Icma.az
close
up
RU
Xalçalarda yaşayan tariximiz: Azərbaycanın bədii irsi Tacikistanda

Xalçalarda yaşayan tariximiz: Azərbaycanın bədii irsi Tacikistanda

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tacikistanın Düşənbə şəhərində Azərbaycan Mədəniyyəti Günləri tədbiri davam edir.

Oxu.Az-ın Düşənbəyə ezam olunan müxbiri xəbər verir ki, tədbir çərçivəsində "Azərbaycanın sənət incilərində yaşayan milli irsi" adlı sərgi açılıb.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Oxu.Az-a açıqlamasında bildirib ki, sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrdən müasir zamanadək tarixi dövrü əhatə edən xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur.

"Sərgidə yer alan "Qımıl" kompozisiyalı Quba xalçası ilmələrin sıxlığı, zərif toxunuşu, Şirvana məxsus "Ərciman" xalçası ornamentlərinin zənginliyi, Bakının "Fındığan", "Zili" kompozisiyalı xovlu və xovsuz xalçaları yumşaqlığı, rəng intensivliyi, bədii zövq orijinallığı və naxış incəliyi ilə seçilir. Qazaxın "Şıxlı", Qarabağın "Muğan", "Vərni", Təbrizin "Ağaclı" kompozisiyalı orijinal xalçaları isə aid olduqları tarixi bölgələrə xas yüksək sənətkarlıq səviyyəsini nümayiş etdirir", - deyə Ə.Məlikova bildirib.

Ə.Məlikova onu da qeyd edib ki, sərgidə xalçalarla yanaşı, məişətimizdə geniş istifadə edilən xurcun, çul kimi məmulatlar da yer alır.

"Əsərlərin bəzəyinə çevrilmiş ritmik naxışlar öz semantik məzmunu və rəngarəng forma zənginliyi ilə Azərbaycan incəsənətinin hələ miladdan öncə mövcud olan qədim köklərdən qaynaqlandığını bəlli edir.

Şərbət qabı, hamam sandığı, sərpuş, satıl, aftafa-ləyən, dolça kimi misdən hazırlanmış bədii metal məmulatları üzərində döymə və cızma üsulu ilə həkk edilən bəzəklər, dini səciyyəli kalliqrafik yazılar məişət əşyası kimi istifadə olunan bu məmulatların bədii-fəlsəfi tamlığını əks etdirir. Təqdim olunan bütün bu əsərlər Azərbaycan mədəni irsinin keçmişlə bu gününün vəhdətini təcəssüm etdirir", - deyə Ə. Məlikova vurğulayıb.

Qeyd edək ki, sərgi 23 may tarixinədək davam edəcək.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri