Icma.az
close
up
RU
Xamenei gedəcək” Trampdan açıqlama

Xamenei gedəcək” Trampdan açıqlama

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp “Fox News” kanalına verdiyi müsahibədə İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin ölkədən ayrılmaq planları ilə bağlı yayılan iddialara toxunub.

"AzPolitika" xəbər verir ki, Tramp Xameneinin Rusiyaya qaçış planı haqqında xəbərlərə münasibət bildirərkən belə deyib: “O, harasa getməyi planlaşdırır”.

Son günlər İranın bir sıra şəhərlərində iqtisadi böhran, inflyasiya və valyuta ucuzlaşması fonunda geniş miqyaslı etiraz aksiyaları baş qaldırıb. Bu etirazlar rejim əleyhinə şüarlara çevrilib, bir neçə şəhərdə “Xameneiyə ölüm” şüarları səsləndirilib. İnsan haqları təşkilatlarının məlumatına görə, etirazlar zamanı onlarla insan həlak olub, minlərlə insan həbs edilib.

Britaniyanın “The Times” qəzeti Qərb kəşfiyyat mənbələrinə istinadən xəbər verir ki, 86 yaşlı Xamenei rejimin süqutu halında “B planı” hazırlayıb: o, yaxın dairəsi (20 nəfərə qədər ailə üzvü və yaxın köməkçiləri, o cümlədən oğlu Müctəba ilə birlikdə) Tehranı tərk edib Moskvaya qaçmağı planlaşdırır. Mənbələr qeyd edir ki, bu plan xarici aktivlərin və pul vəsaitlərinin köçürülməsini də nəzərdə tutur. Keçmiş İsrail kəşfiyyatçısı Beni Sabti bildirib ki, Xamenei üçün Rusiyadan başqa sığınacaq yeri yoxdur, çünki o, Putini yüksək qiymətləndirir və mədəni oxşarlıqlar var.

Tramp etirazların yatırılması zamanı zorakılıq tətbiq olunarsa, ABŞ-ın İrana “çox sərt zərbə” endirəcəyini bəyan edib. Respublikaçı senator Lindsey Graham isə Fox News-da açıqlamasında rejimi xəbərdar edib ki, etirazçılara qarşı qətliam davam edərsə, Tramp Xameneini və digər liderləri hədəf ala bilər.

Hazırda Xamenei ictimaiyyət qarşısında nadir çıxış edir və etirazları “düşmən təxribatı” adlandıraraq sərt cavab verəcəyini bildirib. Etirazlar hələ 2022-ci il Mahsa Amini hadisələri qədər geniş miqyas almayıb, lakin iqtisadi böhran və Tramp administrasiyasının təzyiqi fonunda vəziyyət gərgin olaraq qalır.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri