Icma.az
close
up
RU
Vətən müharibəsində düşmən təxribatına məruz qalan Qapanlı sakinləri həmin günləri BELƏ XATIRLAYIR FOTO

Vətən müharibəsində düşmən təxribatına məruz qalan Qapanlı sakinləri həmin günləri BELƏ XATIRLAYIR FOTO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birinci Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsə baxmayaraq, Tərtərin Qapanlı kəndi uzun illər qoşunların təmas xəttində yerləşirib. Bu səbəbdən kənd daim düşmən təxribatlarının hədəfinə çevrilib. Sakinlər hər gün güllə və mərmi səsi altında yaşamaq məcburiyyətində qalır, bəzən isə günahsız insanlar həlak olurdu.
2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı isə Qapanlı kəndi sözün əsl mənasında cəhənnəm yaşadı. Lakin bu nə Azərbaycan xalqının iradəsini, nə də ordumuzun əzmini qıra bildi. Ön xətdə vuruşan igidlərimiz zəfərə doğru addımlayır, düşmən isə məğlubiyyətin qisasını mülki əhalidən almağa çalışırdı.
Cəbhənin Tərtər istiqamətində qazandığımız uğurlar – xüsusən də Suqovuşan və Talış kəndlərinin azad olunması erməniləri daha da azğınlaşdırmışdı.
Tarixin bu günü, oktyabrın 3-də yalnız Qapanlı kəndinə 30-a yaxın mərmi yağdırıldı. Nəticədə iki dinc sakin ağır yaralandı. Onlardan biri kənd sakini Vasif Quliyevdir.
V. Quliyev Bizim.Media-ya bildirib ki, həmin ağır günlərin xatirəsini hələ də ciyərində daşıyır: "Oktyabrın 3-də dron bizi çəkmişdi. Əmim oğlu Pərvizlə birlikdə burada yaralandıq. Kənd camaatı bizi çıxartdı. Mərmi sağ tərəfimi tutmuşdu. Böyrəyimin birini çıxartdılar, ayağım sındı, ağciyərimdə isə hələ də qəlpə var”.
Qapanlıda ümumilikdə 44 günlük müharibə də daxil olmaqla, 19 nəfər düşmən təxribatının hədəfi olub. Onlardan 12-si güllə yarası alıb, 7 nəfər isə şəhidlik zirvəsinə ucalıb.
 

Kənd rəsmisi Lətif Həmidov həmin günləri belə xatırlayır: "Elə bir gün oldu ki, təkcə Qapanlı və Qaradağlı kəndlərinə iki yüzə qədər mərmi düşdü. Oktyabrın 3-də isə yenə otuzdan çox mərmi yağdırıldı. 98 evin 90-ı zədələnmişdi. Bir ev tamamilə dağıldı, digərləri isə sonradan təmir edildi. Bizim üçün ən ağır illər 2020-ci ilə qədər davam etdi”.


Xatırladaq ki, Ermənistan ordusu Vətən müharibəsinin 7-ci günündə Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Cəbrayıl və Füzuli rayonlarını intensiv atəşə tuturdu. Həmin gün Tərtərin Qapanlı kənd sakinləri – 1984-cü il təvəllüdlü Quliyev Vasif Qasım oğlu və 1985-ci il təvəllüdlü Quliyev Pərviz Cəfər oğlu yaralanıb, Beyləqanda isə bir ailənin üzvləri – İsmayılova Zülfiyyə və bacısı Əsədova Arzu həlak olmuşdu. Həmçinin Balakişiyev Etibar və Bəşirova Sevda müxtəlif dərəcəli xəsarətlər alıblar.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Oktyabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see371

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see169

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see168

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see165

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see162

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see156

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see143

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri