“Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsinin icrasına BAŞLANILDI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsinin icrasına başlayıb.
Bu barədə Redaktor.az-a layihə rəhbəri Şəmistan Əlizamanlı bildirib ki, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq edirlər. Və bu günə kimi Agentliyin maliyyə dəstəyi ilə vətənpərvərlik mövzusunda bir çox layihələr həyata keçiriblər.
“Builki layihəmiz də vətənpərvərlik mövzusuna həsr olunub və bu istiqamətdə yeni mahnının yazılmasını həyata keçirəcəyik. Qeyd edim ki, vətənpərvərlik mövzusunda yazılan hər bir musiqi əsəri, keçirilən tədbirlər, çəkilən sənədli filmlər və s. Azərbaycan gəncliyinin əsl vətənpərvər kimi yetişməsinə dəstək məqsədi daşıyır – deyə Şəmistan Əlizmanlı qeyd edib.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 03 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















