Icma.az
close
up
RU
Xankəndi Zirvə görüşü tariximizdə nə ilə əlamətdar olacaq? (ŞƏRH)

Xankəndi Zirvə görüşü tariximizdə nə ilə əlamətdar olacaq? (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Zirvə görüşü işğaldan azad edilmiş ərazilərimiz üçün yeni bir açılış və imkan olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə olacaq Zirvə görüşünü şərh edərkən deyib.

Elşad Mirbəşiroğlu bildirib ki, İƏT-in Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşü Azərbaycan tarixində olduqca əlamətdar hadisədir:

"Bu görüşü yalnız iqtisadi xarakterli məsələlərin, əməkdaşlıq imkanlarının müzakirə olunduğu platforma kimi nəzərdən keçirmək olmaz. Keçiriləcək tədbir daha miqyaslı, daha əhatəli bir hadisədir. Dünyanın 13 ölkəsinin dövlət və hökumət başçıları burada iştirak edir". 


Ekspertə görə, bu görüş hər şeydən öncə Azərbaycanın ərazi bütövlüyünü nümayiş etdirilən ciddi dəstəkdir:

"Gələn qonaqlar öz gözlərilə iki səhnəni görürlər. Birinci səhnədə onlar erməni vandalizminin vəhşiliyinin nəticə və izlərini görürlər. Bu isə ölkəmizin qlobal informasiya məkanında mövqelərimizi gücləndirir. Ermənilərin isə təcavüzkar, vandal xisləti bir daha dünyaya bəlli olur. 

Qonaqlar həmçinin Azərbycanın qısa zamanda ermənilər tərəfindən xarabazara çevrilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirdiyinin canlı şahidi olacaqlar. Bu isə ölkəmizin gücünün tərənnümü və onun böyük potensialla malik iqtisadi tərəfdaş olduğunun göstəricisidir”.

Ekspertin fikrincə, zirvə görüşü Şərqi Zəngəzur bölgəsinin iqtisadi tərəqqisi istiqamətində atılan mühüm addım olacaq: 

"Həmin ərazidə geniş nəqliyyat infrastrukturu yaratmışıq. 3 hava limanı fəaliyyət göstərir. Bunlar gələcəyə hesablanıb və həmin ərazilərdə böyük iqtisadi inkişafa, ora sərmayələrin cəlbinə xidmət edəcək. Bir sözlə, bu əraziləri mötəbər beynəlxalq tədbirlərin keçirildiyi arenaya çevirməyi də bacarmışıq. Bu da olduqca düzgün diplomatik və geoiqtisadi strategiyadır. İƏT əməkdaşlığı sistemində Azərbaycanın mərkəzi rol alması imkanları ümummilli inkişafımıza da ciddi töhfələr verəcək".

Elşad Mirbəşiroğlu qeyd edib ki, Zirvə görüşü bir sözlə, Azərbaycanın beynəlxalq siyasi münasibətlər və iqtisadi əməkdaşlığın ən fəal, təsirli söz sahibi olan dövlətlərindən biri olduğunun nümayişidir:

"Bununla gələcək uğurlarımız üçün də etibarlı imkanlar formalaşdırdıq".

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə toplantısı 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək. Toplantının builki mövzusu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq.

Xatırladaq ki, Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan İƏT-in üzvüdürlər. İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi üzv ölkələr arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı genişləndirməkdir. 1992-ci ildə Azərbaycan İƏT-ə üzv olub. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyul 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri