Icma.az
close
up
RU
Vətənin söykəndiyi insan: Yeni əsrin yeni lideri

Vətənin söykəndiyi insan: Yeni əsrin yeni lideri

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün VƏTƏN adamın doğum günüdür. Ölkə Prezidenti, Ali Baş Komandanın 63 yaşı tamam olur. 63 illik ömrün 21 ili xalqın taleyi ilə bağlanıb, çiyninə dağlar qədər ağır bir missiyanı götürüb. Bu şərəfli yolu elə gedib ki, Azərbaycan deyəndə İlham Əliyev, İlham Əliyev deyəndə Azərbaycan sözü yada düşür.

Müasir Azərbaycanın portretini çəkəsi olsaq, bu tabloda bütün çətinliklərin içərisindən öz gücü ilə qalib kimi sıyrılıb çıxmağı bacarmış güclü bir ölkə, qüdrətli ordu, sürətlə böyüyən iqtisadiyyat, beynəlxalq arenada  söz sahibi olan bir ölkəni təsvir etmək lazım gələcək. 

Öz tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanın bu günkü reallıqlarının arxasında isə dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı İlham Əliyevin böyük siyasəti dayanır. Bu 21 ili əsrlərə bərabər adlandırsaq yanılmarıq.

Bu 21 il ərzində yaşanan hər ay, hər il xalqın doğru seçim etdiyini göstərdi. Onun praqmatik və çevik siyasəti, ölkədə və dünyada baş verənlərə sistemli, balanslı yanaşması Azərbaycanı qlobal çağırışlara cavab verən, regionda söz sahibi olan ölkəyə çevirdi.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Məhz İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində milyonlarla qaçqını olan, torpaqları işğal altında olan ölkə güclənib söz sahibinə çevrilib. 

Azərbaycan İlham Əliyevə söykəndi, İlham Əliyev Azərbaycana və bu gün görünən mənzərə möhtəşəmdir – Qalib ölkə, Müzəffər Prezident. 

İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan  beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağıdır, investorların maraq mərkəzindədir. İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ən böyük beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edərək qlobal problemlərin həllində əhəmiyyətli rol oynayır.

Onun Azərbaycanı regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməkdədir.

İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. İtirilmiş torpaqlarını geri almağı bacaran sərkərdə sayəsində biz qalib xalq, qalib dövlətin vətəndaşlarına çevrilmişik.

O, 30 illik məşəqqətli bir yolu 44 gün içərisində keçib zəfərlə taclandıran, dünya hərb tarixinə adını qızıl hərflərlə yazdıran liderdir. İlham Əliyevin liderlik etdiyi Azərbaycan bu gün Böyük Qayıdış planlarını reallaşdırır, türkçülük, turançılıq ideyalarını ideya, xəyal olmaqdan çıxarıb həqiqətə çevirir.
Azərbaycan gələcəkdə tarixlərdə əfsanə, inanılmaz kimi görünəcək möhtəşəm günlərini yaşayır və yaradır - Quran əllər isə İlham Əliyevindir. Dəmir yumruqlu, dəmir iradəli liderin.

İki əsrlik problemi həll etmiş Prezident İlham Əliyev əldə olunmuş qələbə ilə kifayətlənmir. Azərbaycan böyük bir sürətlə yaralarını sağaldır, işğal altında xarabazara çevrilmiş Qarabağı, Şərqi Zəngəzuru yenidən qurur, gülüstana çevirir. 44 günlük müharibə zamanı Prezidentin ətrafında sıx birləşmiş xalq indi də yaradıcılıq, quruculuq, abadlıq işləri üçün çiyin-çiyinə dayanıb.

İlham Əliyev öz tükənməz enerjisi, hərtərəfli siyasəti, iradəsi, əzmi ilə yenə xalqın önündə, işinin başındadır. Nə qədər ki, İlham Əliyev var, xalq olaraq bizim bu günümüzdən, sabahımızdan narahatlığımız yoxdur. O nəyi nə zaman və necə etməyin zamanını yaxşı bilir, o düşünür,  problemləri həll edir, o qurur, o yaradır. Sevgi və hörməti heç kim heç kimdən zorla ala, tələb edə bilməz. Bunu insan öz əməli, əz əməyi ilə qazanır. İlham Əliyev kimi. Bir xalq, bir vətən üçün güclü lider Allahın lütfü deməkdir. Bizim Prezident bu mənada Tanrının Azərbaycana, eləcə də türk dünyasına bəxş etdiyi ərməğandır. O, VƏTƏNin söykəndiyi insandır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri