Icma.az
close
up
RU
Vaxtından əvvəl nübar, yoxsa orqanizmdə yaranacaq azar? MÜSAHİBƏ

Vaxtından əvvəl nübar, yoxsa orqanizmdə yaranacaq azar? MÜSAHİBƏ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Mövsümi olmayan meyvə və tərəvəzlərin qəbulu ziyandır?

- Bizim hər mövsümə uyğun meyvə və tərəvəzlərimiz zəngindir. Artıq may ayındayıq, çiyələyin, alçanın mövsümü gəlib çatıb. Bir çox insanlar bu meyvə-tərəvəzlərdən bəzən miqdarından artıq qəbul edirlər ki, bu da onlarda mədə-bağırsaq sisteminin pozulmasına gətirib çıxarır. Yaxşı olar ki, hər bir insan birinci növbədə qidaya qarşı həssaslığının, allergiyasının olub-olmadığını bilsin. Bu qidaları alarkən daha çox yerli, mövsümündə yetişdirilmiş olduğuna diqqət etsinlər. Çünki həmin meyvələrin bu gün biz istixana şəraitində yetişdirilənlərini də görürük. Xüsusilə, çiyələklər daha çoxdur. Belə olan halda həmin qidaları immun sistemi zəif olan insanlar, azyaşlılar qəbul etdikdə allergiya ilə yanaşı, həm də tərkibindəki kimyəvi maddələrə qarşı da yüksək həssaslıq yaranır. Bu da bir çox hallarda zəhərlənmə ilə nəticələnir. Ona görə mütləq keyfiyyətli, yerli, mövsümə uyğun olmasına diqqət etsinlər. Gün ərzində də 200-250 qramı keçməmək şərti ilə qəbul etmək lazımdır. Balans nisbəti gözlənilməlidir. Bəzən görürük ki, bəyənirlər deyə, alçanı yarım kilodan da çox qəbul edirlər. Bu da fəsadlara yol aça bilir. Bağırsaqların funksiyası pozulur, qan tərkibi dəyişir. Ona görə, mütləq miqdara diqqət etsinlər.

- Bir çox hallarda allergiyalardan həyatımız boyu xilas ola bilmirik. Bununla bağlı tövsiyələriniz nədir?

- Alçanın tərkibində antioksidantlar çox olduğu üçün mütləq onu tək qəbul etmək lazımdır. Dadlandırıcı olaraq alçaya duz əlavə edirlərsə, miqdarı keçəcəksə, orqanizmdə duz-su balansı pozulacaq. Kiçik yaşlı uşaqlara çiyələyi şəkər tozu ilə verirlər. Bu da qida vərdişinin pozulmasıdır. Hər hansı qidanı qəbul ediriksə, öz dadına uyğun sevilməlidir. Əks halda gələcəkdə uşaqlara çiyələyi tək verdikdə bu qida vərdişinin olmadığına görə davamlı olaraq şəkərdən istifadə edəcək. Bu da günlük şəkər miqdarını keçməsinə səbəb olacaq. Xroniki xəstəliyi olan insanlar var. Onlar bəzən təzyiqdən, şəkərli diabetdən əziyyət çəkənlərdir. Duz və şəkərin miqdarı keçirsə, xroniki xəstəliyin kəskinləşməsinə səbəb olacaq.

- Sağlam qidalanmaq üçün hansı məhsullardan uzaq durmaq lazımdır?

- Rəf ömrü uzun olan paketlənmiş qidalardan gündəlik qida kimi az istifadə olunmalıdır. Mümkün olduqca çox istifadə olunmamalıdır. Meyvə-tərəvəzləri qəbul edərkən gündəlik yerli, mövsümü olanlara diqqət etməliyik. Bişirilmiş yeməkləri qəbul ediriksə, yeni, istehlak olunacaq qədər bişirilməlidir. Köhnə, bayat yeməklərdən istifadə olunmamalıdır. Ağır, yağlı, çətin həzm olunan qidaları yaxşı olar ki, qəbul etməsinlər. Edəcəklərsə də günün birinci yarısında, günorta yeməyində qəbul etsinlər. Axşam daha yüngül, həzm olunan qidaları qəbul etmələri sağlamlıq üçün faydalı ola bilər. Eyni zamanda müxtəlif çeşidli şəkildə etmək lazımdır. Monoton olaraq eyni qidadan istifadə etmək onun faydalılıq xüsusiyyətini aşağı salır.

- Gün ərzində enerjili olmaq üçün hansı qidalara üstünlük verilməlidir?

- Birinci olaraq enerjimizi təmin edən suyu qeyd etmək istəyirəm. Çünki su gün ərzində lazımi miqdarda qəbul olunmadıqda qan dövranının sürəti aşağı düşür. Həm də orqanizmdən toksik maddələr kifayət qədər atılmadığı üçün insanlarda ruh düşkünlüyü, yorğunluq, yuxunun pozulmasına gətirib çıxarır. Bununla yanaşı mütləq günün birinci yarısında bir ovucu keçmədən faydalı çərəzlərdən istifadə edilməlidir. Hətta badamın tərkibindəki maqnezium və digər faydalı elementlər əhval-ruhiyyəni qaldırmaqla yanaşı yüngül baş ağrılarını da aradan qaldırır. Yaxşı olar ki, meyvələri qəbul etdiyimizdə doğranmış qəbul etmək tövsiyə olunan deyil. Böyük ölçülü meyvələrin dişlənərək yeyilməsi həm çənənin inkişaf etməsinə, həm də mərkəzi beyin sisteminin funksiyasını yaxşılaşdırır. Meyvələrin mənşəyi bəllidirsə, qabıqlı yeyilməsi tövsiyə olunandır. Bir çox hallarda xaricdən gətirilən meyvələrin uzun müddət yola dayanması üçün istifadə olunan parafinlər qabıqda toplanır. Ona görə də, bu meyvələri soysalar daha yaxşı olar.

- Allergiyaya səbəb nədir? Allergiyanın əsas əlamətləri nələrdir?

- Hər bir insan yaxşı olar ki, xüsusilə də valideynlər özlərində allergiya varsa, bunu uşaqda da yoxlatmalıdır. Çünki bəzi allergik reaksiyalar genetikdir. Ancaq bir çox allergik reaksiyalar mövsümlə, yaşla, insanın sağlamlıq dərəcəsinə görə dəyişə bilir. Qida allergiyası göbələyin tərkibindəki maddələrə qarşı həssaslıqdır, eyni zamanda lobya da allergiya yarada bilər. Dəniz məhsullarına qarşı allergiyası olanlar bunları müəyyənləşdirməlidir. Qan analizləri nəticəsində fərdi allergiyaları bilmək olur. Kimyəvi dərmanlara qarşı allergiyalar hətta ölümlə nəticələnə bilər. Bunu mütləq bilmək lazımdır. Əgər səyahətə, uzaq yerə gedirlərsə, qarışıq qidalardan uzaq durmalıdırlar.

- Xəstənin suya olan ehtiyacı necə qarşılanmalıdır? Çox su içmək yenidən arıqlamağa səbəb ola bilər?

- Su insan orqanizmində həm qəbul etdiyi qidaları, həm dərmanların parçalanmasına kömək etməklə yanaşı, zərərli maddələrin atılmasında da əsas rol oynayır. Ancaq hər bir insanın sağlamlıqda, xəstəlikdə, xəstəliyin müalicəsi zamanı qidalanma rejimi fərqlidir. Eyni zamanda qəbul edəcəyi qida miqdarı fərqlidir. Əgər sağlam insan üçün su miqdarını hər kiloqram çəkiyə görə 0,30 qeyd ediriksə, bu, müəyyən xəstəlikləri olan üçün dəyişə bilər. O insanın fərqli sağlamlıq vəziyyətinə görə mütləq şəkildə müəyyənləşdirilməlidir. Müəyyənləşdirildikdən sonra artıq o miqdarı qəbul edə bilər. Bəzən qəbul etdikləri artıq bir stəkan su belə böyrək çatışmazlığına gətirib çıxara bilər. Ona görə də, mütləq bu məqamlara həssas yanaşmaq lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri