Vaxtilə sinifdə əlaçı olmayan birinin bu gün müəllimlik etməsi problemdir Nazir
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Zəif oxuyan şəxsin gələcəkdə müəllimlik etməsi problemdir".
Redaktor.az xəbər verir ki, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O əlavə edib ki, vaxtilə zəif oxuyan, aşağı göstəricilərə malik olan şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması təhsilin keyfiyyəti baxımından ciddi çətinliklər yaradır:
"Mənim üçün vaxtilə sinifdə əlaçı olmayan birinin bu gün müəllimlik etməsi problemdir. Çünki zəif oxuyan şəxsin sinif rəhbəri və ya müəllim olması əlaçı mədəniyyətini, təfəkkürünü və davranışını şagirdlərə ötürmək baxımından çətinlik yaradır. Sinifdə yaxşı oxuyan, əlaçı olan şəxslərin müəllimlik etməsi tamamilə başqa bir mühit formalaşdırır. Amma ali məktəbi və ya orta məktəbi “kafi” qiymətlərlə bitirən birinin sinifdə müəllimlik etməsini mən fərqli bir problem kimi görürəm".
Emin Əmrullayev bildirib ki, səsləndirdiyi fikirlərin əsas məqsədi gələcək nəsillərin savadlı yetişməsində rol oynayacaq müəllimlərin seçilməsidir:
"Təhsil sistemində atılan addımlar məhz əlaçıların və yaxşı oxuyan namizədlərin müəllimliyə cəlb olunmasını stimullaşdırmağa və yüksək nəticə göstərən nəsillər yetişdirməyə xidmət edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 30 İyun 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















