çox iri daşları yerindən tərpətdi". Eynilə Vətən müharibəsində olduğu kmi... lakin o zamandan fərqli olaraq yerindən tərpədilmiş daşların Azərbaycanın əl-qoluna dolaşmaq şansları indi çox zəifdir...

Afərin və uğurlar Prezidentimizə!

Aydın QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Avqust 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see131

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri