Qida məhsullarının istehsal və saxlanma zəncirində ən riskli mərhələlər hansılardır? EKSPERT DANIŞDI
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qida məhsullarının istehsal və saxlanma zəncirində ən riskli mərhələlər dedikdə bu cür kritik nöqtələr-yəni ən riskli mərhələlər-haqqında HACCP proqramı mövcuddur. HACCP proqramı qida təhlükəsizliyinin idarəetmə sistemidir və burada kritik nəzarət nöqtələri daha ətraflı şəkildə qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
Onun sözlərinə görə, bu nöqtələr qida istehsalında və satışında problem yarada biləcək mərhələlərdir: "HACCP proqramı birbaşa qida müəssisələrində, istehsal zamanı, həmçinin satış obyektlərində tətbiq olunur. Qida zəncirində iştirak edən bütün təşkilatlar bu sistemi tətbiq edə və ondan faydalana bilərlər.
HACCP yanaşmasının əsas məqsədi kimyəvi, fiziki və mikrobioloji təhdidlərin yarandığı mərhələləri-yəni kritik nöqtələri-müəyyən etmək və onlara nəzarət etməkdir. Məsələn, xammalın qəbul mərhələsi ən riskli mərhələlərdən biridir. Burada mikroorqanizmlərlə çirklənmiş məhsulların qəbulu, baytarlıq şəhadətnaməsi olmayan ət, toyuq və balıq məhsullarının, eləcə də nitrat və pestisid tərkibli meyvə-tərəvəzin qəbulu təhlükə yarada bilər.
Zəncir boyunca temperatur rejiminin pozulması, saxlama zamanı soyutma və ya dondurma rejiminin düzgün olmaması da ciddi risklər doğura bilər. Hazır məhsulların düzgün saxlanmaması, temperaturun normadan artıq olması, çarpaz çirklənmə halları, dezinfeksiya olunmamış avadanlıqların istifadəsi və eyni lövhədə müxtəlif qida məhsullarının doğranması da əlavə risklər yaradır. Qablaşdırma və etiketləmə mərhələsində yanlış məlumatların verilməsi və ya natamam etiketləmə də təhlükəlidir.
Daşınma mərhələsində isə soyuq qida zəncirinin pozulması məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Əgər bu prinsiplərə əməl olunmazsa, həm satış, həm də istehsal mərhələlərində ciddi fəsadlar baş verə bilər.
Məsələn, çörək istehsalı müəssisəsində metal detektoru yoxdursa, xəmirə metal qırıntısının düşməsi və bunun fərqinə varılmaması nəticədə müştəri narazılığına səbəb ola bilər. Bu hal məhsulun bişirilib müştəriyə çatmasından sonra aşkara çıxır və müəssisə üçün ciddi problem yaradır. Ona görə də HACCP prinsiplərinə mütləq şəkildə əməl olunmalıdır ki, qida təhlükəsizliyi təmin edilsin və məhsul istehlakçıya təhlükəsiz şəkildə çatdırılsın".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 05 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















