Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Venesuela bənzətməsinə kliniki diaqnoz

Venesuela bənzətməsinə kliniki diaqnoz

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

və ya Venesuela bənzətməsinə kliniki diaqnozSosial şəbəkə platformalarından birində qəribə bir paylaşıma rast gəldim. Bu, Azərbaycan hakimiyyətinə müxalif mövqedə dayanan şəxsin paylaşımı idi.

Həmin paylaşımdakı fikirlərin məğzinə keçməzdən əvvəl onu demək istərdim: ölkədə müxalif mövqe, müxalif fəaliyyət, siyasi qüvvələrin bir-birini tənqidi normaldır. Hətta zəruridir. Yeri gəlmişkən, Azərbaycanın ictimai-siyasi mühitində belə bir yanlış yanaşma və ya təsəvvür var: guya yalnız müxalifət hakimiyyəti tənqid etməlidir. Media da yalnız hakimiyyətin tənqidi ilə məşğul olmalı və müxalifətin səhvlərinə göz yummalıdır. Müxalifətin müəyyən kəsimində belə fikir formalaşıb. Bu, kökündən yanlış yanaşmadır; hakimiyyət də, müxalifət də ölkənin siyasi institutları kimi bir-birinin fəaliyyətinə qiymət verməlidir. Media isə hər iksini izləyib, obyektiv mövqedən münasibət bildirməklə mükəlləfdir.

Qısaca desək, tənqid önəmlidir. Ancaq bəzi məqamlar var, orda tənqid tamamilə başqa bir şəkil alır. Məsələn, haqqında danışdığım tənqidi paylaşım kimi.

Nədən söhbət gedir?

Sədri yenicə həbs olunmuş partiyanın bir fəalı Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziyalara verdiyi müsahibənin zamanlamasını sorğulayır. Həmin şəxsin statusunu qısa məğzi belədir: ABŞ Venesuela prezidenti Nikolas Maduronu həbs edib apardıqdan dərhal sonra Azərbaycanın dövlət başçısı İlham Əliyev jurnalistləri toplayıb, ABŞ haqqında müsbət fikirlər bildirdi, açıqlamalar verdi. Müxalifətçinin qüsurlu məntiqindəm belə çıxır ki, sanki ABŞ-Venesuela böhranı ilə Azərbaycan prezidentinin yerli televiziyalara müsahibəsi arasında bir əlaqə var.

"Siyasi fantaziya"nın gücünü görürsünüz də!

Həmin status belə başlayır: "Maduro ABŞ tərəfindən həbs olunan kimi İlham Əliyevi dərhal brifinq keçirməyə nə məcbur etdi?"

Nə qədər primitiv bir yanaşnadır!

Əlbəttə, bu səviyyədə ifadə olunan belə yanlış mülahizəni bəlkə heç ciddi qəbul etməmək, ona diqqət ayırmamaq da olardı. Ancaq statusa reaksiyalardan məlum olur ki, bir çox insanlar bunu ciddi qəbul edərək, ətrafında müzakirə açırlar və bu yanlış fikir ictimai dövriyyəyə atılmış olur. Məqsəd də elə budur.

Ancaq əslində məsələnin mahiyyəti nədir?

Əvvəla, Prezident İlham Əliyev hər yeni il başlayanda yerli televiziya kanallarının təmsilçilərini toplayır, onların suallarını cavablandırır. Bu, artıq çoxdan və müsbət bir ənənə halını alıb; birinci dəfə deyil, yəqin, axırıncı da deyil. 2026-cı il yanvarın 5-i Azərbaycanda yeni ilin ilk iş günüdür və Prezident də həmişə olduğu kimi, yeni ildə öz işinə məhz media ilə görüşməklə, əvvəlki ilin yekunlarına qiymət verib, növbəti il üçün planlarını və proqnozlarını açıqlamaqla başlayır. Ölkə rəhbərinin davranışı baxımından burada qeyri-adi heç nə yoxdur. Üstəlik bu müsahibə əvvəlcədən, hətta bir il əvvəldən planlaşdırılıb. Bu planlaşmanı həyata keçirən adamlar hardan bilirdilər ki, yanvarın 3-də ABŞ Venesuelada əməliyyat keçirəcək, ona görə də yanvarın 5-də dövlət başçısının media ilə görüşünü keçirmək lazımdır?!

Görürsünüz, nə qədər absurd iddiadır.

İkincisi, müsahibənin birinci sualının Azərbaycan-ABŞ münasibətlərinə aid olmasında da qeyri-təbii, təəccüblü bir şey yoxdur. Çünki, dediyim kimi, Prezident ənənəvi olaraq söhbətin əvvəlində köhnə ilə yekun vurur, sonra isə yeni ilə dair baxışlarını, gözləntilərini açıqlayır. Bu dəfə də istisna baş vermədi: ölkə Prezidenti Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasına dair bəyannamənin avqustin 8-də Vaşinqonda ABŞ prezidentinin şahidliyi ilə imzalanmasını 2025-ci ilin əsas hadisəsi kimi qeyd edir. Belə bir ritorik sual yaranır: Azərbaycana qarşı 30 illik işğalçı müharibəyə, Prezidentin də dediyi kimi, 2025-ci il avqustun 8-də Vaşinqtonda - "dünyanın bir nömrəli ofisində" siyasi nöqteyi-nəzərdən son qoyulursa, bu, nəinki ötən ilin, bundan əvvəl ötə 30 ilin, hətta bundan sonra da ən azı 30 ilin əsas hadisələrindən biri deyilmi?! Bunun Venesuelaya nə dəxli var, Maduroya nə dəxli var?!

Bu tarixi hadisə dövlət rəhbərinin istənilən müsahibəsinin birinci məsələsidir, istənilən professional jurnalistin də birinci sualı məhz bu haqda olmalıdır. Eyni zamanda dünyanın birinci ölkəsi ilə münasibətlər də müsahibələrin birinci sualı olmayacaqsa, bəs nə haqda olacaq o ilk sual?!

Bunlar məsələnin birinci tərəfi. İkincisi, ABŞ-Venesuela münasibətləri ilə, ABŞ-Azərbaycan münasibətləri tamam fərqli məsələlərdir. Əlbəttə, müxalifətçinin öz statusu ilə (əgər bu, onun öz fikridirsə) cəmiyyətə ötürmək istədiyi mesaj məlumdur: ABŞ Venesuela kimi bir ölkəyə hərbi müdaxilə edib, hakimiyyəti dəyişdirə bilirsə, deməli, bunu hər yerdə edə bilər. Beləliklə, müxalifətin önündə gedənlər öz tərəfdarlarına yeni və boş ümidlər verməkdə, necə deyərlər, xülyalarla yemləməkdə davam edirlər. Məsələnin mahiyyətinə qayıtsaq, beynəlxalq ekspert araşdırmalarına görə, Venesuelanın ümumi xarici borcu 150-170 milyard dollar arasında, bu hüdudlardadır. Ancaq ölkənin strateji valyuta ehtiyatları 13-14 milyard arasındadır. Yəni ölkənin borcu strateji ehtiyatlarından 13 dəfə çoxdur. Deməli, Venesuela dövlət olaraq iqtisadi baxımdan müflis olub və ödəmə qabiliyyətini itirib. Amma dünyada ən böyük - 303 milyard dollarlıq neft ehtiyatına sahibdir. Venesuelanın borclarının böyük hissəsi ABŞ şirkətlərinə və vətəndaşlarına olan borclardır və ölkənin indiki müflis durumunda bunu ödəyə bilmədiyi aydındır. Üstəlik Venesuelada cəmiyyətin dəstəyini, siyasi legitimliyini, hətta öz komandası arasında belə avtorotetini itirmiş, bununla yanaşı ölkədə hakimiyyətini yalnız ordu gücü ilə qorumağa çalşan, hətta Rusiya və Çin qoşunlarını ölkəyə gətirmək istəyən bir prezident vardı. Hər hansı bir şəxsin,xüsusilə də, Azərbaycan vətəndaşının öz ölkəsini - Azərbaycanı hər hansı məqsədlə olursa-olsun, Venesuelaya bənzətməsi, oradakı hadisələrin Azərbaycana proyeksiyasını arzulaması, gözləməsi belə xəyanətə bərabər davranışdır. Müxalifətçilik öz ölkəsinə xarici hərbi müdaxilə arzulamaq deyil. Bu, tamam başqa bir şeydir. Çünki Venesuelada baş verən bu hadisələri şərtləndirə biləcək hər hansı faktor Azərbaycanda mövcud deyil. Azərbaycanın ABŞ-la, eləcə də, başqa ölkələrlə münasibətləri bərabərhüquqlu əsaslarla qurulur; bu, Azərbaycan diplomatiyasının ən böyük uğurudur.

Bəli, Azərbaycanın da başqa bütün dövlətlər kimi, xarici borcları var, ancaq strateji valyuta ehtiyatları xarici borcunu dəfələrlə üstələyir; ölkə nəinki ödəmə qabiliyyətlidir. Bunu ilbəil artan kredit reytinqləri də göstərir. Azərbaycan öz ərazisində başqa dövlətlərin qoşunlarını yerləşdirməyib, əksinə başqa dövlətlərin qoşunlarını öz ərazisindən çıxarıb və sair və ilaxır.

Azərbaycanı Venesuelaya bənzətmək, burada xarici dövlət(lər)in hərbi müdaxiləsi ilə dövlət çevrilişi ideyasını dəstəkləmək, hətta bunu arzulamaq belə ən azı fikrən öz dövlətinə və millətinə həqarət etmək, hazırda elə öz siyasi liderinin dövlət çevrilişi cəhdində günahlandırılmasına dolayısı ilə (bilməyərəkdən olsa belə) haqq qazandırmaqdır.

Bir yandan, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləmək, o biri yandan, öz ölkəsinə bunu hətta xəyalən də olsa, rəva bilmək... bir başda iki fərqli fikrin olduğuna işarədir ki, bunun da tibb elmində dəqiq adı, kliniki diaqnozu var...

Yenə deyirəm: bu, siyasət deyil. Yəni siyasət dediyimiz bu deyil. O siyasətin adı "müxalifətçilik" olsa belə...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri