Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vaşinqton zirvəsi ABŞ nin tanınmış televiziyasında VİDEO

Vaşinqton zirvəsi ABŞ nin tanınmış televiziyasında VİDEO

Icma.az bildirir, News24 portalına istinadən.

ABŞ-nin tanınmış xəbər platformalarından olan “Newsmax” televiziya kanalında Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Vaşinqton Zirvəsinə həsr olunmuş xüsusi veriliş yayımlayıb.

News24.az APA-ya istinadən xəbər verir ki, proqramın qonağı Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim olub.

Proqramda Vaşinqton görüşünün əhəmiyyəti, prosesin regional və qlobal əhəmiyyəti, həmçinin ABŞ-nin vasitəçilik rolu geniş müzakirə olunub.

Verilişin aparıcısı Rob Esperino bildirib ki, Vaşinqtonda imzalanan sənəd təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq üçün əhəmiyyətli mərhələdir.

Xəzər İbrahim çıxışında Prezident Donald Trampın təşəbbüsü ilə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün dünyanın ən nüfuzlu siyasi mərkəzlərindən biri olan Vaşinqtonda keçirilməsinin rəmzi və siyasi baxımdan böyük önəm daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, Prezident Trampın liderliyi və vasitəçilik missiyası sayəsində illərlə nəticəsiz qalan danışıqlar qısa müddətdə real irəliləyiş mərhələsinə qədəm qoyub.

“Tarixi bir an idi…”

Səfir Xəzər İbrahim əlavə edib ki, bu sənəd sülh və əməkdaşlıq üçün geniş imkanlar açır.

“Bu, dünyanın bir nömrəli paytaxtında, sülhməramlı Prezident Trampın rəhbərliyi altında baş tutdu. İndi bölgədə real sülhün bərqərar olması üçün qapılar, pəncərələr, ürəklər açıqdır; təkcə qonşularla deyil, bütün dünya ilə inteqrasiya üçün şərait mövcuddur,” – səfir vurğulayıb.

Diplomat qeyd edib ki, 30 ildən artıq davam edən münaqişə, torpaqların işğalı, etnik təmizləmələr və minalar səbəbindən yurdlarına qayıda bilməyən yüz minlərlə məcburi köçkün fonunda aparılan beynəlxalq vasitəçilik cəhdləri – xüsusilə ATƏT formatı – nəticəsiz qalmışdı. Onun sözlərinə görə, Prezident Tramp administrasiyasının qısa zamanda əldə etdiyi nəticə əsl “diplomatik möcüzə”dir.

Səfir birbaşa danışıqların sülh prosesinə müsbət təsir göstərdiyini vurğulayıb: “Liderlərin birbaşa dialoqu vacibdir. Donald Tramp kimi qətiyyətli və təcrübəli liderin iştirakı bu prosesi uğurla yekunlaşdırdı”.

Azərbaycan – açıq və tolerant cəmiyyət

Proqram zamanı aparıcı Azərbaycanın açıq və tolerant bir ölkə olduğunu, əhalisinin əksəriyyəti müsəlman olsa da, qadınlara və qeyri-müsəlmanlara bərabər hüquqlar tanıdığını, həm Rusiya, həm İranla həmsərhəd, həm də ABŞ və İsraillə yaxın tərəfdaş olduğunu xatırladıb.

Aparıcının fikrini tamamlayan Xəzər İbrahim qeyd eidb ki, Azərbaycanın şüarı həmişə qarşıdurma yox, əməkdaşlıq olub. “İsrail bizim yaxşı dostumuzdur. Dünyanın ikinci ən qədim yəhudi icması Azərbaycanda yaşayır. Biz yəhudilərlə, xristianlarla və digər icmalarla tarixən harmoniya içində yaşamışıq. Azərbaycanda heç vaxt dini icmalar arasında qarşıdurma olmayıb”.

Diplomat əlavə edib ki, Azərbaycan İsrailə enerji resursları ixrac edir, iqtisadiyyat, texnologiya və kənd təsərrüfatı kimi sahələrdə sıx əməkdaşlıq edir.

“Prezident Tramp Nobel sülh mükafatına layiqdir...”

Aparıcı Prezident Trampın yalnız Cənubi Qafqazda deyil, Ruanda, Kongo Demokratik Respublikası, Tailand və Kamboca arasında da sülh təşəbbüslərinə imza atdığını, həmçinin Rusiya–Ukrayna münaqişəsinin həlli istiqamətində də cəhdlər göstərdiyini xatırladaraq, onun Nobel Sülh Mükafatına layiq olub-olmadığını soruşub.

Səfir Xəzər İbrahim bildirib ki, Donald Tramp qısa müddətdə, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olması üçün mühüm addımlar atdığı və dünyanın hər guşəsinə sülh gətirdiyi üçün Nobel Sülh Mükafatına layiqdir.

“Bu, şəxsi fikir yox, məntiqdir. Nobel Sülh Mükafatı sülh gətirən şəxslərə verilir. Donald Tramp qısa müddətdə dünyanın müxtəlif regionlarında, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olması üçün mühüm addımlar atıb. Prezident İlham Əliyevin də dediyi kimi, Tramp təkcə Cənubi Qafqaza deyil, dünyanın hər guşəsinə sülh gətirir. Bu səbəbdən onun Nobel Sülh Mükafatına layiq olması gün kimi aydındır”, - deyə o fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Avqust 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri