Icma.az
close
up
RU
WUF13: qlobal urban dialoqu və ictimai birliklərin artan rolu ŞƏRH

WUF13: qlobal urban dialoqu və ictimai birliklərin artan rolu ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Müasir dünyada şəhərlər iqtisadi inkişafın, sosial inteqrasiyanın və ekoloji tarazlığın əsas mərkəzlərinə çevrilib. Məhz bu kontekstdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumu (WUF) qlobal şəhərsalma gündəliyinin formalaşmasında mühüm rol oynayır. WUF13-ün Azərbaycanda keçirilməsi isə əlbəttə ki, təsadüfi deyil. Azərbaycanda hazırda müşahidə etdiyimiz “Böyük Qayıdış” prosesi şəhərsalma ilə miqrasiya siyasətinin bir-birindən ayrılmaz olduğunu açıq şəkildə nümayiş etdirir. WUF13 bu uğurların dünya ictimaiyyətinə təqdim edilməsi üçün unikal platforma rolunu oynayacaq. WUF13-ün Azərbaycanda təşkili ölkənin təkcə ev sahibi deyil, həm də təcrübə paylaşan tərəf kimi çıxış etdiyini göstərəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli deyib.

Onun sözlərinə görə, Forumun Azərbaycanda təşkili həm də ölkənin Şərq və Qərb arasında oynadığı körpü rolunu gücləndirəcək, urban problemlərin regional deyil, qlobal baxışla müzakirə edilməsinə şərait yaratmış olacaq.

“WUF13-ün builki mövzusunun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” olması əvvəlki forumlardan əsaslı şəkildə fərqlənərək diqqəti yalnız şəhərlərin fiziki inkişafına deyil, insan mərkəzli, dayanıqlı və böhranlara davamlı şəhər modellərinə yönəldir. Bu yanaşma müasir dövrün sosial, ekoloji və geosiyasi reallıqlarından irəli gəlir. Bu isə sosial ədalət, inklüzivlik və bərabər imkanlar anlayışını ön plana çıxarır. Belə məsələlərin gündəmə gətirilməsində isə ictimai birliklərin rolu danılmazdır. Məhz QHT-lər yerli icmaların problemlərini, vətəndaşların real ehtiyaclarının yerli səviyyədə həllinə dair addımlar atır və beynəlxalq tribunalara çıxara bilirlər”, - deyə sədr müavini qeyd edib.

“Əlbəttə ki, belə nüfuzlu tədbirlərin əhəmiyyəti təkcə keçirildiyi günlərlə məhdudlaşmır. WUF13-dən sonra formalaşan əməkdaşlıqlar, ideyalar və təşəbbüslər Azərbaycanın urban siyasətinə uzunmüddətli təsir göstərəcək. Dövlət qurumları, ictimai birliklər və beynəlxalq tərəfdaşlar arasında yaranan sinerji ölkənin dayanıqlı şəhər modelinə keçidini sürətləndirəcək. Nəticə etibarilə, WUF 13-ün Azərbaycanda keçirilməsi təkcə beynəlxalq tədbir deyil, həm də ölkənin gələcək şəhər baxışının dünyaya təqdimatıdır. Bu prosesdə ictimai birliklərin fəallığı isə şəhərlərin həqiqətən də insanlar üçün qurulmasının əsas təminatlarından biridir. Forumun Azərbaycanda keçirilməsi həm də mühüm siyasi və sosial mesajdır. Bu, regionda sülh, bərpa və inkişafın mümkünlüyünü göstərir”- deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri