Icma.az
close
up
RU
Xalqın taleyinə sahib çıxan böyük dövlət xadimi Heydər Əliyev ŞƏRH

Xalqın taleyinə sahib çıxan böyük dövlət xadimi Heydər Əliyev ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın müstəqillik tarixinin ən mürəkkəb və məsuliyyətli mərhələlərindən biri 1993-cü ilə təsadüf edir. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə siyasi hakimiyyət böhranı dərinləşmiş, dövlət idarəçiliyinin əsas mexanizmləri zəifləmiş, cəmiyyətdə qarşıdurma təhlükəsi artmışdı. 4 iyun 1993-cü ildə Gəncədə baş verən silahlı toqquşmalar vəziyyəti daha da ağırlaşdırmış, ölkənin vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmasına səbəb olmuşdu. Rəsmi mənbələr həmin dövrdə ölkədə dərin siyasi böhranın və müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğunu qeyd edir.

Belə bir mürəkkəb tarixi şəraitdə Ulu Öndər Heydər Əliyevin siyasi mövqeyi və atdığı addımlar xüsusi əhəmiyyət kəsb edirdi. 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra Naxçıvanda siyasi fəaliyyət göstərən, 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən Heydər Əliyev həmin illərdə yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın taleyi ilə bağlı məsələlərdə prinsipial mövqe nümayiş etdirirdi.

1993-cü ilin iyununda ölkənin müxtəlif siyasi və ictimai dairələri Heydər Əliyevə müraciət edərək yaranmış ağır vəziyyətdən çıxış yollarının müəyyənləşdirilməsində onun iştirakını istədilər. O, iyunun 9-da Bakıya gəldi. Lakin qarşısında duran əsas vəzifənin yalnız paytaxtda siyasi proseslərdə iştirak etməklə məhdudlaşmadığını anlayaraq, hadisələrin baş verdiyi Gəncəyə getmək qərarına gəldi. Bu qərar adi siyasi səfər deyildi. Gəncədə silahlı qarşıdurmanın nəticələri hələ aradan qalxmamışdı, şəhərdə vəziyyət son dərəcə gərgin idi. Heydər Əliyev sonralar həmin hadisələri xatırlayarkən 1993-cü il iyunun 13-də Gəncəyə gəldiyini və şəhərdə küçəyə çıxmağın belə mümkün olmadığını bildirmişdi. Onun sözlərinə görə, şəhərin müxtəlif əraziləri silahlı qüvvələrin nəzarətində idi.

Heydər Əliyevin Gəncə səfərinin ən mühüm məqamlarından biri onun qarşılaşdığı birbaşa təhlükə idi. O, şəhərdəki danışıqlar zamanı arxasında silahlı şəxslərin dayandığını və həmin şəxslərin silahlarını ona tuşladığını bildirmişdir. Buna baxmayaraq, o, danışıqları davam etdirmiş, vəziyyətin daha da kəskinləşməsinin qarşısını almağa çalışmışdır. Həmin gecə aparılan danışıqların məqsədi qarşıdurmanın genişlənməsinə imkan verməmək və siyasi dialoq üçün imkan yaratmaq idi.

Bu hadisə Heydər Əliyevin siyasi fəaliyyətində mühüm bir xüsusiyyəti – məsuliyyətdən təhlükə qarşısında belə geri çəkilməməsini göstərən nümunələrdən biridir. O, yaranmış vəziyyətdə şəxsi təhlükəsizliyini dövlətin və cəmiyyətin qarşısında duran taleyüklü məsələlərdən üstün tutmadı. Gəncəyə getməsi, silahlı qarşıdurma şəraitində tərəflərlə danışıqlar aparması və vəziyyətin daha da ağırlaşmasının qarşısını almağa çalışması həmin dövrün siyasi reallıqları kontekstində qiymətləndirilməlidir.

Heydər Əliyevin Gəncədəki fəaliyyəti yalnız bir şəhərdə yaranmış böhranın aradan qaldırılması məsələsi deyildi. Məsələ daha geniş – Azərbaycanın dövlətçiliyinin qorunması və ölkənin parçalanması təhlükəsinin qarşısının alınması kontekstində idi. Dövrün rəsmi sənədlərində və sonrakı tarixi araşdırmalarda 1993-cü ilin yayında Azərbaycanın dövlət müstəqilliyinin ciddi təhlükə qarşısında olduğu vurğulanır.

Heydər Əliyevin siyasi fəaliyyətinin bu mərhələsini fərqləndirən əsas cəhətlərdən biri də qərarların konkret şəraitin reallıqlarından çıxış edilərək qəbul olunması idi. O, təhlükəli vəziyyətdə siyasi məsuliyyəti üzərinə götürdü və dövlət idarəçiliyinin bərpasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirdi. 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilməsi, iyunun 24-də isə prezident səlahiyyətlərini həyata keçirməyə başlaması həmin mürəkkəb siyasi prosesin mühüm mərhələləri oldu. Həmin il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

1993-cü ilin iyun hadisələrinə tarixi məsafədən nəzər saldıqda aydın görünür ki, həmin dövr Azərbaycan dövlətçiliyinin sınaq qarşısında qaldığı mərhələlərdən biri olmuşdur. Heydər Əliyevin Gəncəyə səfəri isə bu sınağın ən riskli məqamlarından biri kimi yadda qalmışdır. Silahlı qarşıdurmanın hökm sürdüyü şəhərə getmək, təhlükəsizlik təminatının belə mümkün olmadığı şəraitdə danışıqlar aparmaq və siyasi dialoqun imkanlarını qorumaq onun üzərinə götürdüyü məsuliyyətin miqyasını göstərirdi.

Bu mənada “həyatını təhlükə altına qoymuş Ümummilli Lider” ifadəsi yalnız emosional xarakterli publisistik ifadə deyil. Onun arxasında konkret tarixi hadisə dayanır: 1993-cü il iyunun 13-də Gəncədə son dərəcə gərgin və təhlükəli şəraitdə aparılan danışıqlar. Heydər Əliyevin özünün sonrakı çıxışında həmin gecəni və üzləşdiyi təhlükəni ətraflı xatırlaması bu faktın tarixi mənbələrdə əksini tapdığını göstərir.

Heydər Əliyevin siyasi irsinin mühüm xüsusiyyətlərindən biri dövlətçiliyin taleyüklü məqamlarında məsuliyyətli qərar qəbul etmək və həmin qərarın nəticələrinə görə məsuliyyəti üzərinə götürmək prinsipidir. 1993-cü ilin Gəncə hadisələri də bu baxımdan Azərbaycanın müstəqillik tarixinin mühüm səhifələrindən biridir.

Bu gün həmin hadisələrə nəzər salarkən əsas nəticə ondan ibarətdir ki, dövlətçilik yalnız hüquqi institutların yaradılması ilə məhdudlaşmır. Onun qorunması siyasi iradə, məsuliyyət, sabitlik və ən mürəkkəb şəraitdə dövlət maraqlarını əsas götürən qərarlar tələb edir. 1993-cü ilin ağır günlərində Heydər Əliyevin atdığı addımlar onun siyasi fəaliyyətində bu yanaşmanın konkret təzahürlərindən biri kimi tarixə düşmüşdür.

İlahə Fərəcova

YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri, Naxçıvan Qızlar Liseyinin direktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri