Icma.az
close
up
RU
Vergi yığımları bəzi ölkələrdə dövlət büdcəsinin maliyyə mənbəyi kimi çıxış edir AYDINLIQ GƏTİRİLDİ

Vergi yığımları bəzi ölkələrdə dövlət büdcəsinin maliyyə mənbəyi kimi çıxış edir AYDINLIQ GƏTİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Vergilər gəlir əldə edən hər bir şəxsin dövlət büdcəsinə ödəməli olduğu əvəzsiz və icbari xarakter daşıyan ödənişdir. Dövlət büdcəsinin formalaşmasının əsas maliyyə mənbələrindən biri məhz vergilərdir. Dünya təcrübəsində vergi yığımları bir çox ölkələrin büdcəsinin əsas hissəsini təşkil edir və bəzi ölkələrdə dövlət büdcəsinin yeganə maliyyə mənbəyi kimi çıxış edir". Bu sözləri SİA-ya açıqlamasında auditor Anar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası neft ixracatçısı olan ölkə kimi dövlət büdcəsinin formalaşmasında uzun müddət neft gəlirlərinə əsaslanmışdır: "Lakin dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri dövlət büdcəsinin neft gəlirlərindən asılılığını minimuma endirmək, əhalinin həyat səviyyəsini yüksəltmək və qeyri-neft sektorunun inkişafını təmin etməkdir. Bu istiqamətdə atılan addımlar nəticəsində qeyri-neft sektorundan əldə olunan gəlirlərin və həmin gəlirlərə hesablanan vergilərin artması dövlət büdcəsinin daha dayanıqlı və şaxələnmiş maliyyə bazasına əsaslanmasına şərait yaradır.

Vergilər, hər hansı bir şəxsin həyatında birbaşa olaraq fərdi üstünlük təmin etməsə də, dolayısı ilə onun rifahına və cəmiyyətin ümumi inkişafına mühüm təsir göstərən maliyyə alətidir. Sosial sığorta haqları kimi müəyyən ödənişlər konkret sosial təminatlar yaradır. Məsələn, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları nəticəsində vətəndaş gələcəkdə pensiya alma hüququ qazanır. Eyni zamanda, bəzi sosial hadisələr — əmək qabiliyyətinin müvəqqəti itirilməsi, xəstəlik və ya ailə başçısının vəfatı hallarında da bu vəsaitlərdən istifadə olunur.

Bundan başqa, icbari tibbi sığorta haqları da əməkhaqqından tutulmaqla işçilərə tibbi xidmətlərdən istifadəyə şərait yaradır. Yəni, işçi sağlamlıq problemləri ilə üzləşdikdə həmin vəsaitlər hesabına tibbi yardımla təmin olunur".

A. Bayramov qeyd edib ki, vergilər isə sosial sığorta və tibbi sığortadan fərqli olaraq vətəndaşa birbaşa fərdi şəkildə yönəlməsə də, dövlətin sosial funksiyalarını yerinə yetirməsi üçün əsas maliyyə mənbəyi hesab olunur: "Ölkədə yolların çəkilməsi, məktəblərin və xəstəxanaların inşası, mədəniyyət və incəsənət ocaqlarının fəaliyyəti, ümumiyyətlə, dövlətin fəaliyyət göstərməsi və vətəndaşlara xidmət göstərməsi üçün tələb olunan maliyyə məhz vergi daxilolmaları hesabına təmin edilir.

Azərbaycan Respublikasının sosial yönümlü dövlət olması bu sahədə vergilərin əhəmiyyətini bir qədər də artırır. Belə ki, dövlətin vətəndaşlara pulsuz təhsil, səhiyyə və digər sosial xidmətləri təqdim etməsi bilavasitə vergi yığımları ilə mümkün olur.

Dövlətin saxlanılması və onun institusional strukturlarının fəaliyyət göstərməsi üçün tələb olunan maliyyə vəsaitləri əsasən vergi daxilolmaları hesabına təmin olunur. Vətəndaş olaraq hər bir şəxs bu strukturların fəaliyyətindən dolayısı ilə deyil, birbaşa olaraq faydalanır. Belə ki, gündəlik həyatımızda istifadə etdiyimiz rahat yollar, ictimai nəqliyyat, təhsil müəssisələri, səhiyyə xidməti, mədəniyyət və idman obyektləri məhz dövlət büdcəsindən maliyyələşir və həmin büdcə əsasən vergi gəlirləri hesabına formalaşır.

Vətəndaş bu xidmətlərdən istifadə etməklə, əslində, vergi ödənişlərinin cəmiyyət miqyasında real və funksional nəticəsini görmüş olur. Mədəniyyətimizin qorunması, musiqimizin inkişafı, təhsilin əlçatan olması, səhiyyə xidmətlərinin təşkili və dövlətin bütün sosialyönümlü fəaliyyəti məhz vergilər hesabına mümkün olur"- deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri