Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Vuçiç iş adamları ilə görüş keçirdi

Vuçiç iş adamları ilə görüş keçirdi

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 17-də Bakıda Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə Azərbaycanın işgüzar dairələrinin nümayəndələri arasında görüş keçirilib.

Axar.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Serbiya Respublikasının Maliyyə Nazirliyi və Serbiyanın İnkişaf Agentliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, yerli müəssisə, şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişafı və biznes dairələri arasında yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, əməkdaşlığın dövlət başçılarının güclü siyasi iradəsi və dialoqu əsasında dinamik şəkildə inkişaf etdiyini bildirib. Nazir qeyd edib ki, 2024-cü ilin yanvar ayından etibarən Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və Niş şəhərində birgə qazla işləyən elektrik stansiyası layihəsinin icrası enerji əməkdaşlığının artıq real nəticələr mərhələsinə keçdiyini nümayiş etdirir. Maliyyə naziri qeyd edib ki, Azərbaycan–Serbiya iqtisadi əməkdaşlığı təkcə enerji sahəsi ilə məhdudlaşmır, ölkələr arasında yaranmış qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoq nəticəsində infrastruktur, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm və investisiya kimi sahələrdə geniş və real əməkdaşlıq imkanları formalaşıb. Eyni zamanda, Azərbaycanın əlverişli investisiya mühiti, makroiqtisadi sabitliyi, strateji coğrafi mövqeyi və müasir nəqliyyat-enerji infrastrukturu sayəsində regionda mühüm ticarət və investisiya mərkəzi kimi mövqeyini daha da gücləndirdiyi diqqətə çatdırılıb.

S.Babayev bildirib ki, AzVirt şirkətinin Serbiyada həyata keçirdiyi iri infrastruktur layihələri Azərbaycan şirkətlərinin beynəlxalq bazarlarda artan iştirakını nümayiş etdirən mühüm nümunələrdəndir. O cümlədən, SOCAR ilə birgə layihələr, yaşıl enerji, infrastrukturun inkişafı və sənaye sahələrində əməkdaşlıq imkanlarının hazırda müzakirə olunduğu qeyd olunub. Nazir əlavə edib ki, turizm sahəsi tərəflər arasında yeni əməkdaşlıq istiqaməti kimi formalaşır və bu sahədə Serbiya tərəfinin Azərbaycan şirkətləri ilə birgə layihələrə maraq göstərməsi praktiki imkanları daha da genişləndirir.

Azərbaycanın maliyyə naziri həmçinin, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyasının təşkili və yeni layihə imkanlarının müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

İclasda çıxış edən Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Prezident iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, qarşılıqlı investisiyaların təşviqinin və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır.

Serbiya Prezidenti Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin daha da gücləndirilməsi vacibdir.

Serbiya Prezidenti, həmçinin enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin önəmini vurğulayıb. O qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə "Serbiagas" arasında yeni qaz elektrik stansiyasının inşası üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilir. A.Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa dəvət edib. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortu, eləcə də kənd təsərrüfatı məhsulları sahələrində geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.

Serbiya Baş nazirinin birinci müavini və maliyyə naziri Sinişa Mali isə ölkəsinin investisiya mühiti, iqtisadi inkişaf prioritetləri və Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb. O, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə biznes təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib.

Serbiyanın İnkişaf Agentliyinin strateji investisiyalar departamentinin direktoru Vladimir Tomiç Serbiyada xarici investorlar üçün mövcud dəstək mexanizmləri barədə məlumat verib. Bildirilib ki, Serbiya bazarı Azərbaycan şirkətləri üçün müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları təqdim edir.

Tədbir çərçivəsində şirkət və assosiasiyaların təqdimatları keçirilib, onların fəaliyyət istiqamətləri, ixrac və investisiya potensialı, Serbiya tərəfi ilə mümkün əməkdaşlıq sahələri barədə məlumat verilib. Görüş Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, biznes dairələri arasında praktiki əməkdaşlığın təşviqi və qarşılıqlı faydalı layihələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 May 2026 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri