Vəba Azərbaycana da çatacaq? AÇIQLAMA
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın İrkutsk vilayətində vəba xəstəliyi ilə bağlı yaranan şübhələr qonşu ölkələrdə müəyyən narahatlıqlar yaradıb. Rusiya rəsmiləri və epidemioloqlar ölkədə hər hansı bir epidemiya və ya təhlükəli infeksiyanın geniş yayılma ehtimalının olmadığını bildiriblər. Lakin buna baxmayaraq, qonşu ölkələr yenə də narahatlıq keçirir.
Rusiya ilə qonşu olduğumuzu nəzərə alsaq, Azərbaycan üçün real epidemioloji risk varmı?
Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Bakıvaxtı.az-a danışıb.
Onun sözlərinə görə, vəba xəstəliyi hazırda keçmişdəki kimi qorxunc bir xəstəlik hesab olunmur:
"Bu xəstəlik aşkar edildikdə tez bir zamanda xəstəni izolyasiya edib təhlükəni aradan qaldırmaq mümkündür. Keçmiş dövrlərdəki kimi vəbanın və ya taunun geniş yayılaraq bütün bir şəhəri məhv etməsi kimi hallar haqqında artıq düşünməyə ehtiyac yoxdur. Antibiotiklərin geniş tətbiq olunduğu bir dövrdə yaşayırıq. Bəzən insanlarda vəba xəstəliyinin yüngül forması yaransa da, onlar özbaşına antibiotik alıb qəbul edirlər. Nəticədə xəstəlik törədicisi məhv olub gedir. Hətta pasiyent özü də xəstəliyin məhz nə ilə bağlı olduğunu tam bilmir".

Tibbi ekspert Rasif Bağırov
Ekspertin fikrincə, antibiotiklərin cəmiyyətdə geniş istifadəsi bu cür infeksiyaların kütləvi vüsət almasının qarşısını alır. Ona görə də hazırda vəbanın ağır fəsadlar verə biləcəyi gözlənilmir və narahatlığa heç bir ciddi əsas yoxdur.
"Çirkli su mənbələrinin təmiz su hövzələrinə qarışması kütləvi yoluxmaya səbəb ola bilər. Belə hallarda yüzlərlə, hətta minlərlə xəstə yarandığı üçün infeksiya ilə mübarizə aparmaq çətinləşir. Lakin epizodik hallar olduqda kütləvi yayılma baş vermir. Operativ şəkildə məlumat verilir, vəziyyət nəzarətə götürülür, xəstə izolyasiya edilərək müalicə olunur və problem aradan qalxır", - deyə R.Bağırov qeyd edib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















