“Xalqın mədəni sərvəti”nin bağlanış mərasimi FOTOLAR
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsinin təntənəli bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə baş tutub.
Demokrat.az xəbər verir ki, konsert proqramında Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, solistlər Səma Həmzəyeva, Nigar Cəfərova, Adil Axundov, Rza Xosrovzadə, Fəhmin Əhmədli, Taleh Yahyayev Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun, Nigarın, Həsən xanın ariyası, Xanəndə qızın mahnısı, “Sənsiz”, Asəf Zeynallının “Ölkəm” romanslarını, Cakomo Puççininin “Toska”, “Bohema”, “Edqar” operalarından ariyalar ifa ediblər.
İfaçıları Əməkdar artistlər İlahə Sadıqzadə, Zülfiyyə Sadıqova, Nüşabə İsa, Nigar Hüseynzadə müşayiət ediblər.









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 07 Noyabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















