Icma.az
close
up
RU
Vaşinqton Venesuelaya qarşı əməliyyata hazırlaşır? ABŞ Karib hövzəsində hərbi bazanı bərpa edir

Vaşinqton Venesuelaya qarşı əməliyyata hazırlaşır? ABŞ Karib hövzəsində hərbi bazanı bərpa edir

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ 20 ildən artıq müddət əvvəl bağladığı “Ruzvelt-Rouds” adlı hərbi-dəniz bazasının bərpasına başlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb. Kadrlarda işçilərin uçuş-enmə zolağına aparan yolları təmizlədiyi və yenidən asfaltladığı görünür.

Eyni zamanda ABŞ-nin Puerto-Riko və Sent-Krua adalarındakı mülki hava limanlarında da hərbi infrastrukturun tikintisi və yenilənməsi işləri aparılır. Hər iki obyekt Venesueladan təxminən 800 kilometr məsafədə yerləşir ki, bu da regionda mümkün hərbi əməliyyatlar üçün əlverişli mövqedir.

Mənbələrin bildirdiyinə görə, bu addımlar ABŞ Silahlı Qüvvələrinin və Dəniz Qüvvələrinin regionda “aktiv hazırlıq rejiminə” keçdiyini göstərir. “Reuters” qeyd edir ki, bu, 1994-cü ildə Haitidə keçirilən “Demokratiyanın dəstəyi” əməliyyatından bəri ABŞ-nin Karib hövzəsində həyata keçirdiyi ən genişmiqyaslı hərbi fəallıq hesab olunur. Həmin vaxt Vaşinqton iki aviadaşıyıcı və 20 minlik hərbi qüvvə göndərərək devrilmiş prezident Jan-Bertran Aristidi hakimiyyətə qaytarmışdı.

Agentliyin məlumatına görə, ABŞ ordusunun bu dəfəki fəaliyyəti Venesuela prezidenti Nikolas Maduronun rejiminə təzyiq göstərmək və onu devirmək məqsədi daşıyır. ABŞ ordusunun üç zabiti və üç dəniz eksperti “Reuters”-ə bildiriblər ki, bu hazırlıqlar Venesuela istiqamətində psixoloji və siyasi təzyiqin yeni mərhələsidir.

Donald Tramp administrasiyası hələ sentyabr ayından Karib dənizində gəmilərə qarşı əməliyyatlar keçirir. ABŞ kəşfiyyatının məlumatına görə, bu gəmilər narkotik qaçaqmalçılığı ilə məşğuldur və Vaşinqton bu fəaliyyətin arxasında Maduro rejiminin dayandığını iddia edir.

ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə Venesuelaya hərbi müdaxilə niyyətinin olmadığını bəyan etsə də, Qərb mediası bunun əksini düşünür. “Financial Times” yazır ki, Ağ Ev artıq Venesuela istiqamətində əməliyyat planlarını razılaşdırıb. Mənbəyə görə, Vaşinqtonun masasında üç ssenari var:

-Raket və pilotsuz zərbələr – narkotik ticarəti ilə əlaqələndirilən obyektlərə məhdud zərbələr;

-Hədəfli əməliyyat – prezident Nikolas Maduronun və ya onun yaxın çevrəsinin ələ keçirilməsi;

-Tammiqyaslı müdaxilə – ABŞ ordusunun birbaşa Venesuela ərazisinə daxil olması.

Bununla belə, “Financial Times” bu ssenarilərin tammiqyaslı müharibəyə çevrilmə ehtimalını aşağı qiymətləndirir.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın Karib regionunda artan fəallığı Cənubi Amerikada geosiyasi rəqabətin yenidən qızışdığını göstərir. Venesuela hazırda həm Rusiya, həm də Çin ilə sıx hərbi və iqtisadi əməkdaşlıq edir. Buna görə də Vaşinqtonun addımları təkcə Maduronu deyil, həm də onun Moskva və Pekinlə qurduğu ittifaqı hədəfə alır.

Bəzi analitiklər isə bu prosesin “soyuq müharibənin” yeni mərhələsinin başlanğıcı ola biləcəyini istisna etmirlər.

Rasim
AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri