“Neftçi” Premyer Liqanın liderliyinə yüksəlib
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Premyer Liqasının 12-ci turunda bu gün keçiriləcək iki qarşılaşmadan biri artıq başa çatıb.
Yeniavaz.com xəbər verir ki, turun ilk oyununda Şamaxıda “Araz-Naxçıvan” və “Neftçi” komandaları üz-üzə gəlib. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 27-yə yüksəldən “Neftçi” turnir cədvəlinin zirvəsinə qayıdıb.
12-ci turun sonuncu matçında isə “Kəpəz” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.
Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmaya böyük maraq var. Belə ki, 15 363 tamaşaçı tutumuna malik stadionda baş tutacaq oyun üçün satışa çıxarılan bütün biletlər qarşılaşmaya iki gün qalmış tükənib.
Baxış sayı:111
Bu xəbər 22 Noyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















