Icma.az
close
up
RU
Voleybol üzrə dünya və ikiqat Avropa çempionu: Bakıda olan təmizliyi Avropanın heç bir şəhərində görməmişəm MÜSAHİBƏ VİDEO AZƏRTAC

Voleybol üzrə dünya və ikiqat Avropa çempionu: Bakıda olan təmizliyi Avropanın heç bir şəhərində görməmişəm MÜSAHİBƏ VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 dekabr, AZƏRTAC

Vaxtilə “Qalatasaray” və “Beşiktaş” komandalarında çıxış etmiş, Türkiyənin qadın voleybolçulardan ibarət gənclər komandası ilə dünya və ikiqat Avropa çempionu olmuş, hazırda isə Azərbaycanda “Abşeron”un formasını geyinən Ecem Aknam AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Gəlin, lap əvvəldən başlayaq. Voleybola gəlişiniz necə olub? Bu idman növünə marağınız kimdən və ya nədən qaynaqlanır?

- Əslində, voleybolçu olmaq hekayəm ailəmlə bağlıdır. Çünki atam və babam bu idman növü ilə məşğul olublar. Atamın işdən evə gəlib mənimlə voleybol oynamasını səbirsizliklə gözləyərdim. Beləliklə, 8 yaşımda bu idman növünə yazıldım.

- Atanız hansı komandalarda çıxış edib?

- Atamın oynadığı komandalar peşəkar deyildi. Həmin dövrdə PTT adlı həvəskar kollektiv var idi. Atam məhz həmin klubda çıxış edib.

- Türkiyədə çox sayda tanınmış qadın voleybolçular olub və hazırda da onların sayı kifayət qədərdir. Həmin oyunçulardan kimi özünüzə kumir hesab edirsiniz?

- Vaxtilə “Vakıfbanka”da oynamış Gözdə Kırdarın oyun tərzini və xarakterini çox sevirəm. Uşaqlıqdan onu özümə nümunə götürmüşəm. Hazırda karyerasını davam etdirənlər arasında “Qalatasaray”ın üzvü Handə Baladını çox bəyənirəm. Mənim mövqeyimdə çıxış etdiyi üçün onu fərqləndirərdim.

- Türkiyənin U-21 komandası ilə Avropa və dünya çempionu olmusunuz. Bizə öz uğur hekayənizi danışardınız…

- Əslində, uğura gedən yola iki il öncə başlamışdıq. Türkiyə Voleybol Federasiyası klublardan 15-16 yaşlı qızları bir araya toplayaraq, onları gənclər millisinin iştirak edəcəyi turnirlərə hazırlayırdı. Təbii ki, bu proses bizim üçün çox yorucu idi, lakin federasiya həqiqətən düzgün qurmuşdu. Biz səhər-axşam məşq edirdik. Demək olar ki, sosial həyatımız yox idi. Kiçik yaşdan peşəkar idmançı olmağı öyrəndik. Bunun qarşılığı olaraq da bir dəfə dünya və iki dəfə isə Avropa çempionluğunun sevincini yaşadıq.

- Həmin turnirlərdə unuda bilmədiyiniz oyun hansı olub?

- 2011-ci ildə Avropa çempionatının yarımfinal mərhələsində Serbiya ilə qarşılaşmanı qeyd edərdim. Həmin oyuna kimi çox əziyyət çəkmişdik. Hər kəs bizdən uğur gözləyirdi. Əslində, bunu erkən final da adlandırmaq olardı. Çünki hamı serblərlə finalda qarşılaşacağımızı gözləyirdi. Səhv etmirsəmsə, setlərin sayında 1:2 hesabı ilə geridə idik. Dördüncü setdə isə rəqib 24:20 hesabı ilə öndə idi. Bir xal alsaydılar, bütün xəyallarımız məhv olacaqdı. Həmin vaxt baş məşqçi bir neçə dəyişiklik etdi və oyuna daxil olanlardan biri də mən idim. Çətinliklə də olsa, hesabı bərabərləşdirdik. “Qızıl set”də isə daha dəqiq oynayıb yekunda 3:2 hesabı ilə qələbə qazandıq. Matç doğma şəhərim Ankarada keçirilirdi. Ailəmin, qohumların sevinci inanılmaz idi. Həmin anları heç vaxt unutmayacağam.

- Gənclər millisində uğurlarınız olsa da, əsas yığmaya dəvət almamısınız. İkiqat Avropa və dünya çempionu olmuş voleybolçu niyə Türkiyənin əsas millisindən kənarda qalıb?

- Düzünü desəm, fiziki olaraq zəif idim. Milli komandaya dəvət alan voleybolçular məndən seçilirdilər. Onların fiziki durumu da çox yaxşı idi .Əlbəttə, milli komandada yer alıb, Olimpiya Oyunlarında çıxış etmək ən böyük xəyalım idi. Bu hissi gənclər komandasında yaşadım. Qismət belə imiş, məyus olmuram.

- Mövsümün əvvəlindən Azərbaycan çempionatında, daha dəqiq desək, “Abşeron”da çıxış edirsiniz. Ölkəmiz, Bakı şəhəri xoşunuza gəlir? Burada ən çox nəyi sevirsiniz?

- Azərbaycanda ilk dəfə olsam da, bu ölkə mənim üçün yad deyil. Çünki həyat yoldaşım Araz Aknam Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Arazla Türkiyədə eyni universitetdə oxumuşuq. Artıq üç ildir evliyik. Buraya gəlməyimə çox sevindi. Mənə çox dəstək olur. Təəssüf ki, şəxsi işlərinə görə Bakıya tez-tez səfər edə bilmir. Onun burada olan qohumları ilə tanış olduq. Şəhərinizə gəlincə, çox gözəldir. Avropanın bir çox yerində olmuşam, lakin Bakı qədər təmiz ikinci şəhər görməmişəm. Buna görə sizi təbrik edirəm.

- Türkiyə və Azərbaycan mətbəxi bir-birinə çox yaxındır. Azərbaycanda bəyəndiyiniz, amma Türkiyə mətbəxində olmayan hansı yeməyi qeyd edə bilərsiniz? Ümumiyyətlə, ən çox hansı yeməklərimizi xoşlayırsınız?

- Şah plov və narlı qovurmanı çox bəyənirəm. İnanılmaz dərəcədə möhtəşəm olur. Bu yeməkləri dadmaq üçün tez-tez şəhərin mərkəzində yerləşən restoranlara gedirəm.

- Karyeranız ərzində ilk dəfədir legioner həyatı yaşayırsınız. Necə oldu ki, 30 yaşınızda ölkə xaricində oynamaq qərarına gəldiniz?

- Bu yaşıma kimi ölkədən kənarda oynamağı düşünmürdüm. Amma ötən yay özümü Avropada sınamağı fikirləşdim. Açığı, Azərbaycandan təklif gələcəyini heç gözləmirdim. Hər şey çox ani alındı.

- Yəqin ki, bu qərarı verməyinizdə Azərbaycanla Türkiyənin qardaş ölkə olması da rol oynayıb.

- Əlbəttə, rolu oldu. Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir.

- “Abşeron”da özünüzü necə hiss edirsiniz? Klubun şəraiti, şərtləri sizi qane edir?

- Açığı, burada olan şərait Türkiyənin bəzi klublarında yoxdur. Məsələn, sizin klubların hamısının şəxsi həkimi var. Onlar hər dəqiqə yanımızda olurlar. Türkiyə klubları isə müqavilə bağladığı xəstəxanalarla işləyirlər. Zədələnəndə ilkin müdaxiləni orada olan həkimlər edirlər. Düşünürəm ki, Azərbaycan voleybolu yüksək yerlərdə olmağa layiqdir.

- Azərbaycan Kubokunun finalında “Gəncə”yə qalib gələrək mövsümə titulla başladınız. Əvvəldən bu cür start gözləyirdiniz?

- Mən Azərbaycana titul qazanmağa gəlmişəm. Türkiyədən gələn bir voleybolçu kimi məsuliyyətim daha böyükdür. Artıq ölkə kubokuna sahib çıxmışıq. Növbəti hədəf isə Azərbaycan çempionu olmaqdır. Bir sözlə, ölkənizdə olan bütün kuboklara namizədəm (gülür).

- Türkiyənin iki tanınmış komandası – “Qalatasaray” və “Beşiktaş”da çıxış etmisiniz. Həmin komandalarda oynadığınız dövrləri necə xatırlayırsınız?

-“Qalatasaray” və “Beşiktaş” Türkiyənin ən böyük klublarıdır. Burada oynamaq şansı tapdığıma görə özümlə qürur duyuram. Orada sonsuza qədər unuda bilməyəcəyim matçlar keçirdim. Hər iki komandanın azarkeşlərinin dəstəyini heç vaxt unutmayacağam.

-“Beşiktaş”da oynadığınız dönəmdə baş məşqçiniz vaxtilə qadın voleybolçulardan ibarət Azərbaycan millisinə rəhbərlik etmiş Ciovanni Kaprara olub. Bura gəlməzdən əvvəl italiyalı mütəxəssisdən Azərbaycan voleybolu barədə məlumat almısınız?

- Kaprara ilə Azərbaycan barədə söhbətimiz olmayıb. Çünki o, ötən mövsümün qış ayında komandadan ayrılıb. Çox təcrübəli və yaxşı məşqçidir. Sadəcə, “Beşiktaş”da işləri yolunda getmədi. Ölkənizdə Türkiyənin gənclər millisində baş məşqçim olmuş Şahin Çatma işləyir. Düzünü desəm, onun Azərbaycanda işləməsi barədə məlumata sahib deyildim. Oyunların birində gördüm. Xoş təsadüf oldu.

- Maraqlıdır, yığma səviyyəsində kubok qazansanız da, Azərbaycana gələnədək klub karyeranızda titul yox idi...

-Türkiyə klublarında kubok qazanmaq sevinci yaşamamışam. Üç dəfə avrokuboklarda final oynamışam. Hər üçündə ikinci olmuşuq. Azərbaycanda əldə etdiyim kubok mənə stimul verir.

- Azərbaycan voleybolu illər öncə ciddi uğurlar qazanıb. Bir ara durğunluq olsa da, bu idman növü yenidən inkişaf yoluna qədəm qoyub. Azərbaycan voleybolunun gələcəyini, potensialını necə görürsünüz?

- Mən gənc olarkən Azərbaycan klubları Çempionlar Liqasında uğurla çıxış edirdilər. Məsələn, “Rabitə” komandası möhtəşəm idi. İnanılmaz oyunçulara sahib idilər. Dünyanın ən yaxşı voleybolçuları sizin ölkədə forma geyinirdilər. Onlar burada oynadıqdan sonra Türkiyəyə gəlirdilər. Düşünürəm ki, Azərbaycanda zəngin voleybol ənənələri var. Artıq klublara yatırımlar edilir və ölkəyə yaxşı oyunçular gəlirlər. İnanıram ki, Azərbaycan voleybolu yenidən əvvəlki günlərinə qayıdacaq.

-Titullu oyunçu kimi azərbaycanlı gənc voleybolçulara hansı məsləhətləri verərdiniz?

- Gənc oyunçular üzərilərində çox işləməlidirlər. İnkişaf üçün bunu davamlı olaraq etməlisən.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri