Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Xalq yazıçısı Anar: Şəhərin elə yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə də söz yoxdur MÜSAHİBƏ

Xalq yazıçısı Anar: Şəhərin elə yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə də söz yoxdur MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, Abdulla Suvar, AZƏRTAC

Azərbaycan dili xalqımızın ən böyük mənəvi sərvətlərindən, milli kimliyimizin əsas sütunlarından biridir. Tarix boyu Azərbaycan xalqı öz ana dilinə sahib çıxmaqla milli varlığını qoruyub, onu ədəbi, elmi, ictimai, beynəlxalq müstəviyə çıxarıb. Müasir dövrdə bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edərkən dilimizə verdiyi dəyər, ana dilinin qorunması və inkişafı ilə bağlı dediyi fikirlər ölkə ictimaiyyəti arasında böyük əks-səda doğurdu. Həmin yığıncaqda Azərbaycan dilinin yad təsirlərdən qorunması, onun saflığı və təmizliyi keşiyində dayanmaq alim, dilçi, şair və yazıçıların qarşısında mühüm vəzifə olaraq qoyuldu.

Həmişə ana dilimizin keşiyində duran Azərbaycan yazıçıları yığıncaqda səsələndirilən fikirlərə yüksək dəyər verərək onun qorunaraq gələcək nəsillərə ötürülməsinə həssaslıqla yanaşırlar. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar AZƏRTAC-a verdiyi müsahibədə dilimizin hazırkı durumundan, bu məsələdə ədəbiyyatımızın üzərinə düşən vəzifələrdən, yazıçıların bu işin əsas aparıcı qüvvəsi olmasından danışıb.

-Prezidentin həmin tədbirdəki dilin saflığının qorunması ilə bağlı çağırışları müasir dövrdə ədəbi dilin qorunmasında yazıçıların və söz adamlarının üzərinə böyük məsuliyyət qoyur. Həmin vəzifələrin öhdəsindən gəlmək üçün hansı addımlar atılmalıdır?

- Dilin qoruyucularından biri də ədəbiyyatdır. Ədəbiyyat dili inkişaf etdirir, dilə yeni sözlər gətirir, dilə qol-qanad verir, imkanlarını genişləndirir və s. Əsrlərin sınağından çıxaraq daş kitabələrdən üzü bəri uzun, çətin və şərəfi yol keçən, Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn doğma ana dilimiz həzin və şirin ana laylası ilə canımıza, qanımıza hopub. Füzulinin, Nəsiminin, Şah İsmayılın, Vaqifin, Səməd Vurğunun sözündə, şeirinin avazında qanad açan, ana südü kimi təmiz, dağ çiçəyi kimi təravətli dilimiz ağız ədəbiyyatı nümunələri olan bayatılarla, qoşmalarla, nağıllarla, dastanlarla uzun, enişli-yoxuşlu yol keçib. Ona görə də, dilin qorunması, inkişafı haqqında həmin çağırışlara birinci növbədə yazıçılar münasibət bildirməli və əməl etməlidirlər. Yəni dilin inkişafı, zənginləşməsi, eyni zamanda, yad təsirlərdən qorunması üçün ədəbiyyatın, söz adamlarının üzərinə böyük məsuliyyət düşür.

Texnoloji tərəqqi dövrü ilə əlaqədar dilə yeni sözlər daxil olur. Onların bəziləri işlədilməli, yaşamaq hüququ qazanmalı, bəzilərinin isə qarşılığı tapılmalıdır. Yəni, indiki mürəkkəb dövrdə ədəbiyyatın da vəzifəsi dilin qorunması və inkişaf etdirilməsidir.

Mən vaxtı ilə Milli Məclisin deputatı olanda Mədəniyyət komissiyasının sədri idim və onda biz “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” qanun qəbul etdik. Həmin qanunda ölkədəki bütün idarə, müəssisə, təşkilat, market və digər obyektlərin adlarının, ilk növbədə, Azərbaycan dilində yazılması, əgər lazım gələrsə, ingilis, rus, ərəb və ya digər dillərdə olması barədə müddəa var idi. İndi həmin qanunda yazılanların kağız üzərində qaldığını görmək üçün küçəyə çıxıb ətrafa ötəri göz gəzdirmək kifayətdir. Hətta şəhərin elə yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə də söz yoxdur. Ona görə də bizim hamımızın vəzifəsi həmin yığıncaqda qoyulan məsələlərin həllinə, onların həyata keçirilməsinə nail olmaqdır.

- Anar müəllim, sizcə, ədəbi dilimizin qorunması üçün ən təsirli vasitə hansıdır: klassiklərin təbliği, məktəb proqramları, müasir bədii ədəbiyyatın gücləndirilməsi, yoxsa mətbuatın dili üzərində nəzarət?

- Açığını deyim ki, “nəzarət” sözündən xoşum gəlmir, sovet vaxtı onun xeyirindən çox ziyanını görmüşük. Əlbəttə ki, bu sahədə mətbuatın danılmaz rolu var. Əsrlər boyu xəbərlər mətbuat vasitəsilə yayılıb, mətbuat dilin təbliği və inkişafında aparıcı rol oynayıb. Son vaxtlar sosial şəbəkələr bu sahədə mətbuatın mövqeyinə xələl gətirsə də, qəzet və jurnallar öz yerini qoruyub saxlamalıdır. Çünki mətbuat tarixdir, sənəddir, əbədidir, sosial şəbəkə isə müvəqqətidir. Neçə il, neçə əsr sonra da arxivlərdən, kitabxanalardan həmin mənbələri tapmaq mümkündür, bəs sosial şəbəkədə yazılanları necə əldə edəcəksən?

Bir də təkrar edirəm ki, ədəbiyyatın rolu daha böyükdür. Yazıçılar Birliyinin rəhbəri kimi deyə bilərəm ki, dilimizin yad təsirlərdən qorunması, müdafiəsi və inkişafı baxımından bədii ədəbiyyatın rolu əvəzedilməzdir. Dil canlı orqanizmdir. Zaman keçdikcə yeni tələblər ortaya çıxır və dil ona uyğunlaşmalıdır.

Sözsüz ki, klassik ədəbiyyatın təbliğinə xüsusi diqqət yetirmək lazımdır. Bu, çox ümdə məsələdir. Təəssüf ki, indiki dövrdə klassik ədəbiyyatın təbliğindən razılıq edə bilmərik. Yaxşı bir atalar sözü var: “Keçmişinə güllə atanı gələcəkdə topa tutarlar”. Onları oxumadan, öyrənmədən, tanıtmadan ədəbiyyatı təbliğ etmək mümkün deyil. Klassik yazıçılarımız haqqında filmlər çəkilməlidir. Yeri gəlmişkən, deyim ki, mən onlardan dördü - Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Hüseyn Cavid və Üzeyir Hacıbəyli haqqında sənədli film çəkmişəm. İndi də Cəfər Cabbarlı haqqında filmin ssenarisini yazmışam və çox istərdim ki, onun çəkilişləri alınsın. Hazırda həmin filmin çəkilişi üçün vəsait tapılmır. Bizim digər klassiklərimiz haqqında da filmlər çəkilməli, başqa müəlliflər də bu işə qoşulmalıdır.

Bu gün ədəbiyyatı təbliğ etməyin ən yaxşı yolu televiziya və ekran əsərləridir. İnsanlar bəzən kitab oxumağa vaxt tapmır, amma ekran vasitəsilə həm əsəri tanıyır, həm də yazıçının həyatını görür və bu, ədəbiyyata marağı artırır. Ona görə də bu sahəyə mütləq vəsait ayrılmalı, bu işə ikinci dərəcəli məsələ kimi yox, prioritet kimi baxılmalıdır.

-Müasir əsərlərin, eləcə də mətbuatın, televiziya və radionun dili sizi qane edirmi?

-Biz bir neçə dəfə AYB-də həmin məsələyə həsr olunmuş müşavirə keçirmişik, xüsusilə mətbuat səhifələrində gedən dil xətaları ilə bağlı ciddi narahatlığımızı ifadə etmişik. Efirdə və mətbuatda gedən dil xətaları, yanlış ifadələr, jarqonlar barədə konkret misallar, nümunələr göstərmişik. Yersiz ifadələr, düzgün olmayan cümlə quruluşu, yol verilən üslub səhvləri haqqında müzakirələr aparmışıq. Açıq demişik ki, tamaşaçı və oxucu ilə belə dildə danışmaq olmaz. Bizim əlimizdən gələn budur: xəbərdarlıq etmək, yanlışdan çəkindirmək, düzgün olanı göstərmək, istiqamət vermək. Bacardığımızı edirik ki, dilimizin saflığı qorunsun, onun qayda və qanunlarına əməl edilsin. Lakin onun həyata keçməsi və həlli təkcə bizdən asılı məsələ deyil...

- Dilimizin gələcəyi üçün hansı tədbirlər görülməlidir?

- Bu, ötəri iş deyil. Dil hamı üçün doğma olan məsələdir. Mirzə Cəlil demiş, o dildəki anamız bizə layla çalıb, gərək onun saflığını qoruyaq. Bu məsələ ilə bir ay, bir il, iki il məşğul olmaqla istədiyimizə nail ola bilməyəcəyik. Bu elə vacib məsələdir ki, onunla daim məşğul olmaq lazımdır. Hər kəs bu işi özü üzərinə götürməli və özündən asılı olanı etməlidir. Birinci növbədə mətbuat işçiləri öz yazılarının dil və üslub xüsusiyyətlərinə xüsusi fikir verməlidirlər. Gərək sən özün nümunəvi olasan ki, başqalarından da bunu gözləyəsən. Yazıçı masanın arxasına keçəndə, qələmi əlinə götürəndə oxunaqlı və maraqlı yazmaq haqqında ciddi düşünməlidir. Çox vaxt qəzet və jurnallarda böyük-böyük materiallar çap olunur, amma heç kəs oxumur. Elə yazmaq lazımdır ki, oxucunu cəlb etsin, maraqlı olsun. Həcm heç nəyi həll etmir, əsas onun mahiyyətidir. Eyni zamanda, dilin xüsusiyyətlərini, incəliklərini bilən və ondan düzgün, yerli-yerində istifadə edən müəllifin yazıları həm cəlbedici, həm də oxunaqlı olur. Yaxşı yazının dili də yaxşı olur. Müəllifin deməyə sözü, fikri varsa o, fikrini ifadə etmək üçün dilin ifadə vasitələrini də tapır, onu çatdırmağa üsul da. Müəllifin deməyə sözü, tutarlı fikri yoxdursa, onda ümumi ifadə və ibarələrlə yazmağa məcbur olur. Bizim ən böyük problemlərimizdən biri də budur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri