Icma.az
close
up
RU
28 aprel işğalı: Saxta tarixlə xalqın yaddaşı silinirdi

28 aprel işğalı: Saxta tarixlə xalqın yaddaşı silinirdi

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əkrəm Bəydərmirli: "SSRİ cinayət və saxtakarlıq üzərində quruldu, ona görə dağıldı”

“28 aprel işğalının fəlakətlərini unutmaq olmaz. Uzun illər 28 apreli, sosializmi bəlağətli ifadələrlə beynimizə doldurmuşdular. Həqiqət təhrif olunaraq saxta tarixşünaslıq yaradılmışdı”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydərmirli bildirdi. Birlik sədri qeyd etdi ki, əgər bir rejim saxtakarlıq üzərində qurulursa və insanlara qarşı cinayət törədirsə, həmin quruluş gec-tez süqut edir. SSRİ-nin çöküşünü məhz cinayətləri və saxtakarlığı sürətləndirdi: 

- 1920-ci ilin 28 aprelindən başlayaraq 1990-cı ilin 20 Yanvar faciəsinə qədər totalitar rejimin dinc insanlara qarşı törətdiyi qanlı hadisələrə nəzər salsaq, tarixin acı gerçəkliyi ortaya çıxır. 28 aprel işğalı yalnız Azərbaycanın müstəqilliyini əlindən almadı, bu təcavüz, həm də işıqlı insanların düşüncəsini boğdu. 30 ildən artıq bu repressiya dalğası davam etdi. 1937-ci ilin bədii təsvirinin sözlə rəsmini çəkən tədqiqatçı alim Məcid Katibli yazır ki: “1937-ci il idi. Hər gün ağlasığmaz hadisələr baş verir, dəhşətli xəbərlər yayılırdı. Adamların qəlbində daş kimi nisgil asılmışdı. Onlar bir-biriləri ilə görüşüb danışmaqdan, hətta salamlaşmaqdan çəkinir, gözə görünməməyə çalışırdılar. Elə gün olmazdı ki, kiminsə qohumu, kiminsə dostu “xalq düşməni” elan olunmasın”. İşğalın, repressiyanın zamanı fərqli ola bilərdi. Amma mahiyyət eynidir. Həmin rejim terroru, repressiyanı dövlət siyasətinə gətirmişdi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bu gün həmin sovet quruluşunun xiffətini çəkən və onu bərpa etmək istəyən qüvvələr var. Amma, belə məkrli niyyət heç zaman baş tutmayacaq. Həmin totalitar rejimin xalqların həyatına gətirdiyi dəhşətləri heç kim, hətta gələcək nəsillər də unutmamalıdır. Unutmamalıyıq ki, azadlıq, müstəqillik bəxşiş edilmir, qanla qazanılır. Onu da qeyd etmək istərdim ki, insan həm də bioloji varlıqdır. Müəyyən tələbatları və iqtisadi çətinlikləri olur. Bir zəruri məqamı unutmaq olmaz ki, sosial-iqtisadi problemlər əbədi deyil. Öz vəzifəsinə laqeyd yanaşanlar var, məmur etinasızlığı var. Bütün bunlar mütləq keçib gedəcək. Müstəqillik isə əbədidir. Azad yaşamaq əvəzsizdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Aprel 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri