Icma.az
close
up
RU
ABŞ ın tanınmış televiziya kanalında Vaşinqton Zirvəsi müzakirə olunub VİDEO

ABŞ ın tanınmış televiziya kanalında Vaşinqton Zirvəsi müzakirə olunub VİDEO

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın tanınmış xəbər platformalarından olan “Newsmax” televiziya kanalında Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Vaşinqton Zirvəsinə həsr olunmuş xüsusi veriliş yayımlayıb.

APA xəbər verir ki, proqramın qonağı Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim olub.

Proqramda Vaşinqton görüşünün əhəmiyyəti, prosesin regional və qlobal əhəmiyyəti, həmçinin ABŞ-ın vasitəçilik rolu geniş müzakirə olunub.

Verilişin aparıcısı Rob Esperino bildirib ki, Vaşinqtonda imzalanan sənəd təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq üçün əhəmiyyətli mərhələdir.

Xəzər İbrahim çıxışında Prezident Donald Trampın təşəbbüsü ilə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün dünyanın ən nüfuzlu siyasi mərkəzlərindən biri olan Vaşinqtonda keçirilməsinin rəmzi və siyasi baxımdan böyük önəm daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, Prezident Trampın liderliyi və vasitəçilik missiyası sayəsində illərlə nəticəsiz qalan danışıqlar qısa müddətdə real irəliləyiş mərhələsinə qədəm qoyub.

“Tarixi bir an idi…”

Səfir Xəzər İbrahim əlavə edib ki, bu sənəd sülh və əməkdaşlıq üçün geniş imkanlar açır.

“Bu, dünyanın bir nömrəli paytaxtında, sülhməramlı Prezident Trampın rəhbərliyi altında baş tutdu. İndi bölgədə real sülhün bərqərar olması üçün qapılar, pəncərələr, ürəklər açıqdır; təkcə qonşularla deyil, bütün dünya ilə inteqrasiya üçün şərait mövcuddur,” – səfir vurğulayıb.

Diplomat qeyd edib ki, 30 ildən artıq davam edən münaqişə, torpaqların işğalı, etnik təmizləmələr və minalar səbəbindən yurdlarına qayıda bilməyən yüz minlərlə məcburi köçkün fonunda aparılan beynəlxalq vasitəçilik cəhdləri – xüsusilə ATƏT formatı – nəticəsiz qalmışdı. Onun sözlərinə görə, Prezident Tramp administrasiyasının qısa zamanda əldə etdiyi nəticə əsl “diplomatik möcüzə”dir.

Səfir birbaşa danışıqların sülh prosesinə müsbət təsir göstərdiyini vurğulayıb: “Liderlərin birbaşa dialoqu vacibdir. Donald Tramp kimi qətiyyətli və təcrübəli liderin iştirakı bu prosesi uğurla yekunlaşdırdı.”

Azərbaycan – açıq və tolerant cəmiyyət

Proqram zamanı aparıcı Azərbaycanın açıq və tolerant bir ölkə olduğunu, əhalisinin əksəriyyəti müsəlman olsa da, qadınlara və qeyri-müsəlmanlara bərabər hüquqlar tanıdığını, həm Rusiya, həm İranla həmsərhəd, həm də ABŞ və İsraillə yaxın tərəfdaş olduğunu xatırladıb.

Aparıcının fikrini tamamlayan Xəzər İbrahim qeyd eidb ki, Azərbaycanın şüarı həmişə qarşıdurma yox, əməkdaşlıq olub. “İsrail bizim yaxşı dostumuzdur. Dünyanın ikinci ən qədim yəhudi icması Azərbaycanda yaşayır. Biz yəhudilərlə, xristianlarla və digər icmalarla tarixən harmoniya içində yaşamışıq. Azərbaycanda heç vaxt dini icmalar arasında qarşıdurma olmayıb.”

Diplomat əlavə edib ki, Azərbaycan İsrailə enerji resursları ixrac edir, iqtisadiyyat, texnologiya və kənd təsərrüfatı kimi sahələrdə sıx əməkdaşlıq edir.

“Prezident Tramp Nobel sülh mükafatına layiqdir...”

Aparıcı Prezident Trampın yalnız Cənubi Qafqazda deyil, Ruanda, Kongo Demokratik Respublikası, Tailand və Kamboca arasında da sülh təşəbbüslərinə imza atdığını, həmçinin Rusiya–Ukrayna münaqişəsinin həlli istiqamətində də cəhdlər göstərdiyini xatırladaraq, onun Nobel Sülh Mükafatına layiq olub-olmadığını soruşub.

Səfir Xəzər İbrahim bildirib ki, Donald Tramp qısa müddətdə, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olması üçün mühüm addımlar atdığı və dünyanın hər guşəsinə sülh gətirdiyi üçün Nobel Sülh Mükafatına layiqdir.

“Bu, şəxsi fikir yox, məntiqdir. Nobel Sülh Mükafatı sülh gətirən şəxslərə verilir. Donald Tramp qısa müddətdə dünyanın müxtəlif regionlarında, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olması üçün mühüm addımlar atıb. Prezident İlham Əliyevin də dediyi kimi, Tramp təkcə Cənubi Qafqaza deyil, dünyanın hər guşəsinə sülh gətirir. Bu səbəbdən onun Nobel Sülh Mükafatına layiq olması gün kimi aydındır,” deyə o fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Avqust 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

10 Avqust 2025 16:52see185

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see164

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see148

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see135

Fərid Qayıbov: “Gəncə şəhər stadionu ölkənin ən yaxşı futbol arenası olacaq”

10 Avqust 2025 14:27see128

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see127

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see125

Kasım Jomart Tokayev İlham Əliyevə zəng edib

10 Avqust 2025 15:51see124

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see122

Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)

10 Avqust 2025 16:55see121

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see120

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see120

Azərbaycanlı gənc futbolçu Norveç klubunda

10 Avqust 2025 16:55see120

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see120

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see119

Sülh üçün sonuncu maneə....

10 Avqust 2025 23:57see118

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see118

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see116

İnterpolun axtardığı azərbaycanlı bu ölkədə SAXLANILDI

10 Avqust 2025 15:51see116

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri