Vergi borcuna görə bu qurumun rəhbərinə stop qoyuldu
Icma.az bildirir, Avtosfer portalına istinadən.
İsmayıllı rayonunda yerləşən Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYA) "9 nömrəli Yol İstismarı" MMC-nin direktoru Rəşad Kərimovun ölkədən çıxışı məhdudlaşdırılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, buna səbəb R.Kərimovun rəhbəri olduğu qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1270960.76 AZN vergi borcunun olmasıdır. Qeyd edək ki, nizamnamə kapitalı 2.5 milyon manat olan olan "9 nömrəli Yol İstismarı" MMC-nin qanuni təmsilçisi olan R.Kərimov 2018-ci ildən sözügedən qurumun rəisi vəzifəsində çalışır.

Vergi borcuna görə bu qurumun rəhbərinə stop qoyuldu
26 Avqust 2025 18:17
Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu
10 Mart 2025 19:21
Bu şirkətin rəhbərinə “stop” qoyuldu
27 May 2025 04:51
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu
15 Avqust 2025 21:40
İki şirkətin rəhbərinə “stop” qoyuldu
09 İyul 2025 16:45

