Icma.az
close
up
RU
Xankəndi zirvə görüşü Azərbaycanın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə vermiş oldu ŞƏRH

Xankəndi zirvə görüşü Azərbaycanın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə vermiş oldu ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci il iyulun 4-də Xankəndi şəhəri növbəti dəfə Azərbaycanın tarixi qələbəsinin, suverenliyinin və beynəlxalq mövqeyinin nümayişinə şahidlik etdi. Prezident İlham Əliyevin ev sahibliyi ilə burada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü həm siyasi, həm də iqtisadi baxımdan çoxşaxəli və dərin mənalar daşıyır. Xankəndi zirvəsi bizim üçün tarixin ədalətini bərpa edən diplomatik jestdir. Ölkə rəhbərinin apardığı peşəkar diplomatiya sayəsində biz oranı qan tökmədən, daşına-divarına toxunmadan əldə edərək ölkənin suverenliyini tam bərpa etmişik.

Türk və İslam dünyasının Azərbaycanın Zəfər zirvəsinin simvollarından olan, nadir tarixi və mədəni irsi təcəssüm etdirən gözəl qədim Qarabağ torpağında - Xankəndidə toplaşması isə təsadüfi deyildi. Dövlət başçımızın bəyan etdiyi kimi, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. “Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir”. Prezident İlham Əliyev tədbirin girişində ECO-ya sədrlik edən Qazaxıstana təşəkkürünü bildirərək vurğuladı ki, Azərbaycan artıq üçüncü dəfədir bu mötəbər tədbirə ev sahibliyi edir. Amma bu dəfəki ev sahibliyinin xüsusiliyi təkcə coğrafiyada deyil, tarixdədir. Zirvənin Xankəndidə keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, beynəlxalq təşkilatların bu gerçəkliyi qəbul etdiyini və Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bütün dünyaya nümayiş etdirdi. Qarabağda quruculuq və beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın yeni inkişaf fazasına qədəm qoymasından xəbər verir. Müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın təşviqi kimi mövzuların müzakirə edildiyi Zirvə görüşü Xankəndinin regional inteqrasiyada yeni rolunun formalaşmasında da mühüm addım oldu. Yeri gəlmişkən, qeyd edək ki, Zirvə görüşündən əvvəl Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ECO Həftəsi keçirildi. Bu mühüm hadisə təkcə diplomatik və iqtisadi dairələrdə deyil, həm də ictimaiyyət arasında böyük maraqla qarşılandı. ECO Həftəsində işğaldan azad edilmiş Şuşa, Ağdam və Laçın yenidən diqqət mərkəzinə gəldi. Şuşada təşkil olunmuş ECO Biznes-Forumu regional iqtisadi əməkdaşlığın yeni üfüqlərini müəyyən edərkən Ağdamda keçirilən Gənclər Forumu gələcəyin liderlərini bir araya gətirdi. Laçında baş tutan Qadınlar Forumu isə xanımların iqtisadi və ictimai həyatda artan rolunu vurğulayan mühüm bir platforma oldu.

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanın türk-islam birliyinin qüdrətini Xankəndidə nümayiş etdirməsi geosiyasi məzmun daşımaqla bərabər, gələcək quruculuq və inkişaf təşəbbüslərinin bu bölgədən çıxacağına həm də bir işarədir. Bu görüş regional münasibətlərdə bir sıra məsələlərin həlli yollarının müzakirəsi, geniş və çoxşaxəli əməkdaşlığın möhkəmlənməsi və geosiyasi proseslərin fonunda sülh və rifah quruculuğuna dayanıqlı töhfələrin verilməsi baxımından mühüm əhəmiyyət kəsb etmiş oldu. Azərbaycan Prezidentinin ECO Zirvə görüşündə çıxışı zamanı bəyan etdiyi dəyərli fikirləri ilk növbədə, Qarabağ və Şərqi Zəngəzurun formalaşan yeni reallıqların detallı təqdimatı kimi xarakterizə oluna bilər. Cənab Prezident Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın işğal altında saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləməyə, bir milyondan artıq soydaşımızın didərgin düşərək yaşadığı acınacaqlı həyata diqqət çəkərək Azərbaycan xalqının heç vaxt işğalla barışmadığını, sülh danışıaqlarına məhəl qoymayan Ermənistanın layiqincə cəzalandırılmasını xatırlatdı.Bu xatırlatma da təsadüfi səslənmədi. Dövlət başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü təkbaşına həll edən Azərbaycanın 30 ildə məruz qaldığı erməni vandallığının izlərini yada salmaqla, misli görünməmiş bu vəhşiliyin həm də İslam dəyərlərinə yönəlmiş təhqir kimi qiymətləndirdi. Qısa müddətdə “Böyük Qayıdış” Proqramının icrasında misilsiz uğurlara imza atan Azərbaycanın azad edilmiş ərazilərdə 50 mindən çox insanın əbədi səadətini, rifahlı yaşayış qurması həqiqətən də nəhəng fəaliyyətin nəticəsidir. Prezident İlham Əliyevin tarixi çıxış kimi dəyərləndirilən Xankəndi bəyanatında digər mühüm xatırlatma Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı oldu.

Enerji sektorunda isə Azərbaycan artıq 12 ölkəyə qaz ixrac edərək regional enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilib. Eyni zamanda, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşağında yerləşməklə logistik baxımdan ECO ölkələri üçün strateji əhəmiyyət daşıyır. İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün müzakirə edilən məsələlər xüsusi əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyevin Xankəndidəki tarixi çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, suverenliyinin və beynəlxalq nüfuzunun parlaq ifadəsidir. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan öz haqq səsini dünyaya çatdırmağı, beynəlxalq platformalarda söz sahibi olmağı bacaran güclü və müstəqil dövlətdir. Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən ECO çərçivəsində "Təmiz enerji və tədqiqat mərkəzi"nin qurulması istiqamətində görülən işlər ona dəlalət edir ki, yaxın gələcəkdə təşkilat çərçivəsində innovasiya və davamlı inkişafın əsas dayaqları formalaşacaq. Həm regional, həm də qlobal çağırışlara cavab vermək üçün strateji bilik və texnoloji həllərin ünvanı olacaq mərkəz xüsusilə təmiz enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və "yaşıl iqtisadiyyat" istiqamətində bölgənin rəqabət qabiliyyətini artıracaq. 17-ci ECO Zirvəsi regionun iqtisadi xəritəsində yeni imkanların açılması baxımından mühüm mərhələ idi. Tədbir iştirakçı ölkələr arasında ticarət, investisiya, nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində real addımların müzakirə edildiyi və konkret təşəbbüslərin ortaya qoyulduğu strateji platformaya çevrildi. Azərbaycan ECO ilə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün dayanmadan səmərəli layihələrdə iştirak edir, sivilizasiyalararası dialoqa, humanitar əməkdaşlığa, sülh təşəbbüslərinin təşviqinə dərin töhfələr verir. 2024-cü ildə üzv ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 95 milyard dollar olub.

Zirvə çərçivəsində təqdim olunan təşəbbüslər - təmiz enerji texnologiyalarının tətbiqi, "yaşıl nəqliyyat" şəbəkələrinin yaradılması, tullantıların idarə olunması və su ehtiyatlarının səmərəli istifadəsi kimi məsələlər gələcəkdə bölgənin iqtisadi inkişaf modelinin formalaşmasına zəmin yaradır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyul 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri