Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Vaxtında tədbirlər görülməsə, bu tip hadisələrin artacağı şübhə doğurmur”

“Vaxtında tədbirlər görülməsə, bu tip hadisələrin artacağı şübhə doğurmur”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş vermiş hadisə təkcə ağır cinayət faktı deyil, eyni zamanda cəmiyyət üçün ciddi bir siqnaldır. Bir neçə gün əvvəl Hacıqabulda 12 yaşlı uşağın digər azyaşlıya bıçaqla xəsarət yetirməsi, bu gün isə 10-cu sinif şagirdinin müəllimə odlu silahdan atəş açması artıq təsadüf hal kimi qiymətləndirilə bilməz. Hadisələrin coğrafiyası və forması fərqli olsa da, mahiyyət eynidir - yetkinlik yaşına çatmayanların zorakılığa meyllənməsi faktı ortadadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Müşfiq Ələsgərli bildirib ki, müəllimlə şagird arasında hansı səbəbdən gərginliyin yaranması mahiyyəti dəyişmir: “Problemin əsas qayəsi şagirdin etiraz və reaksiya formasıdır. Mübahisənin odlu silahdan istifadə səviyyəsinə çatması dərin sosial-psixoloji deformasiya göstəricisidir. Bu cür davranış modelləri təsadüfən formalaşmır. Heç bir şübhəm yoxdur ki, belə hallar sosial şəbəkələrin və rəqəmsal platformaların uşaqlar üzərində artan neqativ təsiri fonunda meydana çıxır”.

Ekspert qeyd edib ki, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış və sosial şəbəkələrdə kütləvi şəkildə yayılan qısa videoçarxlar - “reels”, “shorts” və s. uşaqlara hər gün yüzlərlə zorakılıq, silah, kriminal həyat tərzi və aqressiv davranış nümunələri təqdim edir. Nəticədə zorakılıq adi, qəhrəmanlıq isə silah və güc üzərindən təqdim olunan davranış modelinə çevrilir.

“Doğrudur, “Facebook”, “YouTube” kimi iri platformalar azyaşlıların zərərli məzmundan qorunması üçün müəyyən mexanizmlər tətbiq edirlər, 12-13 yaşdan aşağı uşaqların hesab açmasını formal olaraq məhdudlaşdırmağa çalışırlar. Valideyn nəzarəti alətləri də mövcuddur. Lakin bu tədbirlərin effektivliyi ciddi sual altındadır. Bir valideyn öz övladına məhdudiyyət tətbiq etsə belə, həmin uşağın dostunun telefonundan, yaxud başqa platformalar vasitəsilə eyni məzmuna çıxış əldə etməyəcəyinə heç bir təminat yoxdur. Yaxud, uşaqların 13-16 yaş baryerini anonim profillərlə aşmayacaqlarına da təminat yoxdur.

Üstəlik, məsələ təkcə “Facebook” və “YouTube”la bitmir. Dünyada sayı 200-ü ötmüş sosial şəbəkə və video-paylaşım platforması fəaliyyət göstərir. Onların böyük əksəriyyətində yaş filtrləri formal xarakter daşıyır və faktiki olaraq işləmir. Pornoqrafik materiallar, silah nümayişləri, kriminal çağırışlar, qanunsuz oyunlar və zorakı davranışlar heç bir real nəzarət mexanizmi olmadan tirajlanır. Bu isə psixoloji cəhətdən formalaşmaqda olan uşaqlar üçün birbaşa təhlükədir.

Qeyd etmək lazımdır ki, baş verən faciələr Azərbaycan cəmiyyəti üçün uzun müddət xarakterik olmayıb. Güclü ailə institutu, mənəvi bağlar, ictimai nəzarət, ölkədəki sabitlik və nizam-intizam bu cür halların kütləviləşməsinin qarşısını ala bilib. Lakin qlobal rəqəmsallaşma və nəzarətsiz sosial media mühiti bu balansı sürətlə pozur. Əgər vaxtında və sistemli tədbirlər görülməsə, bu tip hadisələrin artacağı şübhə doğurmur”, - deyə o vurğulayıb.

M.Ələsgərli bildirib ki, dünya təcrübəsi bunu açıq şəkildə göstərir: “Bənzər problemlərlə üzləşən bir sıra ölkələr artıq qabaqlayıcı tədbirlərə keçiblər. Avstraliya bu sahədə qlobal nümunə hesab olunur. Ölkədə uşaqları sosial şəbəkələrin zərərli təsirindən qorumaq üçün qanunvericilik sərtləşdirilib, platformalarda hesab açmaq üçün mərhələli yaş təsdiqi mexanizmləri tətbiq edilib, sosial şəbəkə idarəçilərinin üzərinə ciddi hüquqi öhdəliklər qoyulub. Fransa, İspaniya, İtaliya da bənzər modellər yaradıblar. Avropa İttifaqı səviyyəsində də oxşar istiqamətdə vahid qanunvericilik aktı hazırlanır və bu sənədin yaxın vaxtlarda qəbul ediləcəyi bildirilir”.

Ekspertin fikrincə, bu çağırışlar Azərbaycan üçün də aktualdır: “Baş verən hadisələr lokal insident kimi deyil, sistemli təhlükə kimi qiymətləndirilməlidir. Uşaqları sosial şəbəkələrin təhlükəsindən qorumaq üçün həm qanunvericilik bazası gücləndirilməli, həm sosial şəbəkə platformaları üzərində real nəzarət mexanizmləri yaradılmalıdır. Xüsusilə 16 yaşına çatmayan şəxsləri sosial şəbəkələrin neqativlərindən qorumaq üçün hüquqi mexanizmlər yaradılmalıdır. Əks halda, bu gün istisna kimi görünən hadisələr sabah təhlükəli tendensiyaya çevrilə bilər. Cəmiyyətin təhlükəsizliyi isə ilk növbədə uşaqların psixoloji və mənəvi təhlükəsizliyindən başlayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Fevral 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri