Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının CLDP ilə əməkdaşlığı uğurla davam edir

Vəkillər Kollegiyasının CLDP ilə əməkdaşlığı uğurla davam edir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasında (VK) Amerika Birləşmiş Ştatlarının Kommersiya Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) baş müşaviri Stefan Qardnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqlara Kollegiyanın fəaliyyəti, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

A.Bağırov xüsusilə arbitraj sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə CLDP ilə əməkdaşlığın genişləndirilməsinin, yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə təcrübə mübadiləsinin artırılmasının, eləcə də vəkillər üçün ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd edib.

Bununla yanaşı, sədr Kollegiya tərəfindən bu sahədə həyata keçirilən layihələr, görülən işlər və VK-nın Biznes Hüququ Komitəsinin fəaliyyəti barədə məlumat verib, Vəkillər Kollegiyasının mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüş üçün təşəkkürünü ifadə edən CLDP-nin baş müşaviri Stefan Qardner VK ilə mövcud əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın vəkillərin beynəlxalq təcrübəni mənimsəməsi və peşəkar bacarıqlarının artırılması baxımından mühüm rol oynadığını vurğulayıb.

Görüşün sonunda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə təşəbbüslərlə bağlı təkliflər səsləndirilib və xatirə hədiyyələri təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Aprel 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri