Icma.az
close
up
RU
Vüsal İsgəndərli: Milli komandadan dəvət gözləyirdim

Vüsal İsgəndərli: Milli komandadan dəvət gözləyirdim

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Albaniyanın "Partizani" klubunun futbolçusu Vüsal İsgəndərli apasport.az saytına müsahibə verib.

- Albaniyada klub olaraq işləriniz yaxşı getmir. Bunun səbəbi nədən irəli gəlir?
- Çempionata az qalmış baş məşqçimiz komandadan ayrıldı. Yeni baş məşqçi gələndə isə zamanımız yox idi. 6-7 zədəli oyunçumuz var idi. Uduzduğumuz zaman da çox ruh düşkünlüyü yaşayırıq. Yəni, bütün sadaladığım məsələlər səbəb ola bilər. İstənilən halda, bunun düzələcəyinə əminəm. 

- Amma özün qollarını vurursan, performansın yaxşıdır. Öz performansından razısan?
- Təbii ki, komanda yaxşı getmirsə, öz performansımdan razı ola bilmərəm. İnanıram ki, daha yaxşısını edə bilərəm. Komandama daha çox qələbə qazandıra bilərəm, bunu bacararam. 

- Milli komandaya dəvət edilmədin. Gözləyirdin? Səncə, niyə dəvət edilmədin?
- Əlbəttə ki, milli komandamızdan dəvət gözləyirdim. Amma baş məşqçimizin qərarıdır və buna hörmətlə yanaşıram. Daim öz üzərimdə işləməyə davam edəcəm.

- Səncə, Albaniya liqasında oynayıb milliyə düşmək çətindir? Milliyə düşmək üçün bəs etmir?
- Məncə, Albaniya liqası istər səviyyə, istər prestij, istərsə də futbolçunun inkişafı baxımından yaxşı durumdadır. Hər halda, burada rəqabətli çempionat gedir, futbolçular buradan daha da yaxşı liqalara gedə bilir.

- Klubda milliyə dəvət edilməməyinlə bağlı heç sənə nəsə deyirlər?
- Bəli, deyirlər. Bu dəfə milli komandaya dəvət olunacağımı düşünürdülər. Hər halda, xeyirlisi olsun. Mən dediyim kimi, işləməyə davam edirəm. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Milli komandamıza da qarşıdakı matçlarda uğurlar arzulayıram. 

- Milliyə düşmək üçün bəzən liqanı dəyişməyi heç düşünürsən? Məsələ orasındadır ki, Türkiyədə oynadığın vaxtda da milliyə dəvət edilmədin. Bunun nəsə xüsusi səbəbi var, yoxsa axır-əvvəl dəvətin olacağına ümidlisən?
- Xeyr. Yenə deyirəm, Albaniya liqası yetərincə səviyyəli liqadır. Bunu nəticələrdən də görmək olar. Allah qoysa, milliyə yenidən dəvət edilərəm. Olmasa belə, edəcək bir şey yoxdur. Daha yaxşı oynayıb, daha uğurlu olmağa fokuslanacam. Milli də hamımızın döyünən ürəyidir, komandamıza qarşıdakı matçlarda ən yaxşı nəticələri arzulayıram.

Azərbaycan Kuboku: "Qaradağ Lökbatan"dan darmadağın - YENİLƏNİB "Neftçi" azarkeşlərinə görə 10000 manat ziyana düşüb Didye Deşam: "Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var" Azərbaycan millisi Özbəkistana qarşı Dünya çempionatının və Azərbaycan Kubokunun oyunları bu kanallarda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Oktyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri