Vitamin D çatışmazlığı arıqlamağa mane olurmu? Dietoloq açıqladı
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Vitamin D çatışmazlığı arıqlama prosesində nəzərə alınmalı amillərdən biridir. D vitamininin aşağı olması artıq çəki ilə tez-tez əlaqələndirilir, lakin bu, onun birbaşa kökəlməyə səbəb olduğunu göstərmir”.
Bu fikirləri Gununsesi.info–ya açıqlamasında dietoloq Validə Şıxıyeva deyib:
“Arıqlama zamanı düzgün və balanslı qidalanma ilə yanaşı, orqanizmdə D vitamininin səviyyəsinin də nəzarətdə saxlanılması vacibdir. D vitamini çatışmazlığı əzələ zəifliyi və sümük sağlamlığı ilə bağlı problemlərlə əlaqəli ola bilər və bu da fiziki hərəkəti çətinləşdirə bilər. Arıqlamaq istəyən şəxsin hərəkət imkanlarının azalması isə ümumi nəticəyə mənfi təsir göstərə bilər.
Bununla belə, D vitamini qəbulunun özü arıqladan vasitə hesab edilmir və araşdırmalar onun təkbaşına çəki itkisini artırdığını göstərmir.
Buna görə də pəhriz saxlayan şəxslərdə D vitamini çatışmazlığı yalnız analiz nəticəsinə əsasən qiymətləndirilməlidir. Çatışmazlıq müəyyən edildikdə, D vitamininin qəbulu həkim və ya mütəxəssis məsləhəti ilə müəyyənləşdirilməlidir.
Xüsusilə artıq çəkisi olan insanlarda D vitamininin səviyyəsinin aşağı olması daha çox müşahidə edilə bilər.
Əsas məqsəd D vitaminini artırmaqla yanaşı, düzgün qidalanma, gündəlik hərəkət və davamlı çəki nəzarətini birlikdə təmin etməkdir”.
Firuzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 04 Sentyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















