Icma.az
close
up
RU
Vüsal Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Vüsal Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çox sayda vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəmədə hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə iki zərərçəkmiş - Rahib Rəhimov və Emil Babayev iştirak ediblər.

Bundan sonra təqsirləndirilən şəxsin vəkilləri müəyyən edilib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama görə, cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında vəzifəli şəxslər, professor və sair var.

İstintaq sənədlərində göstərilib ki, V.Bağırov Bakıda və Abşeron rayonunda zərərçəkmiş şəxslərə özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edib. Onların mənzilini təmir etdirəcəyinə dair söz verib.

Bundan başqa, o, bəzi zərərçəkmişlərə fərdi yaşayış evi tikdirəcəyinə dair vəd verib. Onların pullarını alaraq ələ keçirib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Növbəti proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, Vüsal Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edib.

Ona qarşı istintaq zamanı əvvəlcə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham verilib. Lakin sonradan cinayət qurbanlarının sayı və dəymiş zərərin məbləği artıb. V.Bağırovdan yeni şikayətlər daxil olub və ona görə də onun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilib(Report).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 İyun 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri