Vəhdət Partiyası 150 şəhidin şəkli ilə yürüşə çıxdı FOTOLAR
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə böyük bir hüzn günü deyil, həm də milli qəhrəmanlığın və sarsılmaz iradənin simvolu kimi əbədi yer alıb. Məhz bu tarix münasibətilə Vəhdət Partiyası ənənəvi tədbirlərdən fərqli, cəmiyyətin diqqətini cəlb edən qeyri-adi, dərin rəmzi məna daşıyan bir yürüş təşkil edib.
Gununsesi.info Vəhdət Partiyasının rəhbər şəxsləri və üzvləri Parlament prospekti boyunca Şəhidlər Xiyabanına doğru yürüş edərək 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Yürüşün əsas özəlliyi isə iştirakçıların əllərində 20 Yanvar gecəsində şəhid olmuş 150 nəfərin fotolarını əks etdirən plakatlar daşıması olub. Bu səssiz, lakin mənalı yürüşlə partiya nümayəndələri faciənin miqyasını bir daha canlı şəkildə ictimaiyyətə çatdırıblar.
Partiyanın sədri Adəm İsmayıl Bakuvinin rəhbərliyi ilə keçirilən yürüşdə 200-ə yaxın partiya üzvü iştirak edib. Onlar insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilmiş mülki vətəndaşlarımızın fotolarını daşıyaraq, xalqın birliyini və şəhidlərimizə sədaqətini nümayiş etdiriblər.
Ümumxalq Hüzn Günündə Vəhdət Partiyasının təmsilçiləri Şəhidlər Xiyabanını ziyarət edib, məzarlar önünə gül və qərənfil dəstələri düzüblər. Onlar Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş igid oğullarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
36 il əvvəl Azərbaycanın qəhrəman övladları doğma Vətənin azadlığını, xalqın şərəf və ləyaqətini hər şeydən uca tutaraq qanlı Yanvar gecəsində şəhidlik zirvəsinə yüksəldilər. Məhz həmin gün Azərbaycan xalqı müstəqillik yolunda ilk böyük itkilərini verdi.
İllər sonra Ali Baş Komandanın başçılığı ilə Müzəffər ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığını sübut etdi. Sovet ordusunun törətdiyi bu qanlı cinayətdən onilliklər keçsə də, həmin gecənin ağrısı xalqımızın yaddaşından silinməyəcək. Azadlıq naminə həyatını fəda edən Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 Yanvar 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















