Xalqımız ən çətin dönəmdə Ulu Öndərə bir daha etimad göstərdi YAP Sədrinin müavini
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
"Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli-mənəvi dəyərlərin yaşadılmasına, eləcə də Azərbaycanın mədəniyyətinin inkişafına zəmin yaradıb". SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini Tahir Budaqov jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, Azərbaycanın nəinki Qafqaz regionunda, eləcə də Avrasiya regionunda qüdrətli dövlətə çevrilməsinin əsasını Heydər Əliyev qoyub: "Bütün bu işlər Azərbaycançılıq ideologiyasının formalaşmasında misilsiz əhəmiyyət kəsb edir. Təbii ki, xalqımız bütün bunları nəzərə alaraq ən çətin dönəmdə Ulu Öndərə bir daha etimad göstərdi. Heydər Əliyev xalqın tələbini yerinə yetirərək, həyatını təhlükəyə ataraq bütün məsuliyyəti öz üzərinə götürdü. Heydər Əliyev böyük Zəfər yolunun başlanğıcını qoydu".
Baxış sayı:50
Bu xəbər 10 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















