“Xankəndi” qalib oldu
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mayın 22-də Qəbələ şəhər stadionunda Region Liqasının final oyunu keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən xəbərə görə, oyunda “Xankəndi” “Şirvan” klubu ilə qarşılaşıb. Həlledici qarşılaşmada "Xankəndi" futbol klubu rəqibini 3:0 məğlub edib.
Xatırladaq ki, "Xankəndi" klubu tarixində ilk dəfədir ki, kuboka sahib olur.

