Icma.az
close
up
RU
Voleybol üzrə dünya və ikiqat Avropa çempionu: Bakıda olan təmizliyi Avropanın heç bir şəhərində görməmişəm MÜSAHİBƏ AZƏRTAC

Voleybol üzrə dünya və ikiqat Avropa çempionu: Bakıda olan təmizliyi Avropanın heç bir şəhərində görməmişəm MÜSAHİBƏ AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 dekabr, AZƏRTAC

Vaxtilə “Qalatasaray” və “Beşiktaş” komandalarında çıxış etmiş, Türkiyənin qadın voleybolçulardan ibarət gənclər komandası ilə dünya və ikiqat Avropa çempionu olmuş, hazırda isə Azərbaycanda “Abşeron”un forması geyinən Ecem Aknam AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Gəlin, lap əvvəldən başlayaq. Voleybola gəlişiniz necə olub? Bu idman növünə marağınız kimdən və ya nədən qaynaqlanır?

- Əslində, voleybolçu olmaq hekayəm ailəmlə bağlıdır. Çünki atam və babam bu idman növü ilə məşğul olublar. Atamın işdən evə gəlib mənimlə voleybol oynamasını səbirsizliklə gözləyərdim. Beləliklə, 8 yaşımda bu idman növünə yazıldım.

- Atanız hansı komandalarda çıxış edib?

- Atamın oynadığı komandalar peşəkar deyildi. Həmin dövrdə PTT adlı həvəskar kollektiv var idi. Atam məhz həmin klubda çıxış edib.

- Türkiyədə çox sayda tanınmış qadın voleybolçular olub və hazırda da onların sayı kifayət qədərdir. Həmin oyunçulardan kimi özünüzə kumir hesab edirsiniz?

- Vaxtilə “Vakıfbanka”da oynamış Gözdə Kırdarın oyun tərzini və xarakterini çox sevirəm. Uşaqlıqdan onu özümə nümunə götürmüşəm. Hazırda karyerasını davam etdirənlər arasında “Qalatasaray”ın üzvü Handə Baladını çox bəyənirəm. Mənim mövqeyimdə çıxış etdiyi üçün onu fərqləndirərdim.

- Türkiyənin U-21 komandası ilə Avropa və dünya çempionu olmusunuz. Bizə öz uğur hekayənizi danışardınız…

- Əslində uğura gedən yola iki il öncə başlamışdıq. Türkiyə Voleybol Federasiyası klublardan 15-16 yaşlı qızları bir araya toplayaraq, onları gənclər millisinin iştirak edəcəyi turnirlərə hazırlayırdı. Təbii ki, bu proses bizim üçün çox yorucu idi, lakin federasiya həqiqətən düzgün qurmuşdu. Biz səhər-axşam məşq edirdik. Demək olar ki, sosial həyatımız yox idi. Kiçik yaşdan peşəkar idmançı olmağı öyrəndik. Bunun qarşılığı olaraq da bir dəfə dünya və iki dəfə isə Avropa çempionluğunun sevincini yaşadıq.

- Həmin turnirlərdə unuda bilmədiyiniz oyun hansı olub?

- 2011-ci ildə Avropa çempionatının yarımfinal mərhələsində Serbiya ilə qarşılaşmanı qeyd edərdim. Həmin oyuna kimi çox əziyyət çəkmişdik. Hər kəs bizdən uğur gözləyirdi. Əslində bunu erkən final da adlandırmaq olardı. Çünki hamı serblərlə finalda qarşılaşacağımızı gözləyirdi. Səhv etmirsəmsə, setlərin sayında 1:2 hesabı ilə geridə idik. Dördüncü setdə isə rəqib 24:20 hesabı ilə öndə idi. Bir xal alsaydılar, bütün xəyallarımız məhv olacaqdı. Həmin vaxt baş məşqçi bir neçə dəyişiklik etdi və oyuna daxil olanlardan biri də mən idim. Çətinliklə də olsa, hesabı bərabərləşdirdik. “Qızıl set”də isə daha dəqiq oynayıb yekunda 3:2 hesabı ilə qələbə qazandıq. Matç doğma şəhərim Ankarada keçirilirdi. Ailəmin, qohumların sevinci inanılmaz idi. Həmin anları heç vaxt unutmayacağam.

- Gənclər millisində uğurlarınız olsa da, əsas yığmaya dəvət almamısınız. İkiqat Avropa və dünya çempionu olmuş voleybolçu niyə Türkiyənin əsas millisindən kənarda qalıb?

- Düzünü desəm, fiziki olaraq zəif idim. Milli komandaya dəvət alan voleybolçular məndən seçilirdilər. Onların fiziki durumu da çox yaxşı idi .Əlbəttə, milli komandada yer alıb, Olimpiya Oyunlarında çıxış etmək ən böyük xəyalım idi. Bu hissi gənclər komandasında yaşadım. Qismət belə imiş, məyus olmuram.

- Mövsümün əvvəlindən Azərbaycan çempionatında, daha dəqiq desək, “Abşeron”da çıxış edirsiniz. Ölkəmiz, Bakı şəhəri xoşunuza gəlir? Burada ən çox nəyi sevirsiniz?

- Azərbaycanda ilk dəfə olsam da, bu ölkə mənim üçün yad deyil. Çünki həyat yoldaşım Araz Aknam Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Arazla Türkiyədə eyni universitetdə oxumuşuq. Artıq üç ildir evliyik. Buraya gəlməyimə çox sevindi. Mənə çox dəstək olur. Təəssüf ki, şəxsi işlərinə görə Bakıya tez-tez səfər edə bilmir. Onun burada olan qohumları ilə tanış olduq. Şəhərinizə gəlincə, çox gözəldir. Avropanın bir çox yerində olmuşam, lakin Bakı qədər təmiz ikinci şəhər görməmişəm. Buna görə sizi təbrik edirəm.

- Türkiyə və Azərbaycan mətbəxi bir-birinə çox yaxındır. Azərbaycanda bəyəndiyiniz, amma Türkiyə mətbəxində olmayan hansı yeməyi qeyd edə bilərsiniz? Ümumiyyətlə, ən çox hansı yeməklərimizi xoşlayırsınız?

- Şah plov və narlı qovurmanı çox bəyənirəm. İnanılmaz dərəcədə möhtəşəm olur. Bu yeməkləri dadmaq üçün tez-tez şəhərin mərkəzində yerləşən restoranlara gedirəm.

- Karyeranız ərzində ilk dəfədir legioner həyatı yaşayırsınız. Necə oldu ki, 30 yaşınızda ölkə xaricində oynamaq qərarına gəldiniz?

- Bu yaşıma kimi ölkədən kənarda oynamağı düşünmürdüm. Amma ötən yay özümü Avropada sınamağı fikirləşdim. Açığı, Azərbaycandan təklif gələcəyini heç gözləmirdim. Hər şey çox ani alındı.

- Yəqin ki, bu qərarı verməyinizdə Azərbaycanla Türkiyənin qardaş ölkə olması da rol oynayıb.

- Əlbəttə, rolu oldu. Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir.

- “Abşeron”da özünüzü necə hiss edirsiniz? Klubun şəraiti, şərtləri sizi qane edir?

- Açığı, burada olan şərait Türkiyənin bəzi klublarında yoxdur. Məsələn, sizin klubların hamısının şəxsi həkimi var. Onlar hər dəqiqə yanımızda olurlar. Türkiyə klubları isə müqavilə bağladığı xəstəxanalarla işləyirlər. Zədələnəndə ilkin müdaxiləni orada olan həkimlər edirlər. Düşünürəm ki, Azərbaycan voleybolu yüksək yerlərdə olmağa layiqdir.

- Azərbaycan Kubokunun finalında “Gəncə”yə qalib gələrək mövsümə titulla başladınız. Əvvəldən bu cür start gözləyirdiniz?

- Mən Azərbaycana titul qazanmağa gəlmişəm. Türkiyədən gələn bir voleybolçu kimi məsuliyyətim daha böyükdür. Artıq ölkə kubokuna sahib çıxmışıq. Növbəti hədəf isə Azərbaycan çempionu olmaqdır. Bir sözlə, ölkənizdə olan bütün kuboklara namizədəm (gülür).

- Türkiyənin iki tanınmış komandası – “Qalatasaray” və “Beşiktaş”da çıxış etmisiniz. Həmin komandalarda oynadığınız dövrləri necə xatırlayırsınız?

-“Qalatasaray” və “Beşiktaş” Türkiyənin ən böyük klublarıdır. Burada oynamaq şansı tapdığıma görə özümlə qürur duyuram. Orada sonsuza qədər unuda bilməyəcəyim matçlar keçirdim. Hər iki komandanın azarkeşlərinin dəstəyini heç vaxt unutmayacağam.

-“Beşiktaş”da oynadığınız dönəmdə baş məşqçiniz vaxtilə qadın voleybolçulardan ibarət Azərbaycan millisinə rəhbərlik etmiş Ciovanni Kaprara olub. Bura gəlməzdən əvvəl italiyalı mütəxəssisdən Azərbaycan voleybolu barədə məlumat almısınız?

- Kaprara ilə Azərbaycan barədə söhbətimiz olmayıb. Çünki o, ötən mövsümün qış ayında komandadan ayrılıb. Çox təcrübəli və yaxşı məşqçidir. Sadəcə, “Beşiktaş”da işləri yolunda getmədi. Ölkənizdə Türkiyənin gənclər millisində baş məşqçim olmuş Şahin Çatma işləyir. Düzünü desəm, onun Azərbaycanda işləməsi barədə məlumata sahib deyildim. Oyunların birində gördüm. Xoş təsadüf oldu.

- Maraqlıdır, yığma səviyyəsində kubok qazansanız da, Azərbaycana gələnədək klub karyeranızda titul yox idi...

-Türkiyə klublarında kubok qazanmaq sevinci yaşamamışam. Üç dəfə avrokuboklarda final oynamışam. Hər üçündə ikinci olmuşuq. Azərbaycanda əldə etdiyim kubok mənə stimul verir.

- Azərbaycan voleybolu illər öncə ciddi uğurlar qazanıb. Bir ara durğunluq olsa da, bu idman növü yenidən inkişaf yoluna qədəm qoyub. Azərbaycan voleybolunun gələcəyini, potensialını necə görürsünüz?

- Mən gənc olarkən Azərbaycan klubları Çempionlar Liqasında uğurla çıxış edirdilər. Məsələn, “Rabitə” komandası möhtəşəm idi. İnanılmaz oyunçulara sahib idilər. Dünyanın ən yaxşı voleybolçuları sizin ölkədə forma geyinirdilər. Onlar burada oynadıqdan sonra Türkiyəyə gəlirdilər. Düşünürəm ki, Azərbaycanda zəngin voleybol ənənələri var. Artıq klublara yatırımlar edilir və ölkəyə yaxşı oyunçular gəlirlər. İnanıram ki, Azərbaycan voleybolu yenidən əvvəlki günlərinə qayıdacaq.

-Titullu oyunçu kimi azərbaycanlı gənc voleybolçulara hansı məsləhətləri verərdiniz?

- Gənc oyunçular üzərilərində çox işləməlidirlər. İnkişaf üçün bunu davamlı olaraq etməlisən.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see192

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see191

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see130

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see125

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri