Icma.az
close
up
RU
Vüqar Qurbanovdan yeni təyinatlar FOTOLAR

Vüqar Qurbanovdan yeni təyinatlar FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Natiq Əliyev, Qusar Rayon Mərkəzi Xəstəxanasına İmran Qurbanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasına Ravil Qənbərov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına isə Xəqani Abasov rəhbərlik edəcək.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək N.Əliyev ixtisasca infeksionistdir və yeni təyinata qədər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək İ.Qurbanov isə ixtisasca cərrahdır və yeni təyinatadək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində fəaliyyət göstərib.

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru R.Qənbərov yeni təyinata qədər eyni tibb müəssisəsinin İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək X.Abasov isə ixtisasca terapevtdir və yeni təyinatınadək Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında keyfiyyətə nəzarətin idarə olunması üzrə mütəxəssis olaraq çalışıb.

Eyni zamanda Kamil Hacıyev Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini, Sevda Əliyeva Xətai Tibb Mərkəzinin direktorunun müavini - baş həkim vəzifəsini, Faiq Vəliyev Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini, Eyvaz Məmmədov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini təyin olunublar.

Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini K.Hacıyev yeni təyinatınadək Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində, Xətai Tibb Mərkəzinin direktorunun müavini - baş həkimi S.Əliyeva eyni tibb mərkəzinin Keyfiyyətin idarəolunması komitəsinin rəhbəri vəzifəsində, Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini F.Vəliyev eyni xəstəxananın Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin müdiri vəzifəsində, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini E.Məmmədov isə Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında bölmə müdiri vəzifəsində çalışıb.

***

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb. 

"Unikal" "Qaynarinfo"ya istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə İmran Qurbanov vəzifəsindən azad olunaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Bundan başqa, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev də vəzifəsindən azad edilib. Digər əmrlə, N.Əliyev Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 İyul 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri