Icma.az
close
up
RU
WUF nəyimizə lazımdır?

WUF nəyimizə lazımdır?

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bitməyən ağ yağışlar, albinos yağışlar fonunda ölkəmizə müxtəlif rəngli, müxtəlif çinli adamlar axışıb. Vətənini evi sayanlar belə günlərdə ev sahibi kimi qonaqlardan, mahiyyətdən narahat qalır, ailə üzvlərindən yox.

Təəssüf, bizdən qeyrət tələb olunan mötəbər günlərdə Əli bəy Hüseynzadənin, Topçubaşovun, Nemanzadənin xələfi olmayanlar da hər fürsətdən yararlanır, qələmlərini bu mürəkkəb dünyada ölkəmizin qanına batırmaqdan həzz alırlar.

Hadi XX əsrdə deyirdi:

“İmzasmı qoymuş miləl övraqi-həyatə,

Yox millətimin xətti bu imzalər içində!”

O da yüzlərlə həmkarı kimi güzaran vəd eləyən cəbhədə ola bilər, öz imzasını millətinin xəttindən üstün tutar, yaşayar, yaşayar, yaşayardı...

Böyük kişilər bu cür yaşaya bilmir. Azmanların qübarı fərdi səbəblərdən yaranmır, onlar ölkəsinin, dünyanın problemləri ilə vurnuxur, böyük dərdlərdən çərləyib ölür.

Peşəni alçaltmaq fikrim yoxdur, amma dərdi-səri 10 qutu arısını qoymağa yamac axtaran adi arıçını ozon dəliyi problemini narahat etmir, hərçənd ozon dəliyi birinci arıları öldürəcək.

İkinci Dünya müharibəsi zamanı Leninqrad 900 gün mühasirədə qalanda aclıqdan kütləvi ölüm olur. Mühasirə vaxtı dünyanın ilk və ən böyük toxum - Bitki Genetik Ehtiyatları İnstitutunun əməkdaşları da binanın içində qalır. Bəziləri acından ölür, bəziləri sona qədər döyüşərək həlak olur, ancaq heç kəs toxumları bişirib yemir. Milliyyətindən asılı olmayaraq, həmin şəxslər, həmin alimlər şəhiddir. Bəlkə də o xüsusi bəslənmiş toxumlardan çox dadlı yeməklər, hədiylər bişirib yeyə bilərdilər və buna görə heç kəs onları qınamazdı. Ancaq onlar özlərini yox, gələcəyi qorumağı düşündü. Onlar yaxşı bilirdilər ki, özlərindən dünyada milyardlarla var, ancaq qoruduqları toxumlar sonunculardır.

Böyük adamların davaları, problemləri də böyük olur. Bu gün Azərbaycan, bəlkə də, iqtisadiyyatı, büdcəsi bizdən qat-qat artıq olan onlarla ölkədən daha mütərəqqi yola qədəm qoymağı bacarıb və Azərbaycan daha çox dünya ölkəsidir.

WUF13 nəyimizə lazımdır?

Bu layihə biz zamanlar qanla yoğrulan, şok keçirən, ölən torpaqların dirildilməsinə hesablanıb. Azərbaycan qlobal dünyanın mütərəqqi plastından çoxdan yaddan çıxarılmış Qafqazı silkələyərək, elektroşok verərək özünə gətirir və hər keçən layihədən sonra biz bu müqəddəs torpaqların yenidən nəbz kimi vurduğunu hiss edirik. Dünyanın ürəyi Qafqazda da hiss olunmağa başlayır.

WUF, COP kimi tədbirlər təkcə urbanstik, iqlim problemlərinin həllinə hesablanmış konsept deyil, bu həm də dünyanın bir yerə yığışıb bir daşın altına əl qoyma qeyrətidir. Dünya hər daşın dalında birləşmir, dünyanın birləşib dərdləşdiyi məkan da öz yerindən dünyaya möhkəmlənir, ismarlanır, bərkiyir.

Azərbaycan bu cür meqatədbirlərə öz gənc sinəsində yer verdikcə özünü hər gün bir irəlidəki səbətə atır. Bu səbət müharibəsində ön cəbhədə olmaq, zamanında öz iqtisadi, mədəni, coğrafi, mənəvi sərhədlərinə bayraqlarını sancmaqdır tarix yazmaq.

Fərdi, lokal cəhdlər tarixə yazılımır. Tarixi yazmaq üçün iriçaplı cəhdlər, cürət, qüdrət və qeyrət lazımdır. Bir zamanlar şairlərin dilədiyi imza mövqeyi, mötəbər cəbhələr xülyası bu gün Azərbaycanın mübarək adına yazılır.

Öz sərvətləri ilə əlləşib, dolanıb dünyadan silinən ölkələr, imperiyalar var. Onlar məskən salmağı bacarmışdılar, amma məskəni necə salmaq lazımdır, bunu bilmədiklərindən sonda insanları yad ocaqlar üçün çöp toplamaq məcburiyyətində qaldı. Bu gün Azərbaycanda dünyaya şəhərsalma, şəhərləşmə mədəniyyətindən dərs deyilir. Bu dərsdən içində biz də olmaqla, hamımız 5 almalıyıq, kəsrlərimizi düzəltməliyik. Çünki çağdaş dünyanın ilk yerlərində duran problemlərdən biri əhalinin düzgün yerləşməsi, düzgün birgəyaşayışın təmin olunmasıdır. Xoatik məskənlər gec-tez xaraba qalır və özü ilə paralel yerə, göyə təsir edir, iqlimi korlayır... Biz üzərində qaranquşlar, qağayılar uçan şəhərlər salmalıyıq, uçuq divarında bayquş ulayan yox.

Necə ki 5-cə il ərzində Ağdamda, Cəbrayılda, Füzulidə yarasa, bayquş gəzişən xarabalıqlara süd kimi işıq çəkdik, bəyaz gecələr yaratdıq, rəngli evlər tikdik. Bu məskənlərə dünyanın ən innovativ yeniliklərini tətbiq etdik ki, bu da təkcə WUF13  üçün yox, 14, 15.. 20 üçün də nümunə ola bilər.

Bu ağ yağışların, albinos yağışların yağdığı günlərdə qara fürsət güdənlər üçün də mövzu yarandı və Bakının kanalizasiya, drenaj problemlərini bayraq edib beynəlxalq tədbirin gedişatını gözdən salmağa çalışanlar da oldu. Ancaq səfalət içində yaşayıb acından ölərkən də millətinin imzasını düşünən Hadinin ruhu şaddır. Çünki onun ruhu bu çirkin kampaniyalara qədər enmir, yüksəklərdə isə görünən imzamızdır:

Vankuver, Barselona, Neapol, Əbu-Dabi, Qahirə, Bakı... Dünyanı gəzən qlobal mərasim bu gün Bakını seçib.

Daha bir şad günün mübarək, Azərbaycan!

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 May 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see303

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see288

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see265

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see261

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see256

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see249

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see247

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see245

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see229

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see222

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see213

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see212

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see209

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see208

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see207

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see206

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see204

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see188

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see173

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri