Icma.az
close
up
RU
Venesuela ABŞ üçün analoji strateji məkan hesab olunur

Venesuela ABŞ üçün analoji strateji məkan hesab olunur

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bu səhəri isə, Venesuellanın paytaxtı Karakasdakı hərbi obyektlərin ABŞ ordusu tərəfindən bombalanması ilə açdıq.
Niyə Venesuella? Venesuela XXI əsrin əvvəlində Latın Amerikasında anti-Amerika siyasi platformasının və ideoloji diskursunun mərkəzi aktorlarından biri olmuşdur. Hugo Çaves dövründən etibarən Venesuella ABŞ-ın Qərb yarımkürəsindəki təsirinə qarşı alternativ siyasi xəttin simvolu kimi çıxış etmişdir. Lakin davam edən beynəlxalq sanksiyalar Venesuellanın həm daxili dayanıqlığını, həm də regional təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdır.
Bu gün Venesuellada mümkün hakimiyyət dəyişikliyi təkcə milli siyasi sistemin transformasiyası deyil, Latın Amerikasında ideoloji balansın və qlobal güc münasibətlərinin yenidən formalaşması baxımından da maraq doğurur.
Tramp üçün Venesuella ilk növbədə iqtisadi qaynaqlarına görə vacibdir! Venesuela dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malikdir. Bu resurs bazası ölkəyə nəzəri baxımdan uzunmüddətli fiskal dayanıqlıq və regional iqtisadi liderlik imkanı verir. Neftlə yanaşı, təbii qaz, qızıl və digər strateji xammal ehtiyatları Venesuellanın iqtisadi potensialını daha da genişləndirir.
Venesuellada hakimiyyət dəyişikliyi Latın Amerikası üçün simvolik və praktiki əhəmiyyət daşıyır. Uzun müddət ərzində Venesuela regionda ABŞ-a qarşı ideoloji xətti təmsil edən qüvvələr üçün həm maliyyə, həm də siyasi legitimlik mənbəyi olmuşdur. Xüsusilə enerji resursları hesabına həyata keçirilən regional əməkdaşlıq mexanizmləri bu ideoloji oxun davamlılığını təmin etmişdir. Əgər Maduro gedərsə, bu, Latın Amerikasında sol ideoloji xətti təmsil edən siyasi elitalar üçün mühüm zərbə olacaq ( lakin, alt təbəqələrdə sol ideoloji xətti tamamilə aradan qaldırmayacaq, çünki Latın Amerikasında solçuluq davamlıdır və ənənəvi mahiyyət daşıyır).
Məsələlərə qlobal geosiyasi mübarizə kontekstində baxdıqda Maduronun bugünə qədər Moskva və Pekin tərəfindən dəstəkləndiyini ( digər solçuların da daimi hər ik mərkəz tərəfindən dəstəkləndiyi şübhəsizdir)qeyd etmək vacibdir. Lakin, Tramp və Putin arasında münasibətlərdəki "siyasi alver" Alyaska görüşündən sonra Venesuellanın və Ukraynanın aqibətinin həll olduğu versiyasını da ortaya qoyurdu. Moskva üçün Venesuela postsovet məkanından kənarda ABŞ-a qarşı geosiyasi mövcudluğun nadir platformalarından biridir. ABŞ üçün isə Venesuela Qərb yarımkürəsində Rusiya və Çin təsirinin məhdudlaşdırılması baxımından əsas prioritetlərdən sayılır.
Beləliklə,Ukrayna böhranı ilə Venesuela arasında birbaşa deyil, lakin funksional əlaqə mövcuddur. Ukrayna Rusiya üçün fundamental təhlükəsizlik və nüfuz zonasını təmsil etdiyi kimi, Venesuela da ABŞ üçün analoji strateji məkan hesab olunur.
Qısası, Venesuellada baş verən proseslər lokal siyasi dəyişiklikdən daha çox, qlobal geosiyasi dinamikanın tərkib hissəsi kimi dəyərləndirilməlidir və növbəti zəngin ərazi uğrunda ilk növbədə məhz iqtisadi mübarizədir.
Zaur Məmmədov, politoloq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Yanvar 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri