Icma.az
close
up
RU
Vaşinqtonda paraflanan sülh sazişi: “Regionda sülh və inkişaf üçün önəmli addım” ŞƏRH EDİLDİ

Vaşinqtonda paraflanan sülh sazişi: “Regionda sülh və inkişaf üçün önəmli addım” ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə paraflanan sülh sazişi özündə təkcə ölkələrin ərazi bütövlüyü və suverenliyinin tanınmasını, sərhədlərimizdən üçüncü dövlətlərin qüvvələrinin, yəni Aİ Müşahidə missiyasının çıxarılmasını, ölkə daxilində olan separatizm çağırışlarına son qoyulması kimi mühüm məsələləri deyil, həm də beynəlxalq təşkilatlara münasibəti, diplomatik münasibətlərin bərpasını, iqtisadi, siyasi, humanitar sahədə problemlərin həllini ehtiva edir". Bu barədə politoloq Yusif Bağırzadə SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sazişin XI maddəsində açıq şəkildə göstərilib ki, saziş tərəflərin üçüncü dövlətlərlə münasibətlərini məhdudlaşdırmır, onların hər birinin digər BMT üzv dövlətləri ilə bağlanmış müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmir: “Bu o deməkdir ki, həm Azərbaycan, həm də Ermənistan uyğun bildiyi istənilən ölkə və birliklə, beynəlxalq təşkilatlarla münasibətləri hansı şəkildə inkişaf etdirməkdə tamamilə sərbəstdirlər. Əsas vacib olan məsələ bu münasibətlərin saziş öhdəliklərini və sərhəd təhlükəsizliyi balansını pozmamasıdır”.

Diplomatik münasibətlərin bərpasına gəldikdə isə Yusif Bağırzadə qeyd edib ki, bu sazişin V maddəsində nəzərdə tutulub: “Həmin maddəyə görə, sülh sazişi imzalandıqdan və ratifikasiya olunduqdan sonra tərəflər, öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-cü illərin) müddəalarına uyğun olaraq diplomatik münasibətləri quracaqlar. Bu o deməkdir ki, saziş qüvvəyə minməsindən sonra səfirliklərin və ya konsulluqların açılması, hər hansı diplomatik missiyanın yaradılması və statusu barədə razılaşma, həmçinin siyasi məsləhətləşmələrdən iqtisadi komissiyalara qədər standart ikitərəfli mexanizmlərin işə düşməsi mümkündür. Düşünürəm ilkin mərhələdə hər hansı üçüncü ölkədə, məsələn Gürcüstanda olan səfirliklərə bu fəaliyyəti həyata keçirməklə bağlı səlahiyyətlər verilə bilər”.

Politoloq əlavə edib ki, sazişin imzalanması regionda iqtisadi, sosial və humanitar vəziyyətə də öz təsirini göstərəcək: “Xüsusilə də, münaqişə dövründə itkin düşmüş şəxslərin talelərinin müəyyənləşməsi üçün tədbirlərin görülməsinə imkan yaradacaq. Bu məsələ sazişin IX maddəsində öz əksini tapıb. O cümlədən də sazişin X maddəsi özündə iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit və eləcə də humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlı maraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmaların bağlanmasına imkan yaradır”.

Yusif Bağırzadə bildirib ki, bütün bunlar bir daha paraflanmış sazişin regionda sülhə və sabitliyə, eləcə də müxtəlif sahələrdə inkişafa təkan verə biləcəyini deməyə əsas verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Avqust 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri