Vətən müharibəsindən sonra mina qurbanlarının sayı açıqlandı
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan tərəfindən məqsədyönlü və fərq qoyulmadan basdırılmış minalar azərbaycanlı mülki əhalinin təhlükəsizliyini və rifahını ciddi təhlükə altına almaqda davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.
Qeyd edilib ki, bu gün Ağdamda daha bir mülki şəxs mina partlayışının qurbanı olub. 2020-ci ildə müharibənin bitməsindən bəri mina partlayışları nəticəsində ümumilikdə 387 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Bu fakt mina təhlükəsinin insan həyatı üçün davamlı və dağıdıcı təsirini bir daha vurğulayır.
Bildirilib ki, minaların geniş yayılması regionda sülh, barışıq və sabitliyə əsas maneə yaradır: “Biz beynəlxalq ictimaiyyəti bu kritik problemin həllində mənalı siyasi və praktiki dəstək verməyə çağırırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















